İŞİD-çilər arasında populyar olan İnstagram səhifəsini idarə edən azərbaycanlının məhkəməsi başlayıb
14 May 2018 11:26 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada tərkibində döyüşməkdə ittiham edilən Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası mayın 24-nə təyin edilib.
Qeyd edək ki, məlumata əsasən, E.Məmmədov İŞİD terror təşkilatının sıralarında uzun müddət döyüşüb, "Abu Cihad" ləqəbli ilə tanınıb.
O, Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib.
Həmçinin məlum olub ki, E.Məmmədov sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan İnstagram səhifəsinin sahibidir.
Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31