Kriminal
Çantadan sırğa oğurlayan qadın tutulub
Paytaxtda soyğunçular saxlanıb
Soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, mayın 10-da Nəsimi rayonu ərazisində 2 nəfər naməlum şəxs Bakı şəhər sakini olan 1 yeniyetməyə hədə-qorxu gələrək ondan pul almışlar.
Həmyerlisini bıçaqlayan tutulub
Şəmkir rayonunun Dəllər qəsəbə sakini Nizami Məmmədova xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, mayın 9-da Şəmkir rayonunun Dəllər qəsəbəsindən qəsəbə sakini Nizami Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Mağazalara qənim kəsilənlər tutulublar
Mayın 10-da polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər. DİN-dən “Olaylar”a verilən məlumata görə, mayın 10-da Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 mağazadan pul, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən 4 nəfərdən ibarət qrup üzvləri saxlanılıb. Araşdırmalarla onların Yevlax rayon sakinləri Bəxtiyar Zamanov, Aidə Hüseynova və digər 2 nəfərin yeniyetmə olduqları məlum olub.













