Paytaxtda soyğunçular saxlanıb

Soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, mayın 10-da Nəsimi rayonu ərazisində 2 nəfər naməlum şəxs Bakı şəhər sakini olan 1 yeniyetməyə hədə-qorxu gələrək ondan pul almışlar.

Soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 10-da Nəsimi rayonu ərazisində 2 nəfər naməlum şəxs Bakı şəhər sakini olan 1 yeniyetməyə hədə-qorxu gələrək ondan pul almışlar. Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Qılman Abbasov saxlanılmış, daha 2 nəfərin şəxsiyyəti müəyyən edilmişdir. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31