Həmyerlisini bıçaqlayan tutulub

Şəmkir rayonunun Dəllər qəsəbə sakini Nizami Məmmədova xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, mayın 9-da Şəmkir rayonunun Dəllər qəsəbəsindən qəsəbə sakini Nizami Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Şəmkir rayonunun Dəllər qəsəbə sakini Nizami Məmmədova xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 9-da Şəmkir rayonunun Dəllər qəsəbəsindən qəsəbə sakini Nizami Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Faktla əlaqədar cinayət işi başlanıb. Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Tofiq Məmmədov saxlanılıb. Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31