Çayı maşınla keçmək istədi, 9 yaşlı nəvəsi boğuldu

Gədəbəydə 9 yaşlı oğlan avtomobildə boğulub.

Rayonun Çobankənd kəndində kənd sakini İsaq Xəlilov idarə etdiyi "UAZ" markalı avtomobillə Çobankənd çayını keçmək istəyərkən maşın batıb. Maşına su dolub, nəticədə İ. Əliyevin avtomobildə olan nəvəsi, 2009-cu il təvəllüdlü Əliyev Hüseyn Amil oğlu boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır. 

Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31