İqtisadiyyat
"Qara bazar"dakı məzənnə ilə rəsmi məzənnə arasında cüzi fərq var
"Əlaqədar orqanlar "qara bazar"la ciddi mübarizə aparır". APA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
İqtisadiyyatın strateji hədəflərinə nail olmaq üçün 27 mlrd. manat tələb olunur
Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün 27 milyard manat həcmində investisiyanın tələb olunacağı proqnozlaşdırılır. "APA-Economics" xəbər verir ki, bu barədə adıçəkilən sənəddə qeyd edilib.
Azərbaycan tam üzən məzənnə rejiminə keçidə hazırlaşır
Tam üzən məzənnə rejiminə keçid həyata keçirilməlidir və bu baxımdan, ilk növbədə yaxın və ortamüddətli dövrdə məzənnə siyasətinin əsas strateji hədəfi kimi idxalın əvəzlənməsi siyasətinin dəstəklənməsi prioritet seçilə bilər. Bu barədə Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində qeyd edilib.
Dünya Bankı TANAP-a 400 mln. dollar kredit ayıracaq
Dekabrın 20-də Dünya Bankının (WB) Direktorlar Şurası Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin icrasına kreditin ayırılması məsələsinə baxmaq üçün toplanacaq. Ayrılacaq vəsaitin 400 mln. ABŞ dolları həcmində olacağı gözlənilir.
Gələn il Azərbaycanda təbii qazın orta maya dəyəri 122 manat/1000 kubmetr səviyyəsində proqnozlaşdırılır
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Neft-Qaz Çıxarma İdarələri üzrə 2015-ci ildə 1 000 kubmetr qazın hasilat xərci 45,42 manat, Beynəlxalq Əməliyyat Şirkətlərindən Hasilatın Pay Bölgüsü Sazişinin (PSA) şərtlərinə görə ABŞ dolları ilə alınan təbii qazın orta tarifi isə 56,48 manat/1 000 kubmetr təşkil edib.
Böhranda pul qazanmağın qızıl şərtləri
Bütün dünyanı bürüyən böhranda hər kəsi düşündürən sual gəlirlərini necə bölüşdürmək, əlavə vəsait itirməməkdir. Nəzərə alsaq ki, iqtisadi böhran bir ölkənin iqtisadiyyatındakı neqativ dəyişiklikləri əks etdirir, bu proses varlıdan tutmuş, orta təbəqəyə qədər hər kəsə təsir edir. İtirənlər də olur, qazananlar da. Böhranda əlavə vəsait itirməmək, gəlirləri düzgün bölüşdürmək və ya necə pul qazanmaq olar? Publika.azsualın cavabını araşdırmağa çalışıb.
İqtisadi problemlərin həlli sosial çatışmazlıqları yox edir
Azərbaycan cəmiyyətində mövcud olan çatışmazlıqların kompleks həlli çoxsaylı problemlərin aradan qaldırılması ilə nəticələnə bilər. Hətta iqtisadiyyat sahəsindəki xırda görünən nöqsanların aradan qaldırılması ilə həm iqtisadi inkişafı təmin etmək, həm də çoxsaylı sosial problemlərə son qoymaq olar. Millət vəkili Elmira Axundova deyir ki, buna nail olmaq üçün ən azından hər gün müşahidə edilən məslələrə diqqət yetrilməli və onların aradan qaldırılması üçün konkret addımlar atılmalıdır. Deputat konkret misallar çəkir: “Son müddət ərzində ölkədə ərzağın qiyməti 25-30 faiz artıb. Bu müddətdə insanların gəlirləri yaxşı halda 10-15 faiz artıb. Hesab eirəm ki, bu uyğunsuzluğu aradan qaldırmaq hökumətin əsas vəzifələrindən biridir.
“Strateji yol xəritəsi uğurlu addımların davamıdır”
“Cənab Prezident İlham Əliyev hakimiyyətə gələndən hər zaman müxtəlif sahələrin inkişafı üçün uzaq hədəflərə yönələn strateji proqramlar, sənədlər imzalayıb. Dövlət başçısının "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Fərman"ı da bu sənədlərin məntiqi davamıdır”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP-ın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı deyib.
Ekspert strateji yol xəritəsinin üstünlüklərindən danışdı
“Azərbaycan Prezidenti İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” imzaladığı Fərman mühüm əhəmiyyətə malikdir”. Bunu ekspert Arzu Nağıyev deyib.
Strateji yol xəritələri ölkə iqtisadiyyatına yeni nəfəs verəcək
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycan iqtisadiyyatının şaxələnməsi, qeyri-neft sektorunun sürətlə inkişafına şərait yaradacaq”. Bunu açıqlamasında millət vəkili Asim Mollazadə deyib.
“Strateji yol xəritələri iqtisadiyyatın davamlı inkişafını təmin edəcək”
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində vətəndaş cəmiyyəti təsisatlarının , vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınıb”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Oqtay Əsədov: "Camaat da deyəcək ki, Milli Məclisin büdcəsini artırıblar
“2017-ci il üçün Milli Məclisin saxlanma xərcləri 13% artırılır”. Bu barədə 2017-ci ilin dövlət büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı parlamentin İşlər idarəsinin müdiri Firudin Hacıyev məlumat verib.
Ərazi məsələləri ilə mübahisələr qanun çərçivəsində həll olunacaq
Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik haqqında”qanun layihəsi müzakirə olunub.
Banklar dollar alışından imtina edir
Rusiya və Türkiyənin dollarsız xarici ticarət anlaşması özünü çox göstərmədən Azərbaycanda büruzə verdi. Baxnayaraq ki, iqtisadçı ekspertlər hesab edirlər ki, bu razılıq dolların məzənnəsinə təsir etmir və edəcəyi də gözlənilmir. Dünya ehtiyatlarının 64 faizinin saxlandığı pul vahidinə aralarındakı illik ticarət dövriyyəsi 23.9 milyard dollar olan ölkələrin razılaşması aydındır ki, təsir etməyəcək.
Dollardan imtina nə dərəcədə mümkündür?
Dolların milli valyutaları üstələməsi ayrı-ayrı ölkələrin maliyyə bazarlarında ciddi problemlər yaratdığından çox zaman ölkələr Amerika dollarından imtina etmək barədə qəti addımlar atmağa çalışırlar. Zaman-zaman bu kimi situasiylar yaranıb. Ən son bir neçə gün əvvəl Türkiyə və Rusiya qarşılıqlı alqı-satqı prosesini türk lirəsi və rus rublu ilə həyata keçirmək barədə ilkin müzakirə aparıblar. Hətta yaxın günlərdə bu müzakirənin reallığa çevriləcəyi də istisna edilmir. Bəs görəsən Amerika dollarından imtina nə dərəcədə mümkümdür və bunun hansı mənfi və müsbət tərəfləri ola bilər?














