Ərazi məsələləri ilə mübahisələr qanun çərçivəsində həll olunacaq

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik haqqında”qanun layihəsi müzakirə olunub.

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik haqqında"qanun layihəsi müzakirə olunub.

Layihənin 104 maddəsinə təklif olunan dəyişikliyə əsasən, inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə, "Ərazi quruluşu və inzibati ərazi bölgüsü" haqqında qanun çərçivəsində baxılacaq.

Qeyd edək  ki, bundan öncə inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə Milli Məclisin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaratdığı xüsusi komissiyalar tərəfindən baxılırdı.

Qanuna təklif olunan müzakirələr zamanı bildirilib ki,  Məcəlləyə təklif olunan dəyişiklik ərazi bölgüsü ilə bağlı prolemlərin həllinə yardımçı olacaq.

Məlumat üçün nəzərinzə çatdıraq ki, "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik haqqında" qanun layihəsi "Ərazi quruluşu və inzibati ərazi bölgüsü" haqında Azərbayan Respublikasının Qanununa İnzibati ərazi vahidəri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması qaydalarını tənzimləyən yeni müddəların əlavə olunması məqsədilə hazırlanıb. 

Qanuna təklif olunan dəyişiklik müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31