İqtisadi problemlərin həlli sosial çatışmazlıqları yox edir

Azərbaycan cəmiyyətində mövcud olan çatışmazlıqların kompleks həlli çoxsaylı problemlərin aradan qaldırılması ilə nəticələnə bilər. Hətta iqtisadiyyat sahəsindəki xırda görünən nöqsanların aradan qaldırılması ilə həm iqtisadi inkişafı təmin etmək, həm də çoxsaylı sosial problemlərə son qoymaq olar. Millət vəkili Elmira Axundova deyir ki, buna nail olmaq üçün ən azından hər gün müşahidə edilən məslələrə diqqət yetrilməli və onların aradan qaldırılması üçün konkret addımlar atılmalıdır. Deputat konkret misallar çəkir: “Son müddət ərzində ölkədə ərzağın qiyməti 25-30 faiz artıb. Bu müddətdə insanların gəlirləri yaxşı halda 10-15 faiz artıb. Hesab eirəm ki, bu uyğunsuzluğu aradan qaldırmaq hökumətin əsas vəzifələrindən biridir.

Elmira Axundova: "Sadəcə onların aradan qaldırılması üçün konkret addımlar atılmalıdır"
 

Azərbaycan cəmiyyətində mövcud olan çatışmazlıqların kompleks həlli çoxsaylı problemlərin aradan qaldırılması ilə nəticələnə bilər. Hətta iqtisadiyyat sahəsindəki xırda görünən nöqsanların aradan qaldırılması ilə həm iqtisadi inkişafı təmin etmək, həm də çoxsaylı sosial problemlərə son qoymaq olar. Millət vəkili Elmira Axundova deyir ki, buna nail olmaq üçün ən azından hər gün müşahidə edilən məslələrə diqqət yetrilməli və onların aradan qaldırılması üçün konkret addımlar atılmalıdır. Deputat konkret misallar çəkir: "Son müddət ərzində ölkədə ərzağın qiyməti 25-30 faiz artıb. Bu müddətdə insanların gəlirləri yaxşı halda 10-15 faiz artıb. Hesab eirəm ki, bu uyğunsuzluğu aradan qaldırmaq hökumətin əsas vəzifələrindən biridir. Yaxud, biz yerli kənd təsərrüftı mallarının istehsal həcminin artmasını istəyiriksə, bir sıra məsələləri diqqətdə saxlamalıyıq. Nəzərə almaq lazımdır ki, respublikada hektarlarla torpaq hələ də əkilmir. Məsələn, hazırda Masallı rayonunda 9 min hektar münbit torpaq istifadəsiz qalmaqdadır. Düzdür, torpaqların istifadəsiz qalmasının səbələri çoxdur. Ancaq onlardan ən başlıcası suvarma sisteminin olmamasıdır. Odur ki, ölkədə təcili olaraq suvarma və melioerasiya işləri həyata keçirilməlidir".Onun sözlərinə görə, digər məsələ tədarük mərkəzləri ilə bağlıdır. Əgər rayonlar üzrə tədarük mərkəzləri yaradılmasa, kəndli məhsul istehsal etməkdən çəkinəcək: "Çünki keçən il Masallıda pomidorun bir yeşiyi 30 qəpiyə satılırdı. Kəndli isə kiloqramı 3 qəpiyə olan pomidoru heç vaxt yetişdirməyəcək. Təklif edirəm ki, dövlət ehtiyacları üçün-məsələn, Müdafiə Nazirliyinə qida və kənd təsərrüfatı məhsullarının alınması ilə bağlı tenderlər elan edilərkən yerli malların alınmasına üstünlük verilsin". E.Axundovanın digər təkifi ixrac edilən kənd təsərrüfatı məhsulları ilə bağlıdır. O, təklif edir ki, yaxşı olardı ki, bir çox ölkələrdə olduğu kimi kənd təsərrüfatı malları ixrac edildikdə həmin məhsulun ümumi məbləğin 5 faizi qədər vəsait dövlət tərəfindən sahibkara qaytarılsın. Bu, həm ixracı stimullaşdıracaq, həm də sahibkara imkan yaradacaq ki, xarici ölkəyə daha ucuz qiymətə və daha qısa müddətə məhsul çıxara bilsin ki, ölkəyə valyiuta axını təmin olunsun: "Bildiyimə görə respublikada geniş özəlləşdirmə mərhələsi başlayır. Mənin isə bu prosesə fərqli baxışım var. Düzdür, özəlləşdirmə labüddür, xüsusən səhiyyə sahəsində. Ola bilər ki, bəzi xəstəxanaların fəaliyyəti səmərəli deyil və onların saxlanılması dövlət üçün böyük maliyyə itgisidir. Bu baxımdan onların özəllşdirilməsinin tərəfdarıyam. Lakin o şərtlə ki, tibbi sığorta tam şəkildə işə salınsın. Özəlləşmə zamanı isə vacib şərtlər nəzər alınsın. Məsələn, özələşdirilən müəssisənin işçilərinin ixtisar edilməsi, müəssisənin profilinin dəyişdirilməsi zamanı nəzərə alınmalı vacib şərtlər var. Həmçinin, respublikada minlərlə idman obyekti var ki, onların özəlləşdirilməsinə ehtiyac duyulur". Millət vəkili bildirib ki, gəlirlərin azaldığı bir məqamda alternativ gəlir mənbələrinin axtarılmasına ehtiyac yaranır. Belə gəlirlər isə göz qabağındadır: "Məsələn, tranzit yükdşımaları sahəsində çoxlu prespektivlər var. Şimal-cənub dəmir yolu da tezliklə işə düşəcək. Hesab edirəm ki, dövlət bunları nəzərə alaraq yerli və xarici investorların prosesə cəlb edilməsi istiqamətində iş aparmalıdır. Ölkəmiz dünya dəmir yol şəbəkəsinin vacib həlqəsinə çevrilməlidir". O, əlavə edib ki, artıq dövlət büdcəsindən rayonlara dotasiyaların ayrılması mərhələsinə son qoyulur. Regionlar özlərini daxili yığımlar hesabına saxlayacaq. Bu çox gözəl bir proqramdır. Lakin rayon və şəhər icra hakimiyyətləri güzəştli şərtlərlə yerli sahibkarlara əlverişli mühit yaratmalıdır. Yerli və xarici investisiya cəlb etməlidirlər. Müəssisə tikmək üçün torpaq, fermer yaratmaq üçün örüş yeri ayrılmalıdır. Bu məqsədlə hökumət tərəfindən bütün icra hakimiyyətləri üçün konkret hədəflər və vahid plan hazırlanmalıdır. Belə halda sahibkarlar da rayon büdcəsinin dolması üçün öz töhvələrini verəcəklər. Əlillərin problemlərinə toxunan millət vəkili bildirib ki, Azərbaycanda əlillərə, xüsusən Qarabağ əlillrinə dövlət qayğısı yüksək səviyyədədir. Amma onların iş məsələsini nəzarətdə saxlamaq lazımdır. Məlum olduğu kimi milli qanunvericilikdə belə bir kvota nəzərdə tutulub ki, bu və ya digər müəssisədə hər 25 iş yerindən biri əlillər üçün ayrılmalıdır. Amma reallıqda bu qayda işləmir. Çünki işəgötürən əlili işə götürməkdənsə cüzi cəriməni ödəməyi üstün tutur. Belə halları aradan qaldırmaq məqsədilə nəzərdə tutulan cərimələrin məbləğini artırmaq lazımdır: "Məlumdur ki, əksər dövlətlərdə əlillərlə bağlı müxtəlif güzəştlər var. Belarusda 1-2-ci qrup tənha əlillər kommunal xidmətlərdə güzəştlidir. Almaniyada bütün əlillər üçün ictimai nəqliyyat və dərmanlar pulsuzdur. Bizdə isə anadangəlmə əilillərin pensiya məbləği 50-70 manat arasında dəyişir. Onlar bu vəsaitlə necə yaşaya bulərlər? Nəzərə almaq lazımdaı ki, anadangəlmə əlilə daim yardım olduğundan ailə üzvlərindən biri məşğulluq hüququndan yaralana bilmir. Odur ki, bütün imkanlar nəzərə alınaraq anadangəlmə əlillərin pensiyası artırılmalıdır ki, bu kateqotiyadan olan insanların heç olmasa dərman problemi həllini tapsın".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31