Banklar dollar alışından imtina edir
Rusiya və Türkiyənin dollarsız xarici ticarət anlaşması özünü çox göstərmədən Azərbaycanda büruzə verdi. Baxnayaraq ki, iqtisadçı ekspertlər hesab edirlər ki, bu razılıq dolların məzənnəsinə təsir etmir və edəcəyi də gözlənilmir. Dünya ehtiyatlarının 64 faizinin saxlandığı pul vahidinə aralarındakı illik ticarət dövriyyəsi 23.9 milyard dollar olan ölkələrin razılaşması aydındır ki, təsir etməyəcək.
8 Dekabr 2016 13:42 İqtisadiyyatManatın "qara bazar"ının yaranması təhlükəsi var
Rusiya və Türkiyənin dollarsız xarici ticarət anlaşması özünü çox göstərmədən Azərbaycanda büruzə verdi. Baxnayaraq ki, iqtisadçı ekspertlər hesab edirlər ki, bu razılıq dolların məzənnəsinə təsir etmir və edəcəyi də gözlənilmir. Dünya ehtiyatlarının 64 faizinin saxlandığı pul vahidinə aralarındakı illik ticarət dövriyyəsi 23.9 milyard dollar olan ölkələrin razılaşması aydındır ki, təsir etməyəcək. Digər tərəfdən, hətta sözügedən ölkələr xarici ticarətdə başqa valyutadan istifadə etsələr də belə, bu həm vətəndaşlarının və eləcə də şirkətlərinin dollarşma səviyyəsini azaltmayacaq. Yenə də, riskləri sığortalamaq üçün hətta biznes belə aktivlərinin əhəmiyyətli hissəsini dollarda saxlamağa üstünlük verəcək. Yəni, dövlətlər anlaşmada dollardan imtina edə bilər, amma vətəndaşlar və sahibkarlar bunu etməyəcəklər. Amma fakt ondan ibarətdir ki, hazırda Azərbaycanda fəaliyyət göstərən özəl bankların əksəriyyəti dollar alışını dayandırıblar. Devalvasiyadan sonrakı dövrdə əsasən dollar saışını minimuma endirən banklar, nə qədər qəribə olsa da inda ABŞ milli valyutasını almaqdan imtina edirlər. Etiraf edilməlidir ki, bankların bu addımı iqtisadi qurumlarla yanaşı, ekspertləri də düşünməyə vadar edir. Elə bu səbədən də bankların belə bir addım atması müxtəlif cür yozulur. Məsələn, Maliyyə Bazarlarına Nəzarət Palatası güman edir ki, bu valyuta artıqlığı ilə bağlıdır. Banklara nəzarət edən qurumlar bu istiqamətdə heç bir göstərişin verilmədiyini bildirirlər. Ancaq əksər bankların eyni zamanda dollar alışından imtina etməsinin təsadüf olması şübhə doğurur. Digər tərəfdən, əksər banklarda eyni gündə dollar artıqlığının olması da nəzəri və praktiki baxımdan mümkün deyil. Eyni zamanda, əgər banklarda dollar artıqlığı varsa o zaman vətəndaşlara niyə dollar satmırlar? Dollarlarını vətəndaşlara uyğun kursla satsınlar ki valyuta artıqlığı bir az azalsın- sadə iqtisadi məntiq bunu deyir.
Bəs, dollar alışından imtinanın səbəbi nədir? İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, bunun səbəbi inzibati yolla dollarlaşmanın qarşısını almaq və vətəndaşlarda dollar tələbini azatlmaqdan ibarətdir: "Vətəndaş aldığı dolları sata bilmirsə dollar ilə yığımlarını azalda bilər. Bu səmərəli yoldurmu? Təbii ki, yox. Əslində, belə inzibati metodlar valyuta bazarında əks effektlər yarada bilər və nəticədə bu bir neçə gün davam edərsə, dollar ilə yanaşı "manatın da qara bazarı" yaranacaq. Bu halda, vətəndaşlar "qara bazara" dollar almaq deyil, həm də dollar satmaq üçün gedəcək. Deməli, dollar alış qadağası qalarsa "qara bazar"dakıların "əl-qolları" genişlənəcək, valyuta əməliyyatları tamamən banklardan qapalı və qaranlıq otaqlara köçəcək. Maraqlıdır, ölkəyə gələn turistlər dollarını necə dəyişəcək? Belə çıxır ki, hotellərdə "qara bazar" ilə bağlı xüsusi məlumatlandırma kursları olmalıdır ki, tursitlər bilsinlər ki haradan manat ala bilərlər. Bu zarafata bənzəsə də əksər bankların dollar almadığı şəraitdə xeyli real görsənir". Ekspertin sözlərinə görə, əgər dollar artıqlığı varsa o zaman ən sadə məntiqlə sabahkı hərracda banklar dollar almayıb, əksinə dollar satmalıdırlar. Deməli, dollar təklif etməlidirlər. Hərrac qaydalarına əsasən isə dollar təklifi tələbini üstələdiyi halda dolların kursu düşməli, manatın kursu möhkəmlənməlidir: "Bu belə olacaqmı? Əksər bankların izah edilməsi çətin olan qərarları əsasında nə isə demək mümkün deyil. Amma belə olmayacaqsa deməli, banklarda dollar artıqlığı yoxdur və dollar alışından imtina bütün hallarda inzibati yollar ilə həyata keçirilir- valyuta bazarına nəzarət edən qurumların təkziblərinə baxmayaraq". Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibklarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycanda iqtisadi fəallığın təmin olunması üçün pul kütləsinin həcmi artırılmalıdır. Çünki, hazırda ən böyük problemlədən biri bank sektoru ilə bağlıdır: "Ölkəyə indiyədək 200 mlrd. manatdan çox investisiya gəlib, son 2 ildəki vəziyyət isə narahatlıq doğurur. 700 mln. manatdan çox kredit verilib ki, bu da ÜDM-in cəmi 1 %-ni təşkil edir. Pul kütləsini artırmalıyıq ki, iqtisadi fəallğı təmin edək. Eyni zamanda, maliyyə bazarı ilə real sektor arasındakı optimal nisbətə nail olmalıyıq". Millət vəkli Elmira Axundova isə banklarda valyuta dəyişməyin böyük bir problem olduğunu vurğulayıb: "Bu gün ölkədə "qara bazar" tüğyan edir. Günlərlə əlimizdə pul valyuta dəyişmək istəyirik, amma tapa bilmirik. Ancaq "qara bazar"da nə qədər istəyirsən tapa bilərsən. Ona görə də təklif edirəm ki, valyutadəyişmə mənətələri bərpa edilsin. Ümumiyyətlə, başa düşə bilmirəm ki, bu valyutadəyişmə mənətəqləri niyə qapadıldı? Axı, bununla həm peşəkarlar prosesdən kənarda qaldı, həm də işsizlik yarandı". Millət vəkili hesab edir ki, valyutadəyişmə mənətəqlərinin ləğv edilməsi turizm sektoruna da öz mənfi təsiri göstərir: "Odur ki, hökumət vəziyyəti dəyərləndirib, düzgün qərar verməlidir". Deputat Vahid Əhmədov isə qeyd edib ki, Dövlət Neft Fondunun və Mərkəzi Bankın banklar üçün hərraca çıxardığı dollar sonradan kimlərinsə əli ilə "qara bazarlar"a buraxılır: "Neft Fondu və Mərkəzi Bankın hər həftə hərraca çıxardığı və bankların aldığı dollar bankların öz əlləri ilə, müəyyən şəxslərin vasitəsilə ilə "qara bazar"a çıxarılır. Ona görə də hər gün dollar qalxdıqca banklar da dollar satışını rəsmi dayandırır və dolları "qara bazar"a buraxaraq külli miqdarda pullar qazanırlar. Hüquq-mühafizə orqanları axı niyə bu cür ciddi maliyyə qanunsuzluğuna göz yumurlar? "Qara bazar" məsələsinə ciddi yanaşaq. Əgər bu məsələ həllini tapmasa, maliyyə bazarında çox ciddi fəsadlar yaranacaq".
Alim