İqtisadiyyat
Sənaye istehsalı 0,6 faiz azalıb
Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-noyabr aylarında 28,8 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6% az sənaye məhsulu istehsal edilib. Statistika Komitəsiindən verilən məlumata görə, sənaye məhsulunun 65,4%-i mədənçıxarma sektorunda, 28,5%-i emal sektorunda, 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 1,%, əmtəəlik qaz hasilatı isə 4,9% azalıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,8% azalıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,9% artıb, neft sektorunda isə 1,3% azalıb. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 dekabr 2016-cı il vəziyyətinə 383,8 mln. manatlıq hazır məhsul olub.
ABŞ-dan neftlə bağlı qərar
ABŞ-ın Energetika Nazirliyi yanvar ayından ölkənin strateji neft ehtiyatlarının satışına başlamağı planlaşdırır. Bu barədə RİA Novosti məlumat verir.
Vergi Məcəlləsində 200-dən çox dəyişiklik nəzərdə tutulur
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir.
Azərbaycanda çörək və quş ətinin satışı ƏDV-dən azad edilir
Azərbaycanda 2017-ci il yanvarın 1-dən quş ətinin satışı, eləcə də un və çörəyin istehsalı və satışının 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi planlaşdırılır. Məlumata görə, bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Nazir: “Buğdanın idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad ediləcək”
Azərbaycanda buğdanın idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad ediləcək. “Olaylar” xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyin edilməsi təklif olunur.
Bağlanan 10 bankın əmanətçilərinə pul ödənildi
Metro sərnişinlərinə şad xəbər
SOCAR yeni şirkət yaratdı
Birgə müəssisə yaradılıb
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Odessa Dəniz Mühəndisliyi Bürosu” birgə müəssisənin yaradılması haqqında razılığa gəliblər. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, “Xəzər Dəniz Mühəndisliyi Bürosu”nun yaradılması haqqında sazişi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və “Odessa Dəniz Mühəndisliyi Bürosu”nun direktoru Gennadi Yeqorov imzalayıblar.
Daha iki bank valyuta alışını dayandırdı
Azərbaycanda fəaliyyət göstərən banklardan daha ikisi xarici valyutanı almağı dayandırıb. Fins.az-ın əldə etdiyi məlumata görə, bu gün “AFB bank” və "Atabank" dollar almaqdan imtina edib. Banklardan verilən məlumata əsasən, valyuta mübadiləsi əməliyyatları dayandırılıb.
Tam üzən məzənnəyə keçid mümkündürmü?
Azərbaycan gələn il tam üzən məzənnə rejiminə keçəcək. Bu barədə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə bildirilir. Bu addım yeni iqtisadi modeldə effektiv pul siyasəti rejiminin tətbiq edilməsi tədbirləri çərçivəsində atılacaq. Yeni məzənnə rejiminə keçidi Azərbaycan Mərkəzi Bankı Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə təmin edəcək.
Azərbaycanlı milyarderdən 2 illik neft proqnozu
2017-cı ildə neftin bir barelinin qiyməti 40-50 dollar diapazonunda dəyişəcək. Bunu "LUKoyl" şirkətinin rəhbəri, azərbaycanlı milyarder Vahid Ələkbərov "Rusiya 24" telekanalına müsahibəsində bildirib.
Pullar Gürcüstana gedir....
Bu ilin 9 ayında Gürcüstana 434 milyon ABŞ dolları həcmində birbaşa sərmayə yatıran Azərbaycan həmin ölkəyə yatırım həcminə görə digər ölkələrin hamısını qabaqlayır.
ABŞ dollarından imtina mümkündürmü?
Hələ cari ilin sebtyabr ayında Rusiya MDB ölkələrində dollar və avrodan imtina ilə bağlı müraciət ünvanlamışdı. Müraciətin məğzi ondan ibarətdir ki, bu ölkələr öz aralarında ticarəti avro və ya dollarla deyil, Rusiya rublu və ya digər valyuta ilə aparsınlar. Ardınca İran hökuməti bəyan edib ki, xarici şirkətlər borclarını avro ilə ödəməyi qəbul ediblər və hökumət digər neft şirkətləri ilə danışıqlara başlayıb.
Yeni Zellandiyanın yeni baş nazirinin adı açıqlandı
Yeni Zelandiyanın baş naziri vəzifəsinə sabiq baş nazirin müavini, parlamentin üzvü Bill İnqliş təyin edilib. Oxu.az xəbər verir ki, bu barədə RNZ radiostansiyası məlumat yayıb. "Bill İnqliş rəsmi olaraq baş nazir seçilib", - radiostansiyanın rəsmi Tvitter mikrobloqunda deyilir. İnqliş Milli partiyanın məclisinin gedişatında seçilib. Keçən həftə Yeni Zellandiyanın baş naziri Con Ki şəxsi səbəblərə görə istefa verib.














