SOCAR yeni şirkət təsis edib. Milli.Az APA-ya istinadən xəbər verir ki, Vergilər Nazirliyi "SOCAR Capital" MMC-ni dövlət qeydiyyatına alıb. Şirkətin nizamnamə kapitalı 3 mln. manatdır. MMC-nin qanuni təmsilçisi Samir Kərimovdur. Şirkətin Müşahidə Şurasının üzvləri Rövnəq Abdullayev, Süleyman Qasımov və Eldar Orucovdur.