ABŞ dollarından imtina mümkündürmü?
Hələ cari ilin sebtyabr ayında Rusiya MDB ölkələrində dollar və avrodan imtina ilə bağlı müraciət ünvanlamışdı. Müraciətin məğzi ondan ibarətdir ki, bu ölkələr öz aralarında ticarəti avro və ya dollarla deyil, Rusiya rublu və ya digər valyuta ilə aparsınlar. Ardınca İran hökuməti bəyan edib ki, xarici şirkətlər borclarını avro ilə ödəməyi qəbul ediblər və hökumət digər neft şirkətləri ilə danışıqlara başlayıb.
12 Dekabr 2016 13:14 İqtisadiyyatBu qərar Azərbaycana nə dərəcədə sərfəlidir?
Hələ cari ilin sebtyabr ayında Rusiya MDB ölkələrində dollar və avrodan imtina ilə bağlı müraciət ünvanlamışdı. Müraciətin məğzi ondan ibarətdir ki, bu ölkələr öz aralarında ticarəti avro və ya dollarla deyil, Rusiya rublu və ya digər valyuta ilə aparsınlar. Ardınca İran hökuməti bəyan edib ki, xarici şirkətlər borclarını avro ilə ödəməyi qəbul ediblər və hökumət digər neft şirkətləri ilə danışıqlara başlayıb. Məlumata görə, artıq son vaxtlar bir sıra ölkələrdə dollardan imtina tendensiyası müşahidə olunur. İran, Türkiyə, Rusiya, Çin, Cənubi Koreya və bir sıra ölkələr xarici ölkələrlə ticarət əlaqələri zamanı dollardan imtina edib. Xatırladaq ki, bir müddət öncə İran və Türkiyə də Azərbaycana dollardan imtina edilməsi barədə təklif irəli sürmüşdü. Türkiyə Mərkəzi Bankının sədr müavini Necati Şahin dollardan imtina ediləcəyi təqdirdə bunun dolların məzənnəsinin tez-tez dəyişdiyi bir zamanda hər iki ölkə üçün daha faydalı olacağını bildirmişdi. O hesab edir ki, başqa bir ölkənin valyutasından asılı olmadan öz milli valyutalarımızla alış-veriş etmək istər Türkiyə, istər də Azərbaycanın dolların məzənnəsinin qeyri-sabitliyi ilə bağlı üzləşdikləri riskləri minimuma endirə bilər. Onu da qeyd edək ki, MDB Вövlət Başçıları Şurasının Qazaxıstanda keçirilən iclasında Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinin ticarət əlaqələri zamanı hesablamaların milli valyuta ilə aparılması fikrini dəstəkləməsi dövriyyədə dollardan imtina məsələsini yenidən gündəmə gətirdi. Belə ki, MDB ölkələrinin əksəriyyətinin milli valyutalarının öz dəyərini itirdiyi bir vaxtda qarşılıqlı iqtisadi fəaliyyətin yeni formalarının axtarılması zərurəti yaranır. Ortaya isə belə bur sual çıxır: Azərbaycan dollardan imtina edə bilərmi?
Əvvala qeyd edək ki, ekspertlərin qənaətinə görə, ölkələrin dollardan imtina edilməsi Amerika Birləşmiş Ştatlarının (ABŞ) milli iqtisadiyyatlara təsir imkanlarını da azaldar. Odur ki, ABŞ ölkələrin belə bir addım atmasına şərait yarada biməz. İqtisadçı alim Vüqar Bayramov hesab edir ki, ümumiyyətlə, MDB-yə üzv olan ölkələrin praktik olaraq heç biri üçün dollar və avrodan imtina edilməsi arzuolunan deyil. Çünki bu gün bütün MDB ölkələrinin xarici valyuta ehtiyatlarına ehtiyacları var: "Bütün ölkələr xarici valyuta ehtiyatlarını artırmağa çalışırlar. Xarici valyuta ehtiyatlarının artırılması milli valyutalara təzyiqin aradan qaldırılmasına və milli valyutaların devalvasiya riskinin minimuma endirilməsinə gətirib çıxarır. O baxımdan, təbii ki, MDB ölkələri üçün xarici valyualar ilə ticarətdən imtina arzuolunan deyil. Azərbaycan üçün də aparılan ticarət zamanı dollar və avrodan imtina edilməsi arzuolunan deyil". Ekspert MDB ölkələri ilə ticarətin ölkəmiz üçün vacibliyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın qeyri neft ixracında MDB ölkələri əhəmiyyətli yerə malikdir. Buna görə də Azərbaycanın MDB ölkələri ilə ticarət ölkəyə xarici valyutanın daxil olmasına zəmin yaradır. Nəzərə alsaq ki, son illər MDB ölkələri ilə aparılan ticarət əlaqələrinin əhəmiyyəti ondan ibarətdir ki, bu ölkələrlə ticarətdə qeyri-neft sektorunun payı çoxdur. Belə halda Azərbaycanın həmin ölkələrə təsir imkanı genişlənir. Belə halda Azərbaycan ticarət dövriyyəsində dollardan imtina edə bilərmi? İqtisadçı ekspertlərin qənaətinə görə, Azərbaycan üçün dollar və avrodan imtina edilməsi arzuolunan deyil. Çünki bu, ölkəmizə xarici valyutaların daxil edilməsinə birbaşa təsir göstərə bilər. V.Bayramov birmənalı şəkildə hesab edir ki, ölkəmizdə dollardan istifadənin qadağan edilməsi mexanimzi yoxdur. Ona görə də, narahat olmağa dəyməz: " Dollar olmasa idxal da olmayacaq və ölkəyə məhsul gəlməyəcək. Artıq heç bir ölkədə dollarsız stabil iqtisadiyyat yoxdur. Bəzi bankların dollar alışını dayandırması "qara bazar" ilə bağlı aparılan yoxlamalar ilə bağlı idi. Bankların əksəriyyəti yenidən dollar alışını davam etdirirlər. Qeyd edim ki, "qara bazar" ilə bağlı açıqlamalarımızdan sonra son 2 gündə bu istiqamətdə xeyili rəsmi araşdırmalara aparılıb. Banklardakı son kadr dəyişikliklərinin də məhz araşdırmalar ilə bağlı olduğu güman edilir. Mən "qara bazar"ın ləğvinin və dolların banklarda satılmasının tərəfdarıyam. Aydındır ki, əgər bank dollar satmayacaqsa heç bir halda "qara bazar" ləğv edilə bilməyəcək. Buna görə də, bütün sivil ölkələrdə olduğu kimi dollar "qara bazar"da, metri stansiyalarının yanında və ya qaranlıq otaqldar deyil, banklarda satılmalıdır. Belə görsənir ki, hökumət banklarda dollar satışını bərpa etməyə çalışır. Təbii ki, bunun nə zaman və necə reallaşacağını indidən söyləmək çətindir. Türkiyənin region ölkələrinin xarici ticarət əməliyyatlarını milli valyutada aparması ilə bağlı təklifi də orta və uzun müddətli dövr üçün aktual olmayacaq. Belə sövdələşmələr ümumiyyətlə Azərbaycanın iqtisadi maraqlarına uyğun deyil. Azərbaycan ixracı atırmaqla ölkəyə dönərli valyutanın daxil olmasında maraqlı ölkədir. Bütövlükdə isə, əmin olun ki, dollar ölməyəcək. Dünyanın 12 tirlyon dollarlıq ekvivalentidən olan ehtiyatlarının 8 tirlyona yaxını ABŞ dolları ilə saxlanılır. Sizcə, dünya 8 tirlyon dollarlıq ehtiyatın "ölməsinə" hazırdırmı?" Dollardan intina ilə bağlı İranın mövqeyinə gəldikdə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, bu məsələ çox çətindir və faktiki olaraq bunu İranın arzusu adlandırmaq olar: "Ancaq bazarda isə bu mümkün olan bir məsələ deyil. İran hökuməti vaxtilə istəyirdi ki, nefti rupi ilə satsın ancaq bu məsələ reallaşmadı. Başqa bir tərəfdən, sabah Azərbaycan da belə bir təkliflə çıxış edə bilər. Bildirə bilər ki, nefti bundan sonra manatla satacaq. Ancaq bu reallaşacaqmı?". Onun sözlərinə görə, nə Avropa, nə də digər kiçik ölkələr buna getməyəcək: "1973-cü ildən sonra, ABŞ-ın qoyduğu tələbə görə, neft yalnız dollar ilə satılır. İndi isə, sanksiyalardan sonra, bunun üstündən xətt çəkmək bu asan məsələ deyil. Hətta, sanksiyalar altında olan Rusiyanın belə bir addım atması mümkün bir məsələ olmadı. Ona görə də, bu sadəcə olaraq, İranın arzusudur. Onun böyüklüyünü, heç kəsə boyun əymədiyini göstərmək üçün atılan addımdır. Ona görə də, düşünürəm ki, nə Avropa, nə də kiçik ölkələr buna getməyəcək". O, həmçinin əlavə edib ki, avro 15 ildir ki, Avrozonanın vahid pul vahididir. Ancaq bununla belə, digər xammallar dollar ilə alınır. Odur ki, dollardan imtina əksər dövlətlər üçün sərfəli deyil.
Nurlan