Strateji yol xəritələri ölkə iqtisadiyyatına yeni nəfəs verəcək

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycan iqtisadiyyatının şaxələnməsi, qeyri-neft sektorunun sürətlə inkişafına şərait yaradacaq”. Bunu açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycan iqtisadiyyatının şaxələnməsi, qeyri-neft sektorunun sürətlə inkişafına şərait yaradacaq". Bunu açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

O qeyd edib ki, strateji yol xəritələri Azərbaycan iqtisadiyyatının qısa müddətdə daha da sürətli inkişafını təmin edəcək: "Strateji yol xəritələri sənayə, kənd təsərüffatı, yeni texnologiyaların istifadəsi və digər mühüm sahələrin sürətli şəkildə tərəqqisinə şərait yaradacaq. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri ölkə iqtisadiyyatına yeni nəfəs verəcək, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına xidmət edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31