İqtisadiyyat

Manatın dəyəri artır

7 Noyabr 2017 14:10

Son aylar milli valyutanın Amerika dollarına nisbətdə öz möhkəmliyini qoruyub saxlaması kimi müsbət tendensiya özünü göstərməkdədir. Elə bu səbəbdəndir ki, çoxları əlində olan xarici valyutanı manata dəyişməyə üstünlük verir. Amma bu prosesin müvəqqəti xarakter daşıdığını və dolların yenidən dəyər qazanacağını söləyənlər də var. Bəs görəsən manatın dollar qarşısında nisbətən də olsa möhkəmlənməsinin arxasında hansı amillər dayanır və bu davamlı xarakter daşıyacaqmı?

Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması praqmatik qərardır

7 Noyabr 2017 13:53

Ölkə iqtisadiyyatının yeni dövrə uyğun inkişaf etdirilməsi istiqamətində uzun müddətdən bəri həyata keçirilən islahatlar, atılan addımlar davam edir. Nəzərə alsaq ki, postneft dövründə istiqsadiyyatda əsas diqqət qeyri-neft sektoru və sənayenin inkişafına yönəldilir, o zaman Azərbaycanda bu sahədə görülən işləri müsbət dəyərləndirmək olar. Bu günlərdə Prezident İlham Əliyevin imzaladığı fərman əsasında “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması da bu istiqamətdə atılan ən təqdirəlayiq addımlardan sayıla bilər.

Komitə sədri: “İctimai birliklər və siyasi təşkilatların maliyyələşməsi üçün əlavə vəsaitin ayrılmasını ehtiyac var”

7 Noyabr 2017 13:33

İctimai birliklər və siyasi təşkilatların maliyyələşməsi üçün əlavə vəsaitin ayrılmasını ehtiyac var. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat: “Niyə neft pulunu biri sağa, biri sola xərcləməlidir…”

7 Noyabr 2017 13:32

“Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində neftin baza qiymətinin daha az götürülməsi məqsədəuyğundur”. “Olaylar” xəbər verir ki, bunu 2018-ci ilin büdcə layihəsinin Milli Məclisin komitələrindəki müzakirəsi zamanı parlamentin İctimai brliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib. O deyib ki, neftdən gələn pul Dövlət Neft Fonduna yığılmalıdır: "Neftin qiymətini büdcədə niyə artırırıq? İqtisadiyyat Nazirliyi və Kənd Təəsrrüfatı Nairliyindən də deyirlər ki, inkişaf var. Bu sahədə gəlirlər varsa, neftin qiymətini büdcədə niyə artrırıq? Əksinə, aşağı salmaqla o sahələri daha çox inkişaf etdirə bilərik.

Ziyad Səmədzadə: “BTQ Azərbaycanın dinamik inkişafını daha da artıracaq”

7 Noyabr 2017 13:30

Noyabrın 7-də Milli Məclisin 5 komitəsinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri müzakirə edilir. “Olaylar” xəbər verir ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, “Bakı-Tbilisi-Qars” layihəsi Azərbaycanın tarixində böyük bir hadisədir.

Milli Məclis büdcə müzakirələrinə start verdi

7 Noyabr 2017 13:29

Noyabrın 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında gələn ilin dövlət və icmal büdcəsinin müzakirəsinə başlanılıb.

Samir Şərifov: "Alkoqollu içkilərə aksiz dərəcələri iki dəfə artırılacaq"

7 Noyabr 2017 12:47

"Alkoqollu içkilərə aksiz dərəcələri iki dəfə artırılacaq". “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

“Ekran və efirdə ədəbi dil normaları” layihəsi Gəncə və Tovuzda

6 Noyabr 2017 15:57

Bilik Fondunun Milli Televiziya və Radio Şurasının dəstəyi ilə keçirilən “Ekran və efirdə ədəbi dil normaları” layihəsi davam edir. Olaylar.az bildirir ki, AMEA - nın Nəsimi adına Dilçilik İnstitutu, Bakı Dövlət Universiteti, Mədəniyyət və İncəsənət Universitetinin təcrübəli professor və müəllimləri, eləcə də praktik jurnalistlərin iştirakı ilə keçirilən mühazirələr və təlimlər dinləyicilərin böyük marağına səbəb olub. AMEA-nın Dilçilik İnstitutu Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva Gəncənin “Kəpəz ARB” Müstəqil Teleradio Şirkətində olub. Alim bu dəfə “Telekanallarda üslub xətalarının aradan qaldırılması” mövzusunda çıxış edib. İnstitutun Monitorinq şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Qazıyeva “Terminlər, neologizmlər, xüsusi adlar və abbreviaturalardan efirdə şifahi və yazılı formada istifadə qaydaları” mövzusunda danışıb. Alimlər televiziya işçilərinə ekran və efirdə ədəbi dil normalarının qorunması ilə bağlı lazımı materiallar təqdim ediblər.

Vergilər Nazirliyində kollegiya iclası keçirilib

6 Noyabr 2017 15:42

Vergilər Nazirliyində vergi orqanlarına daxil olan vətəndaş müraciətlərinə baxılması və vergi proqnozlarının icra vəziyyətinə həsr olunmuş kollegiya iclası keçirilib. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən “Olaylar”a verilən məlumata görə, kollegiyanın sədri, vergilər naziri Fazil Məmmədov hər iki məsələnin çox aktual olduğunu vurğulayaraq, vətəndaş müraciətlərinə baxılması zamanı qanunvericiliyin bütün tələblərinə ciddi əməl olunmasının təmin edilməsi hesabına vətəndaş məmnunluğunun səviyyəsinin yüksəldilməsi, habelə son kollegiya iclasında qəbul edilmiş “2017-ci ilin son 4 ayı üçün dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası üzrə Tədbirlər Planı”nın icra vəziyyəti barədə danışaraq, dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi istiqamətində görülən işlərin daha intensiv və səmərəli aparılmasının zəruri olduğunu diqqətə çatdırıb.

AGBank ASC “Zolotaya korona” sistemi üzrə təcili pul köçürmələrini bərpa etdi

6 Noyabr 2017 15:17

MDB və digər xarici ölkələri əhatə edən sistem vasitəsilə pulköçürmə xidmətləri bankın bütün filiallarında göstərilir. AGBank ASC müştəriləri üçün bu sistem vasitəsilə MDB və digər xarici ölkələrə 1%-dən başlayan (göndərilən məbləğ və istiqamətdən asılı olaraq) tariflərlə sərfəli şərtlərlə ani məqamda göndərə və ala bilərlər.

"Əməkdaşlığımız iqtisadi inkişafı və təhlükəsizliyi təmin edir" 

6 Noyabr 2017 15:08

“İran, Rusiya, Azərbaycan Prezidentlərinin görüşü, üçtərəfli əməkdaşlığı regionda təhlükəsizliyin, iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək”. Bu sözləri SİA-ya açıqlamasında Eldəniz Səlimov deyib.

Azərbaycanda corab istehsalı müəssisələri yaradılacaq

6 Noyabr 2017 14:46

Azərbaycanın Pirallahı rayonunda corab istehsalı üzrə müəssisə yaradılması nəzərdə tutulub. Belə ki, Trend-in Nazirliyə istinadən verdiyi məlumata görə, Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Pirallahı rayonunda prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

2018-ci ilin dövlət büdcəsi iqtisadi inkişafın davamlı olacağından xəbər verir

6 Noyabr 2017 14:28

Gələn ilin dövlət büdcəsi layihəsi yaxın günlərdə müzakirəyə çıxarılacaq. Növbəti ilin dövlət büdcəsinin gəlirləri 20 127 milyon manat nəzərdə tutulub ki, bu da keçən illə müqayisədə 20 faiz çoxdur.

Banklar ipoteka kreditləri üzrə faiz dərəcəsindən nə qədər qazanırlar?

6 Noyabr 2017 11:31

Adi ipoteka kreditləri üzrə faiz dərəcəsi bir sıra banklarda 8 faizdən 7 faizədək azaldılıb. Bunun əsas səbəbi son 2 ildə ipoteka kreditlərinə tələbin azalmasıdır. İqtisadi ekspert Vüqar Bayramov bildirib ki, Praktik olaraq, bazardakı aşağı tələb ipoteka krediti faizlərinə təsir göstərməkdədir. Belə ki, mövcud qanunvericiliyə əsasən, adi ipoteka kreditləri üzrə maksimum faiz 8-dir.

Gəncəyə sürət qatarı ilə gedə biləcəksiniz  - Tezliklə

4 Noyabr 2017 09:22

Gələn ildən etibarən sərnişinlər Bakıdan Gəncəyə sürət qatarları vasitəsilə cəmi 4 saata çata biləcəklər. Bunun üçün hazırda dəmir yolu xətlərinin bərpası, yeni qatarların sifarişi məsələləri həll edilir. Bunu Xəzər Xəbərə açıqlamasında Azərbaycan Dəmir yolları QSC-nin sədri Cavid Qurbanov deyib.