İqtisadiyyat

Almaniya ilə 10-dan artıq ikitərəfli müqavilə bağlanıb

10 Noyabr 2017 11:53

Almaniyanın İqtisadi Əlaqələr və Energetika üzrə Federal Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GiZ) dəstəyi ilə birgə həyata keçirilən Menecer Təlim Proqramı çərçivəsində bir neçə şirkətin nümayəndələri cari ilin oktyabr ayının 16-dan noyabrın 10-dək bu ölkədə səfərdə olublar.

Ötən ay 8112 vergi ödəyicisi qeydiyyatdan keçib

8 Noyabr 2017 15:27

2017-ci ilin oktyabr ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 25219 zəng cavablandırılıb. Nazirliyin Media Kommunikasiya Mərkəzindən “Olaylar”a verilən məlumata görə, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 141 883 SMS göndərilib. Oktyabr ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 436505 daxilolma qeydə alınıb.Vergi ödəyicilərinə xidmət strukturlarında 38558 vətəndaş qəbul edilərək onlara 55354 sayda xidmət göstərilib. 2017-ci ilin 1 noyabr tarixinə vergi ödəyicilərinə ümumilikdə 384246 sayda ASAN İmza sertifikatı verilib. 2017-ci ilin oktyabr ayı ərzində 8112 vergi ödəyicisi (1127 hüquqi şəxs, 6985 fiziki şəxs) qeydiyyatdan keçib.

Müsbət iqtisadi tendensiyalar çoxalıb

8 Noyabr 2017 14:54

2015- ci ilin sonunda həyata keçirilən devalvasiyadan sonra nəhayət, mənfi iqtisadi tendensiyalar, durğunluq və sosial şoklar xeyli azalıb. İlk növbədə, ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən alınan çevik qərarlar daha çox xaricdən ixrac olunan böhranın fəsadlarını minumuma endirməyə şərait yaratdı.

Kərə yağının qiyməti nə qədər düşəcək?

8 Noyabr 2017 14:36

Azərbaycanin dinamik iqtisadi inkişafı sosial məsələlərin həllinə geniş imkanlar yaradır. Prezident İlham Əliyevin yürütdüyü sosil siyasət vətəndaşların rifah halının yüksəlməsinə xidmt edir. Elə bu səbədən də dünya ölkələrinidə iqtisadi geriliyin müşahidə olunduğu bir dövrdə Azərbaycanda çoxsaylı sosial layihələr reallaşdılır. Məhz bunun nəticəsidir ki, əhalinin ərzaqla təminatı, onların alıcılıq qabiliyyətinin artırılması məsələsi ön sıralarda durur.

Eldar İbrahimov: “Bu gün dünyada az qala bır sıra ölkələr dağılır, ancaq…”

8 Noyabr 2017 13:29

“Büdcənin tərtibatı yüksək səviyyədə hazırlanıb”. “Olaylar” xəbər verir ki, bunu noyabrın 7-də 2018-ci ilin dövlət büdcəsinin Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komtələrinin birgə iclasında müzakirəsi zamanı parlamentin Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov deyib.

Daha bir parkda pulsuz “Wi-fi” 

7 Noyabr 2017 21:52

“Bakı Telefon Rabitəsi” MMC pulsuz “Wi-Fi” xidmətinin əhatə dairəsini Nərimanov parkınadək (eyniadlı metro stansiyasının yaxınlığında) qədər genişləndirib. Şirkətdən verilən məlumata görə, yaxın zamanlarda xidmətin paytaxtın daha 3 parkın ərazisində tətbiq olunması nəzərdə tutulur. Bununla da pulsuz “Wi-Fi” xidmətinin əhatə etdiyi parkların sayı 20-ə çatacaq.

Quba rayonunun Alpan icmasında xalçaçılıq müəssisəsi istifadəyə verilib

7 Noyabr 2017 18:20

Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi (SEDA) çərçivəsində Quba rayonunun Alpan icmasında inşa edilən xalçaçılıq müəssisəsi fəaliyyətə başlayıb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, ABŞ-ın Azərbaycandakı Səfirliyinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, yerli icra hakimiyyətinin və bələdiyyələrin nümayəndələri iştirak edib.

Əfqanıstan Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərir

7 Noyabr 2017 18:11

Noyabrın 7-də iqtisadiyyat naziri Şahin Mustafayev Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakiminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən “Olaylar”a veriln məlumata görə, “Azəravtoyol”, “Ərzaq məhsullarının tədarükü və təchizatı” səhmdar cəmiyyətlərinın, Azərbaycanın ixrac assosiasiyaları rəhbərlərinin, 25 iri yerli şirkətin nümayəndəsinin iştirak etdiyi görüşdə nazir Şahin Mustafayev qeyd edib ki, hazırda Azərbaycan və Əfqanıstan arasında müxtəlif sahələrdə əlaqələr genişlənir. Azərbaycan humanitar, hərbi təhsil və tibbi təlimlər, minalardan təmizləmə, mülki treninqlər sahələrində Əfqanıstana dəstək göstərir.

Ekspert: “Kərə yağının qiymətinin düşməsi ən tezi gələn ilin əvvəlində müşahidə edilə bilər”

7 Noyabr 2017 17:48

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edərək kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşdirib. İndiyədək bu dərəcə 15 faiz idi.

Samir Şərifov: “Banklarda qorunan əmanətlər 2019-cu ilədək qaytarılacaq”

7 Noyabr 2017 16:04

“Mən təkrar edirəm ki, əmanətlərin qaytarılması ilə bağlı biz dövlət büdcəsindən kifayət qədər vəsait ayırmışıq. Bu təkcə dövlət banklarında deyil, qeyri-dövlət banklarındakı əmanətçilərə də şamil olunur. 2019-cu ilədək dövlət təminat verib ki, əmanətlər qaytarılacaq. Söhbət yalnız qorunan əmanətlərdən gedir”.

Nazir: "Bəzi dövlət qurumlarının maliyyə vəziyyətinə baxılıb"

7 Noyabr 2017 15:37

"Bəzi dövlət qurumlarının maliyyə vəziyyəti ilə bağlı məsələyə baxılıb". Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı millət vəkillərinin təklif və iradlarına münasibət bildirərkən deyib.

BTQ-nin region ölkələri üçün əhəmiyyəti Avropa mediasının gündəmində

7 Noyabr 2017 15:30

Avropa İttifaqı (Aİ) məsələlərini işıqlandıran "EurActiv" xəbər portalında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi barədə məqalə yayımlanıb. Məqalədə BTQ dəmir yolunun açılış mərasimindən ətraflı bəhs edilir, Azərbaycan Prezidenti İlham Əliyevin və digər nüfuzlu qonaqların çıxışlarından sitatlar gətirilir.

Əli Məsimli: “İnflyasiyanın 2 rəqəmli olmasına səbəb süni qiymət artımıdır”

7 Noyabr 2017 14:52

“Azərbaycanda büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasına ciddi ehtiyac var. Buna görə də 2018-ci ilin büdcəsində həmin məsələ nəzərə alınmalıdır". “Olaylar” xəbər verir ki, bu barədə deputat Əli Məsimli 2018-ci il dövlət və icmal büdcə layihələrinin müzakirəsi zamanı bildirib.

Zahid Oruc: “Azərbaycan Hökuməti Dağlıq Qarabağa vəsait ayırmalıdır”

7 Noyabr 2017 14:29

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc büdcədən Dağlıq Qarabağa vəsait ayrılmasını təklif edib. “Olaylar”ın məlumatına görə, deputat 2018-cil dövlət büdcə layihəsinin müzakirəsi zamanı deyib ki, Azərbaycan sanki iqtisadi cəhətdən təcavüz aktı ilə barışıb: “Dağlıq Qarabağla bağlı fikirlərimi həmişə gündəmə gətirmişəm.

Samir Şərifov Siyavuş Novruzovun iradlarına cavab verdi

7 Noyabr 2017 14:27

Maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.“Olaylar” xəbər verir ki, S.Şərifov deyib ki, o, Azərbaycanın dövlət büdcəsinin sosializmdən fərqlənmədiyi barəd səsləndirilən iradla razılaşmır. S.Şərifov S.Novruzovun “Azərbaycanın milli və dini adət-ənənələrinin nəzərə alaraq, müzakirələrə dəvət olunan şəxslərə hörmətlə yanaşaq və çox da dərinə getməyək” fikirlərinə də münasibət bildirib.