İqtisadiyyat

Növbəti ixrac missiyamız Çində səfərdədir

14 Noyabr 2017 11:31

Azərbaycanın növbəti ixrac missiyası Çin Xalq Respublikasının Şanxay şəhərindədir. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə təşkil olunmuş ixrac missiyasına şərab və spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 13 yerli şirkətin nümayəndəsi daxildir.

Keçən ay BTC kəməri ilə 2,2 milyon tondan artıq Azərbaycan nefti nəql olunub

13 Noyabr 2017 15:42

2017-ci ilin oktyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 268 min 672 ton Azərbaycan nefti nəql olunub. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, cari ilin yanvar- oktyabr aylarında bu kəmərlə 22 milyon 595 min 463 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il noyabr ayının 1-ə qədər BTC-yə 344 milyon 133 min 525 ton neft vurulub.  Bundan başqa, 2017-ci ilin oktyabr ayında BTC kəməri ilə 545 min 988 ton Türkmənistan nefti nəql olunub.

Ceyhan limanından 1,9 milyon ton neft dünya bazarlarına çıxarılıb

13 Noyabr 2017 15:40

Cari ilin oktyabr ayı ərzində 1 milyon 895 min 356 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 201 min 814 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.. Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 21 milyon 36 min 310 ton təşkil edib. 

Azərbaycanın 33 rayon və şəhərinə dövlət pul ayırmayacaq

13 Noyabr 2017 15:35

2018-ci ilin dövlət büdcəsinin gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 651 milyon manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 4 milyon manat çoxdur. Bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.

Tahir Kərimli: “Büdcə kəsirindən qorxmayın”

13 Noyabr 2017 14:42

“Bizim hökumətimiz büdcə siyasəti nədən ibarətdir? Mən neçə zamandır ki, bu suala cavab axtarıram. Aydın olur ki, yığcamlaşdırma siyasətidir. Nəyin bahasına olursa olsun, büdcə yığcamlaşdırılsın. Heç vaxt büdcə kəsirlərindən qorxmaq lazım deyil. Nəyə görə bunu başqa dövlətlər etdiyi halda biz etmirik?” “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

Statistika Komitəsi: “Bu ərzaq malları son bir ayda 2,3 faiz bahalaşıb”

13 Noyabr 2017 14:39

2017-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşıb. Buu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

İnkişafa xidmət edən sosial-iqtisadi siyasət

13 Noyabr 2017 14:31

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar bu sahədə yeni mərhələnin davamlı olmasının zəruri edir. Heç şübhəsiz ki, yeni mərhələnin əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

Sevinc Həsənova: “Gələn il Azərbaycanın qeyri-neft sənayesi 7,8 faiz artacaq”

13 Noyabr 2017 13:29

Azərbaycanın qeyri-neft sənayesi 2018-ci ildə 7,8 faiz artacaq.“Olaylar” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Gənclər və idman komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Bu sürücülər bazar ertəsindən cərimə ediləcək — Bir gün vaxt qaldı

11 Noyabr 2017 16:17

Nömrəsində defis olan avtomobilin sürücüsü 50 manat cərimə olunacaq. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə verdiyi bir ay vaxt noyabrın 12-də başa çatır. Söhbət avtomobolin dövlət nömrə nişanında defis işarəsinin olmamasına görə cərimələrin tətbiq edilməsindən gedir. Noyabrın 13-dən etibarən yol polisi nömrədə defis olmayan avtomobil sürücülərini cərimə edəcək.

Bakı-Minvodı sürət qatarı istifadəyə veriləcək

10 Noyabr 2017 20:12

Bakı ilə Minvodı (Rusiya) arasında sürət qatarının istifadəyə verilməsi planlaşdılır. Əgər bununla bağlı lahiyə qəbul olunarsa, Minvodlı ilə Bakı arasında işləyəcək sürət qatarında gömrük-keçid baxışı birbaşa vaqonlarda aparılacaq.  Yeni nəqliyyatın fəaliyyət göstərməsində təkcə Rusiya tərəfi deyil, Azərbaycan da maraqlıdır.

“Qadın sahibkarlığın inkişafında biznes inkubatorların rolu” mövzusunda tədbir keçirilib

10 Noyabr 2017 16:46

Noyabrın 10-da Xaçmazda yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində “Qadın sahibkarlığının inkişafında biznes inkubatorların rolu” mövzusunda seminar keçirilib.

Azərbaycan-İtaliya iqtisadi əlaqələri inkişaf edir

10 Noyabr 2017 16:44

İtaliya Respublikasının ölkəmizdəki səfiri Augusto Massarinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşüüb. İqtisadiyyat Nazirliyindən “Olaular”a bildirilib ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyəti barədə ətraflı məlumat verən Məmməd Musayev Azərbaycan –İtaliya arasında ikitərəfli iqtisadi əlaqələrin yüksək səviyyədə olduğundan söhbət açmışdır.

Bakı-Tbilisi-Qarsa yeni alternativ yaradılır?

10 Noyabr 2017 14:29

Azərbaycanın bilavasitə iştirakı ilə bir müddət öncə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə beynəlxalq maraq artdıqca və bu layihədə iştirak etməyə yönəlik təşəbbüslər çoxaldıqca bəzi dövlətlərdə bu narahatçılıq hissi yaradır. Xüsusilə, bu narahatçılıq özünü şimal qonşumuzda ciddi şəkildə göstərir.

Azərbaycanın gəlir mənbələrinin içərisində RTQ-nın xüsusi yeri var

10 Noyabr 2017 14:12

“Bakı-Tbilisi-Qars (BTQ) regional layihədir. Bu layihənin reallaşması Azərbaycanın təşəbbüsü ilə həyata keçirilib. Praktiki olaraq Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində BTQ dəmir yolu xəttinin reallaşması mümkün oldu”. Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Keçən ay SOCAR dövlət büdcəsinə 136 milyon 952 min manat vəsait ödəyib

10 Noyabr 2017 13:14

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin oktyabr ayında dövlət büdcəsinə 136 milyon 952 min manat vəsait ödənilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu göstərici 2016-cı ilin oktyabr ayı ilə müqayisədə 11 milyon 607 min manat və ya 9,3 faiz çoxdur.Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında büdcəyə 1 milyard 302 milyon 630 min manat vəsait ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 152 milyon 440 min manat və ya 13,3 faiz çoxdur.