İnkişafa xidmət edən sosial-iqtisadi siyasət

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar bu sahədə yeni mərhələnin davamlı olmasının zəruri edir. Heç şübhəsiz ki, yeni mərhələnin əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

Ölkənin iqtisadi inkişafı vətəndaşların rifah halının yükdəldilməsinə yönəlib

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar bu sahədə yeni mərhələnin davamlı olmasının zəruri edir. Heç şübhəsiz ki, yeni mərhələnin əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması və onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələri aid etmək olar.
Millət vəkili, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, Azərbaycanın yeni mərhələdə iqtisadi inkişaf strategiyasının uğurlu olmasını şərtləndirən başlıca faktorlardan biri indiyə qədər həyata keçirilən strateji kursun effektivliyidir. Yəni, iqtisadi baza əsaslı olduğuna görə islahatların səmərəliliyini təmin etmək və qarşıdakı mərhələdə daha uğurlu inkişaf dinamikası əldə etmək tam mümkündür . E.İbrahimov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda əsaslı nailiyyətlər əldə edib, mühüm məsafə qət edilib. Onun sözlərinə görə, bu faktor ölkəmizin davamlı inkişafının fundamental əsası qismində çıxış edir: "Sosial-iqtisadi sahədə görülən işlərin real nəticələri gələcəyə optimist baxmağa tam əsas yaradır. Son 13 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb. Belə ki, 2004-cü ildən bu günə qədər respublikamızda ümumi daxili məhsul istehsalı bir neçə dəfə artıb ki, bu da dünya miqyasında avanqard göstəricidir. 2004-cü ildən bəri respublikamız investisiya cəlbediciliyi kifayət qədər yüksək olan bir ölkəyə çevrilib. 2004-cü ildən bəri 70 mindən çox yeni müəssisənin yaradılması və təxminən 1,6 milyondan çox yeni iş yerinin açılması respublikamızda iqtisadi aktivliyin kifayət qədər yüksək olmasına dəlalət edir. Digər tərəfdən, Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün region iqtisadiyyatının təxminən 75 faizi respublikamızın payına düşür. Bir sözlə, dünya miqyasında ortaya çıxan neqativ tendensiyaların ölkəmizə təsiri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində minimuma endirilib, iqtisadiyyatın dayanıqlılığı formalaşıb, yeni iqtisadi hədəflərin reallaşması üçün əlverişli zəmin yaranıb".
O da faktdır ki, Azərbaycanda cərəyan edən iqtisadi inkişaf sosialyönümlü olduğundan əhalinin rifah halına təsizrsiz ötüçmür. Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, iqtisadi inkişaf strategiyası yeni mərhələdə də sosialyönümlü olması ilə fərqlənir. İnkişafa xidmət edən sosial-iqtisadi kursun əsasında vətəndaşların rifah halının yüksəldilməsi, bütün sosial layihələrin tam həcmdə yerinə yetirilməsi dayanır. H.Rəcəbli bildirib ki, Azərbaycanda sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi dayanır. Onun sözlərinə görə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan dövləti əhalinin rifah halının yaxşılaşdırılması üçün lazımi islahatları davam etdirmək iradəsinə malikdir: "Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir. Bu fakt bir daha əyani şəkildə təsdiq edir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütövlükdə, Azərbaycanın yeni şəraitdə iqtisadi inkişaf kursu sosial məzmunludur. Başqa sözlə, yeni iqtisadi kursun fonunda əsas götürülən başlıca prinsiplərdən biri sosial məsuliyyətdir. Bu, o deməkdir ki, qarşıdakı dövrdə də qəbul və icra olunan hər bir qərarın, həyata keçirilən bütün tədbirlərin əsasında Azərbaycan vətəndaşı dayanacaq".
Etiraf edilməlidir ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və əldə olunan müsbət nəticələr beynəlxalq aləm də də tədqir olunur. Millət vəkili Aydın Hüseynovun sözlərinə görə, Azərbaycanda iqtisadiyatın strukturunda müasir trendlərə əsaslanan innovativ islahatların aparılması son 2 ildə daha geniş xarakter alıb və 2017-ci ildə bu istiqamətdə işlər keyfiyyət baxımından bir qədər də irəliyə gedib. Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyini daha da yaxşılaşdırmaq üçün son bir ildə zəruri işlər görülüb. Sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirmək əsas strateji hədəflərdən biri kimi müəyyən olunub və həmin hədəflərə çatmaq üçün ən yüksək beynəlxalq standartlara uyğun elektron dövlət xidmətləri göstərilməsi tədbirlər həyata keçirilib. Bu tədbirlərin nəticəsi kimi son bir ildə qanunvericilik və inzibatçılıq təkmilləşdirilib, biznes və rəqabət mühiti daha da yaxşılaşdırılıb. Yürüdülən iqtisadi siyasət bir sıra mühüm nəticələrin əldə olunmasına imkan verib. 2017-ci ildə sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyi təmin edilib, rəqabət prinsiplərinə əsaslanan biznes mühiti yaradılıb, ölkənin investisiya cəlbediciliyinin artırılıb. Bu faktorlar beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşmasına səbəb olub. Dünya İqtisadi Forumu dünya ölkələrinin rəqabətqabiliyyətliliyi səviyyəsini xarakterizə edən növbəti "Qlobal Rəqabətqabiliyyətlilik İndeksi 2017-2018" hesabatında Azərbaycanın 140 ölkə arasında 2 pillə irəliləyərək 35-ci yerdə qərarlaşması məhs həmin islahatların mühüm nəticəsi hesab olunur. Ölkəmiz 37-ci pillədən 35-ə qalxıb və MDB məkanında liderliyini qoruyur: "Onu da qeyd edim ki, rəqabət reytinqinin artmasının islahatların səmərəliliyini göstərməklə yanaşı, ölkəmiz üçün geniş imkanlar yaradır. Azərbaycan iqtisadiyyatına investisiya yatırmaq niyyətində olan istənilən investor üçün rəqabətlilik hesabatı əhəmiyyətli rol oynayır. Hansısa ölkəyə sərmayə qoymaq istəyən xarici şirkət və investor ilk növbədə, həmin ölkənin beynəlxalq reytinq əmsalına diqqət yetirir. Bu mənada ölkəmizin yüksək reytinqinin olması investisiya cəlbediciliyinin fonunda xarici sərmayə qoyuluşlarının artmasına öz mühüm təsirini göstərəcək. Eyni zamanda, milli sahibkarlarımızın və şirkətlərimizin dünya bazarlarına çıxışını asanlaşdıracaq".
Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31