İqtisadiyyat

Aprel şəhidlərinin xatirəsi yad edildi

3 Noyabr 2017 19:25

Azərbaycan Dillər Universitetində  Auditoriya+ proqramı çərçivəsində universitetin Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşəbbüsü ilə “Gənc İstedadların İnkişafina Dəstək” İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə layihəsi əsasında “Aprel şəhidləri tariximizin şanlı səhifəsidir” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən Sərraf Hüseynov ADU-da mütəmadi olaraq tələbələrə vətənpərvərlik ruhunun aşılanması, onlarda vətənə sədaqət hissinin gücləndirilməsi məqsədilə müxtəlif tədbirlərin təşkil olunduğunu deyib. Tədbirin məqsədinin Aprel döyüşlərində şəhid olanların adlarının təbliği və əbədiləşdirilməsi olduğunu söyləyən S.Hüseynov hər bir vətəndaşın həyatını qəhrəman kimi yaşamasının, xalqına və dövlətinə sadiq vətəndaş kimi xidmət etməsinin zəruriliyini vurğulayıb.

Yer səthinin məsafədən müşahidəsi xidmətləri ilə bağlı müsabiqənin növbəti mərhələsinin nəticələri açıqlanıb

3 Noyabr 2017 18:50

Cənubi Qafqazın yeganə peyk operatoru olan “Azərkosmos” ASC növbəti dəfə keçirdiyi “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” müsabiqəsinin nəticələri elan edib.

Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb

3 Noyabr 2017 17:14

Dövlət başçısının “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 12 sentyabr 2017-ci il tarixli Sərəncamında bu sahənin inkişafı ilə bağlı vəzifələr müəyyənləşdirilib, çayçılıq sahəsinin inkişafının davamlı olaraq dəstəklənməsinin təmin edilməsi, fermerlər, tədarükçülər, emalçılar və ixracatçıların dövlət orqanları ilə qarşılıqlı əlaqələrinin daha səmərəli təşkil edilməsi üçün Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması üçün müvafiq tədbirlərin görülməsi tapşırılıb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Bakı Biznes Mərkəzində İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən görüşdə bu sahədə fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb, Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis edilməsi qərara alınıb.

Azərbaycan regionun nəqliyyat paytaxtına çevrilir

3 Noyabr 2017 16:14

Azərbaycan son illərdə təşklif etdiyi, təşəbbüs göstərdiyi və birbaşa iştirak etdiyi regional və qlobal əhəmiyyətli layihələrlə Cənubi Qafqazın bütün parametrlər üzrə aparıcı ölkəsi olduğunu bir daha təsdiqləyir.

Keçən ay 11284 metr qazma işi həyata keçirilib

3 Noyabr 2017 12:59

2017-ci ilin oktyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11284 metr qazma işi həyata keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 10343 metri istismara, 941 metri isə kəşfiyyata aid olub.

İsmayıllıda sahibkarlar üçün treninq keçirilib

3 Noyabr 2017 12:52

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və İstehlak Mallarının Ekspertizası Mərkəzinin birgə təşkilatçılığı ilə İsmayıllıda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

1360 sahibkara güzəştli kredir verilib

3 Noyabr 2017 12:51

2017-ci ilin ötən dövrü ərzində 1360-dək sahibkarlıq subyektinin ümumi dəyəri 346 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 101,3 milyon manat güzəştli kredit verilib.

Büdcə zərfinin müzakirə vaxtı açıqlandı

3 Noyabr 2017 12:50

Noyabrda Milli Məclisin payız sessiyasının 4 plenar iclası keçiriləcək. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.

Türkiyədə inflyasiya 9 illik maksimuma çatıb

3 Noyabr 2017 12:45

Türkiyədə bu ilin oktyabr ayında aylıq inflyasiya 2,08%, illik isə 11,9% təşkil etməklə 2008-ci ildən sonra ən maksimal həddə çatıb.  "Bloomberg" agentliyi xəbər verir ki, oktyabr ayında istehsalçı qiymətləri aylıq 1,71%, illik isə 17,28% artıb. Ən yüksək artım oktyabr ayında qadın sviterlərində (+37,92%), ən çox azalma isə ölkədaxili turlarda (-27,12%) müşahidə olunub.

Pirallahı Sənaye Parkında şpris istehsalı müəssisəsi yaradılır

3 Noyabr 2017 12:32

Pirallahı rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum noyabrın 2-də Pirallahı rayonunda keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Forum çərçivəsində Pirallahı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrin maliyyələşdirilməsi, zeytunçuluq təsərrüfatının, badam bağının salınması, corab istehsalı, plastik və polietilen qabların təkrar emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Monteneqronun xarici işlər naziri İqtisadiyyat Nazirliyində olub

3 Noyabr 2017 12:30

İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Monteneqro Respublikasının xarici işlər naziri Srcan Darmanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini qeyd edib, Azərbaycan Respublikası Prezidentinin 2013-cü ildə Monteneqroya, Monteneqro Prezidentinin isə bir neçə dəfə ölkəmizə səfər etdiyini vurğulayıb.

Kestutis Yankauskas: "Bakı-Tbilisi-Qars təhlükəsiz və sürətli nəqliyyat xidmətidir”

3 Noyabr 2017 12:26

"Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi çox yaxşı layihədir, bunu müsbət qarşılayırıq". Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin səfiri Kestutis Yankauskas deyib.

BTQ-nin açılışı yeni iqtisadi dövrə keçiddir

3 Noyabr 2017 11:37

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı yeni iqtisadi dövrə keçiddir. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, ekspert Azər Verdiyev səsləndirib. O, bildirib ki, dəmir yolu xətti Şərqdən Qərbə qədər olan böyük məsafədə yük və sərnişin daşımalarında vaxt və maliyyə sərfiyyatını azaldacaq: “Bununla yanaşı, Bakı-Tbilisi-Qars, həmçinin ölkə iqtisadiyyatının inkişafına da böyük dərəcədə müsbət təsir göstərəcək. Dəmir yolu xətti Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya ölkələri tərəfindən dəstəklənir.

SOCAR neftçilərin xəsarət alması ilə nəticələnən qəza barədə məlumat yayıb - YENİLƏNİB

3 Noyabr 2017 11:32

"Qaradağ" sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb və Kompleks Qazma İşləri Trestinin "Qaradağ-Qalmaz" İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirib.

"Bad Rabbit" virusuna yoluxmuş faylları necə geri qaytarmalı?

2 Noyabr 2017 18:40

"Bad Rabbit" yaradıcıları tərəfindən buraxılmış az əhəmiyyətli əməliyyat xətaları nəticəsində bəzi qurbanlar şantajçının tələb etdiyi ödənişi etmədən öz fayllarını geri qaytara bilərlər.