Keçən ay 11284 metr qazma işi həyata keçirilib
2017-ci ilin oktyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11284 metr qazma işi həyata keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 10343 metri istismara, 941 metri isə kəşfiyyata aid olub.
3 Noyabr 2017 12:59 İqtisadiyyat2017-ci ilin oktyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11284 metr qazma işi həyata keçirilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 10343 metri istismara, 941 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-oktyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 114909 metr qazma işi görülüb ki, bunun da 106593 metri istismara, 8316 metri isə kəşfiyyata aid olmuşdur. 2017-ci ilin oktyabr ayında proqnozlaşdırılan 7 quyuya qarşı faktiki olaraq 10 quyu qazmadan alınaraq mədənçilərə təhvil verilmişdir. Quyulardan 2-si "Neft Daşları", 2-si "Qərbi Abşeron", 2-si "Pirallahı", qalanları isə "Bulla-dəniz", "Qaradağ", "Səadan" və "Darvin bankası" yataqlarında qazılıb. Ümumiyyətlə ilin əvvəlindən bəri 66 quyuda qazma işləri uğurla başa çatdırılaraq təhvil verilib.