SOCAR neftçilərin xəsarət alması ilə nəticələnən qəza barədə məlumat yayıb - YENİLƏNİB

"Qaradağ" sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb və Kompleks Qazma İşləri Trestinin "Qaradağ-Qalmaz" İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirib.

"Qaradağ" sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb və Kompleks Qazma İşləri Trestinin "Qaradağ-Qalmaz" İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirib. Bu barədə SOCAR-ın saytında yer alan məlumatda vurğulanır. Məlumata əsasən, hər iki zərərçəkən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb: "Hazırda xəsarət alan qazmaçılar xəstəxanada müalicə alırlar. Qazma prosesi zamanı xəsarət alan neftçilərin vəziyyəti qənaətbəxşdir". Hadisənin baş vermə səbəbləri araşdırılır.

***

Ötən gün SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyunun istehsalat sahəsində aparılan qazma işləri zamanı qəza baş verib. SOCAR-ın Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nizaməddin Quliyev açılmasında bildirib ki, qəza nəticəsində iki nəfər qazma köməkçisi - Fikrət Gözəlov və Cavad Ədilov xəsarət alıblar. Onun sözlərinə görə, xəsarət alan işçilər xəstəxanaya çatdırılıb: "Xəsarət alanlardan biri artıq evə buraxılıb, digərinin müalicəsi davam etdirilir". Dövlət şirkətinin rəsmisi əlavə edib ki, hadisə nəticəsində ölüm hadisəsi qeydə alınmayıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31