BTQ-nin açılışı yeni iqtisadi dövrə keçiddir

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı yeni iqtisadi dövrə keçiddir. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, ekspert Azər Verdiyev səsləndirib. O, bildirib ki, dəmir yolu xətti Şərqdən Qərbə qədər olan böyük məsafədə yük və sərnişin daşımalarında vaxt və maliyyə sərfiyyatını azaldacaq: “Bununla yanaşı, Bakı-Tbilisi-Qars, həmçinin ölkə iqtisadiyyatının inkişafına da böyük dərəcədə müsbət təsir göstərəcək. Dəmir yolu xətti Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya ölkələri tərəfindən dəstəklənir.

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı yeni iqtisadi dövrə keçiddir. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, ekspert Azər Verdiyev səsləndirib. O, bildirib ki, dəmir yolu xətti Şərqdən Qərbə qədər olan böyük məsafədə yük və sərnişin daşımalarında vaxt və maliyyə sərfiyyatını azaldacaq: "Bununla yanaşı, Bakı-Tbilisi-Qars, həmçinin ölkə iqtisadiyyatının inkişafına da böyük dərəcədə müsbət təsir göstərəcək. Dəmir yolu xətti Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya ölkələri tərəfindən dəstəklənir. BTQ-nin istifadəyə verilməsi ilə bağlı yayılan bəyanatlarda ba biz bunu açıq şəkildə görürük. Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin bəyanatında qeyd edilir ki, qurum yeni dəmir yolu dəhlizini alqışlayır. Bütövlükdə, hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31