İqtisadiyyat

Pambıq qəbulu məntəqələrinə ölkə üzrə 184 min 440 ton məhsul təhvil verilib

20 Noyabr 2017 15:57

Noyabrın 20-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 184 min 440 ton məhsul təhvil verilib. “Olaylar” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə ötən iki gündə 1942,07 ton pambıq tədarük olunub. Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib.

“Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda regional forum keçirilib

20 Noyabr 2017 15:24

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı, İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin dəstəyi ilə Ağstafa rayon Mədəniyyət Mərkəzində “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda regional forum keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə bir sıra rəsmi şəxslərlə yanaşı, Bakı şəhəri, Ağstafa, Tovuz və Qazax rayonlarından 200-dən çox sahibkar iştirak edib.

Eyni mənzil bir neçə şəxsə satılır

20 Noyabr 2017 13:28

Eyni mənzilin bir neçə nəfərə satılması problemi uzun müddətdir ki, müzakirə mövzusudur. “Olaylar” xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, hələ 3 il əvvəl bununla bağlı təkliflərini hökumətə təqdim edib: “Artıq həmin təkliflərdən bir neçəsi nəzərə alınaraq “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna dəyişikliklərə əlavə edilib.

Lavrov Bakı-Tbilisi-Qars dəmir yolundan danışdı

20 Noyabr 2017 11:59

"Bakı-Tbilisi-Qars dəmir yolu ilk növbədə Azərbaycan, Gürcüstan və Türkiyəyə müsbət töhfə verəcək. Bizimlə əlaqəsi yoxdur. Çünki bizim ərazilərdən keçmir". Məlumata görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ADA Universitetində müəllim-tələbə heyəti ilə görüşdə deyib. O bildirib ki, Azərbaycan Rusiya və İranla hazırda nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirmək istiqamətində layihə həyata keçirir: "Nəqliyyat layihələri gələcəkdə məhsuldar əməkdaşlıqlara yol açır".

Azərbaycan regionda ən az terror təhlükəsi olan ölkədir ŞƏRH

20 Noyabr 2017 11:32

London İqtisadiyyat və Sülh İnstitutunun bu il üçün tərtib etdiyi Qlobal Terrorizm İndeksində (The Global Terrorism Index) Azərbaycan regionda ən az terror təhlükəsi olan ölkədir. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

Astarada torpaq sürüşməsi nəticəsində yollardan biri qismən bağlandı

19 Noyabr 2017 11:41

Astarada torpaq sürüşməsi nəticəsində dağ kəndinə gedən yol qismən bağlanıb. Astarada Təxtənəkəran-Toradi yolunun Hamuşam kəndi ərazisindən keçən hissəsində dağdan ovunub gələn torpaq layı yolu bağlayıb. Sakinlərin sözlərinə görə, yolun bir zolağı ağır texnika vasitəsi ilə təmizlənib.

Azərbaycana 9,3 mln. dollarlıq avtobus gətirilib

18 Noyabr 2017 20:48

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 138 ədəd avtobus idxal edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu sayda avtobusların ümumi dəyəri 9 281,2 min ABŞ dolları təşkil edib.

İqtisadiyyat naziri Biləsuvarda vətəndaşları qəbul edib

17 Noyabr 2017 16:24

Noyabrın 17-də İqtisadiyyat naziri Şahin Mustafayev Biləsuvarda Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, qəbulda digər şəhər və rayonlardan olan və qəbul zamanı birbaşa müraciət edən vətəndaşların müraciətlərinə də baxılıb. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, müraciət edilən məsələlərlə bağlı ətraflı izahat və məlumat verilib, əksər məsələlər yerindəcə həll edilib.

ADAU-nun tələbələri İnnovasiya Müsabiqəsi barədə məlumatlandırılıb

17 Noyabr 2017 14:57

İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyi tərəfindən keçirilən İnnovasiya Müsabiqəsi barədə tədqiqatçıların, müəllim və tələbələrin məlumatlandırılması davam etdirilir. İqtisadiyyat Nazirliyindən "OLaylar"a verilən məlumata görə, bu məqsədlə növbəti tədbir Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilib.

Kənd təsərrüfatı məhsullarının istehsalı 4% artıb

17 Noyabr 2017 11:25

2017-ci ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 5,780 mlrd. manat təşkil edib ki, onun da 2 mlrd. 929,1 mln. manatı heyvandarlıq, 2 mlrd. 850,9 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,8%, bitkiçilik məhsullarının istehsalı isə 5,3% artıb.

Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib

17 Noyabr 2017 11:24

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib. Tədbirdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin Sahibkarlığın və İstehlak Bazarının İnkişafı Komitəsinin sədri Elgiz Kaçayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a veriln məlumata görə, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan-Rusiya əlaqələrinin strateji əməkdaşlıq səviyyəsində olduğunu, ölkəmizin Rusiya ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. Azərbaycan iqtisadiyyatı və ölkəmizdə həyata keçirilən uğurlu layihələr barədə məlumat verən nazir müavini bildirib ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında yaradılıb.

İndiyədək 20 min 667 ipoteka krediti verilib

16 Noyabr 2017 16:06

"Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) xətti ilə indiyədək verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb. AİF-dən verilən məlumata görə, fondun xətti ilə 20 min 667 ipoteka krediti verilib. "Azərbaycan İpoteka Fondu"nun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 900 milyon 105 min 152 manatdan çoxdur.

Neft sektorunda ÜDM 6 faiz azalıb

16 Noyabr 2017 15:14

2017-ci ilin yanvar-oktyabr aylarında ümumi daxili məhsul 0.7 faiz azalıb. Dövlət Statistika Komitəsindən “Olaylar”a bildirilib ki, ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 56481,5 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib. Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,1 faiz artıb, neft sektorunda isə 6 faiz azalıb.

Dövlət büdcəsi kəsirlə icra olunub

16 Noyabr 2017 14:01

2017-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 13 mlrd. 557,2 mln. manat, xərcləri 14 mlrd. 150,2 mln. manat təşkil edib.“Olaylar”xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlarda qeyd edilib. Büdcənin icrasında 593 mln. manatlıq və ya ümumi daxili məhsulun 1%-i qədər kəsir yaranıb.

Nazirlikdən işəgötürənlərə xəbərdarlıq

16 Noyabr 2017 13:59

Vergilər Nazirliyi işəgötürənlərə xəbərdarlıq edib. “Olaylar” nazirliyə istinadən bildirir ki, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənin və ya onun səlahiyyət verdiyi şəxsin gücləndirilmiş elektron imzası, o cümlədən ASAN İmzası olmalıdır.