Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib. Tədbirdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin Sahibkarlığın və İstehlak Bazarının İnkişafı Komitəsinin sədri Elgiz Kaçayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a veriln məlumata görə, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan-Rusiya əlaqələrinin strateji əməkdaşlıq səviyyəsində olduğunu, ölkəmizin Rusiya ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. Azərbaycan iqtisadiyyatı və ölkəmizdə həyata keçirilən uğurlu layihələr barədə məlumat verən nazir müavini bildirib ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında yaradılıb.
17 Noyabr 2017 11:24 İqtisadiyyatAzərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib. Tədbirdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin Sahibkarlığın və İstehlak Bazarının İnkişafı Komitəsinin sədri Elgiz Kaçayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a veriln məlumata görə, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan-Rusiya əlaqələrinin strateji əməkdaşlıq səviyyəsində olduğunu, ölkəmizin Rusiya ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. Azərbaycan iqtisadiyyatı və ölkəmizdə həyata keçirilən uğurlu layihələr barədə məlumat verən nazir müavini bildirib ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında yaradılıb. 2017-ci ilin 9 ayı ərzində ölkələrimiz arasında ticarət əlaqələri ötən ilin müvafiq dövrünə nisbətən 6,5% artıb, Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Son 5 il ərzində Azərbaycan və Rusiya arasında 50-ə yaxın biznes forum və işgüzar görüşlərin keçirildiyini vurğulayan nazir müavini hazırkı işgüzar görüşün iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyətini vurğulayıb. AZPROMO-nun rəhbəri Rüfət Məmmədov son dövrlər Azərbaycanda qeyri-neft ixracının genişləndirilməsi, investisiyaların təşviqi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək, ixraca dəstək mexanizmlərinin ölkəmizin xarici iqtisadi əlaqələrinin genişləndirilməsində, ixrac imkanlarının artırılmasında əhəmiyyətini vurğulayıb. Bildirilib ki, hazırda Azərbaycanın növbəti ixrac missiyası Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindədir. Rusiya Federasiyasının Sankt-Peterburq nümayəndə heyətinin rəhbəri, Sankt-Peterburqun Sahibkarlığın və İstehlak Bazarının İnkişafı Komitəsinin sədri Elgiz Kaçayev Azərbaycan və Sankt-Peterburq arasında iqtisadi əlaqələrin inkişafı barədə məlumat verib və Sankt-Peterburqun iqtisadi potensialına dair təqdimatla çıxış edib.