“Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda regional forum keçirilib
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı, İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin dəstəyi ilə Ağstafa rayon Mədəniyyət Mərkəzində “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda regional forum keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə bir sıra rəsmi şəxslərlə yanaşı, Bakı şəhəri, Ağstafa, Tovuz və Qazax rayonlarından 200-dən çox sahibkar iştirak edib.
20 Noyabr 2017 15:24 İqtisadiyyatAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı, İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin dəstəyi ilə Ağstafa rayon Mədəniyyət Mərkəzində "Regionların inkişafında sahibkarlığın rolu" mövzusunda regional forum keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə bir sıra rəsmi şəxslərlə yanaşı, Bakı şəhəri, Ağstafa, Tovuz və Qazax rayonlarından 200-dən çox sahibkar iştirak edib. Forumda Dövlət Proqramının yerinə yetirilməsi, sənayenin şəhərlərlə yanaşı regionlarda inkişaf etdirilməsi, sahibkarlığın inkişafında yeni mərhələ və s. məsələlər müzakirə edilib. Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, son illərdə uğurla həyata keçirilmiş dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan verib. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında deyib ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırılıb. Ölkədə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin fəaliyyəti üçün cəlbedici investisiya şəraiti yaradılıb,ölkə prezidentinin tapşırığı ilə yoxlamaların müddətinin növbəti dəfə uzadılması da sahibkarlığın inkişafına yönələn addımdır.