ADAU-nun tələbələri İnnovasiya Müsabiqəsi barədə məlumatlandırılıb

İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyi tərəfindən keçirilən İnnovasiya Müsabiqəsi barədə tədqiqatçıların, müəllim və tələbələrin məlumatlandırılması davam etdirilir. İqtisadiyyat Nazirliyindən "OLaylar"a verilən məlumata görə, bu məqsədlə növbəti tədbir Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilib.

İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyi tərəfindən keçirilən İnnovasiya Müsabiqəsi barədə tədqiqatçıların, müəllim və tələbələrin məlumatlandırılması davam etdirilir. İqtisadiyyat Nazirliyindən "OLaylar"a verilən məlumata görə, bu məqsədlə növbəti tədbir Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilib. Tədbirdə çıxış edən ADAU-nun tədris işləri üzrə prorektoru Anar Hətəmov universitetdə tələbə gənclərin potensial bilik və bacarıqlarının reallaşdırılması sahəsində görülən işlər, onların beynəlxalq və ölkə səviyyəsində keçirilən bilik yarışmalarında, müsabiqələrdə əldə etdikləri uğurlar barədə məlumat verib. İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov innovasiya müsabiqəsinin BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrasına dəstək məqsədi ilə elan edildiyini qeyd edib. İnnovasiyanın iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması, həmçinin ətraf mühitin mühafizəsinin gücləndirilməsi baxımından əhəmiyyətli diqqətə çatdırılıb. Tədbirdə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin nümayəndəsi Ülfət Mehdiyev və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov innovasiyaların vacibliyi və innovativ fəaliyyətin əhəmiyyətindən bəhs ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31