İqtisadiyyat naziri Biləsuvarda vətəndaşları qəbul edib
Noyabrın 17-də İqtisadiyyat naziri Şahin Mustafayev Biləsuvarda Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, qəbulda digər şəhər və rayonlardan olan və qəbul zamanı birbaşa müraciət edən vətəndaşların müraciətlərinə də baxılıb. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, müraciət edilən məsələlərlə bağlı ətraflı izahat və məlumat verilib, əksər məsələlər yerindəcə həll edilib.
17 Noyabr 2017 16:24 İqtisadiyyatNoyabrın 17-də İqtisadiyyat naziri Şahin Mustafayev Biləsuvarda Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, qəbulda digər şəhər və rayonlardan olan və qəbul zamanı birbaşa müraciət edən vətəndaşların müraciətlərinə də baxılıb. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, müraciət edilən məsələlərlə bağlı ətraflı izahat və məlumat verilib, əksər məsələlər yerindəcə həll edilib. Müraciətlərdə göstərilən digər məsələlərin qəbuldan dərhal sonra araşdırılması və həlli üçün Nazirliyin aidiyyəti məsul əməkdaşlarına tapşırıqlar verilib. İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib. Qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların heyvandarlıq, quşçuluq, arıçılıq, əkinçilik, meyvəçilik, dəri emalı sahəsinin genişləndirilməsi, pambıqçılıq, xurma istehsalı, istixana təsərrüfatının yaradılması, soyuducu anbarın tikilməsi və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Ümumilikdə qəbulda 50-ə yaxın vətəndaş müraciət edib.