Kənd təsərrüfatı məhsullarının istehsalı 4% artıb

2017-ci ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 5,780 mlrd. manat təşkil edib ki, onun da 2 mlrd. 929,1 mln. manatı heyvandarlıq, 2 mlrd. 850,9 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,8%, bitkiçilik məhsullarının istehsalı isə 5,3% artıb.

2017-ci ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 5,780 mlrd. manat təşkil edib ki, onun da 2 mlrd. 929,1 mln. manatı heyvandarlıq, 2 mlrd. 850,9 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,8%, bitkiçilik məhsullarının istehsalı isə 5,3% artıb. Ölkədə kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir və yanvar-oktyabr aylarında dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,96%-i, yaxud 940,4 min hektarı biçilib və həmin sahələrdən 2 mln. 691,1 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% az məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 28,6 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 34,9 min hektar dən üçün qarğıdalı sahəsindən 220,2 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 63,1 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 2 mln. 911,3 min ton olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31