İqtisadiyyat
Elman Rüstəmov: “Gələn il konservativ monetar siyasəti yürüdüləcək”
Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il də konservativ monetar siyasət yürüdəcək. "Olaylar”ın verdiyi xəbərə görə, bunu AMB sədri Elman Rüstəmov bildirib: "Məzənnənin sabitliyi 2018-ci ildə diqqət mərkəzində olacaq, valyuta bazarında sabitlik qorunacaq". E.Rüstəmov qeyd edib ki, cari ildə tədiyyə balansında profisit bərpa olunub - 1,1 mlrd. dollarlıq profisit əldə olunub: "Tədiyyə balansında yaxşılaşma yalnız neftin qiyməti ilə bağlı deyil. İdxalın azalması, qeyri-neft ixracının 35% artması da tədiyyə balansına təsir edən amillərdəndir. Xidmət balansında da müsbət meyillər var. Cari ildə strateji ehtiyatlar 12%, AMB ehtiyatları 31% artıb.
Azərbaycan özünüməşğulluq proqramını genişləndirir
Azərbaycanda qarşıdakı illərdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi başlıca məqsəd olacaq, özünüməşğulluq proqramı genişləndiriləcək. “Olaylar” xəbər verir ki, bu barədə parlamentin plenar iclasında 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Azərbaycanda xarici borclanma ilə bağlı strategiya hazırlanır
“Azərbaycanda xarici borclanma ilə bağlı strategiya hazırlanır”.”Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Şahin Mustafayev: “İnflyasiya birrəqəmli olacaq”
“Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar bu il davam edib. Ötən dövrdə makroiqtisadi sabitliyin təin olunması valyuta rejimin təkmilləşdirilməsi, ixracın stimullaşdırılması istiqamətində əhəiyyətli tədbirlər görülüb.
Nazir: "Bu il manat 10% möhkəmlənib"
Cari ilin əvvəlindən Azərbaycan milli valyutasının məzənnəsi möhkəmlənib.”Olaylar” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin plenar iclasında 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bildirib.
Səhmdar: "TAP layihəsi Avropanın fundamental dəyərləri əsasında reallaşdırılır"
Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) istismara verilməsi İtaliyanın Apuliya bölgəsini "yaşıl iqtisadiyyat"ın inkişafı və atmosferdə karbon qazının miqdarının azaldılması baxımından mərkəzə çevirəcək. Bunu TAP konsorsiumunun səhmdarı olan "Snam" şirkətinin baş icraçı direktoru Marko Alvera bildirib.
Samir Şərifov: “2018-ci il icmal büdcəsinin gəlirləri 246 mln. manat artıb”
Milli Məclisin plenar iclasında 2018-ci ilin dövlət büdcəsi layihəsini maliyyə naziri Samir Şərifov təqdim edib “Olaylar” xəbər verir ki, nazir qeyd edib ki, 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat həcmində proqnozlaşdırılır ki, bu da ÜDM-in 29%-i həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 mlrd. manat və ya 20%, 2016-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 2,621 mlrd. manat və ya 15% çoxdur.
Ziyad Səmədzadə: “Büdcə gəlirləri 3,3 mlrd. manat artıb”
"2018-ci ilin dövlət büdcəsində 1 barrel neftin qiyməti 45 dollardan götürülüb. Bu rəqəm daha çox və ya daha az ola bilərdi. Birinci halda hökumət risklərə məruz qala, ikinci halda isə iqtisadi-sosial inkişafımızdan geri qala, bir sıra mühüm layihələrin reallaşmasında çətinliklərlə üzləşə bilərdik".
Rusiya 18 ton pomidoru Azərbaycana qaytardı
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin Dağıstan üzrə İdarəsi tərəfindən Yaraq-Qazmalar gömrük keçid məntəqəsinin "Cənub Gömrük Texminalı" ASC-də aparılan araşdırma zamanı Azərbaycandan idxal olunan alma və xurmada Kaliforniya qalxanlı yastıcası aşkarlanıb.
Oqtay Əsədov: "Büdcənin sosial yönümlülüyü saxlanılıb"
"Büdcə zərfi sosial-iqtisadi durum nəzərə alınmaqla hazırlanıb. Növbəti ildə də real iqtisadi artım proqnozlaşdırılıb. Büdcənin sosial yönümlülüyü saxlanılıb". “Olaylar” xəbər verir ki, bunu parlamentin plenar iclasında dövlət büdcəsinin müzakirəsi zamanı Milli Məclisin spikeri Oqtay Əsədov bildirib.
Rusiya FTX "Palmali" barəsində araşdırmalara başlayıb
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İqtisadi Təhlükəsizlik Xidməti "Palmali" şirkətlər qrupunun bu ölkədəki nümayəndəliyinə qarşı araşdırmalara başlayıb. Törəmə müəssisə 1 mlrd. rubl məbləğində vergidən yayınmaqda şübhəli bilinir. Bununla yanaşı, şirkət maliyyə vəsaitlərinin Rusiyadan çıxarılmasında ittiham olunur. Bundan öncə, "Palmali"nin Rusiyanın Rostov şəhərindəki nümayəndəliyinin direktoru Aleksey Mixelev həbs olunub.
Kollecdən sonra ali məktəblərdə oxuyanlar üçün təhsil müddətləri azala bilər
Gələcəkdə ali təhsil proqramlarının orta ixtisas təhsilində (kollec) tətbiqi nəzərdə tutulur. Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev "Ali təhsildən gözləntilər" mövzusunda keçirilən seminarda deyib.
Biznes inkubator rezidentləri üçün məsləhət xidməti göstərilir
Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubatorun rezidentləri üçün biznes ideyaların reallaşdırılması və biznesin təşkili üzrə məsləhət xidmətinin göstərilməsinə başlanıb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, məsləhət xidməti sahibkarlıq təşəbbüslərinin dəstəklənməsində dövlət dəstəyinin tərkib hissəsi olmaqla biznes inkubator rezidentlərinin səmərəli fəaliyyətinə, onların qısa müddət ərzində sahibkar kimi formalaşmasına, yeni biznes və məşğulluq imkanlarının yaradılmasına töhfə verir.
İtaliyanın Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub
İqtisadiyyat naziri Şahin Mustafayev İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini ilə görüşüb. İqtisadiyat Nazirrliyindən “Olaylar”a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan-İtaliya siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu və əməkdaşlığın uğurla davam etdiyini qeyd edib, Azərbaycan Respublikası Prezidentinin indiyədək İtaliyaya rəsmi səfərlərini etdiyi diqqətə çatdırıb, ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli rəsmi səfərlərin əhəmiyyəti vurğulayıb.
Hazırda BP-də 2 min 739 azərbaycanlı işləyir
Cari ilin üçüncü rübünün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 min 739 nəfər olub.













