Azərbaycan özünüməşğulluq proqramını genişləndirir

Azərbaycanda qarşıdakı illərdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi başlıca məqsəd olacaq, özünüməşğulluq proqramı genişləndiriləcək. “Olaylar” xəbər verir ki, bu barədə parlamentin plenar iclasında 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Azərbaycanda qarşıdakı illərdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi başlıca məqsəd olacaq, özünüməşğulluq proqramı genişləndiriləcək. "Olaylar" xəbər verir ki, bu barədə parlamentin plenar iclasında 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Nazir qeyd edib ki, gələn il aqrar sektorda 6,2% artım gözlənilir: "Aqroparklardakı işlər üçün 133 mln. manmat dövlət investisiyası olmaqla 219 mln. manat vəsait ayrılıb". Ş.Mustafayev əlavə edib ki, 2018-ci ildə xidmət sektorunda 2,7%, turizm sahəsində 6,6%, nəqliyyat sektorunda isə 2,5% artım proqnozlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31