Biznes inkubator rezidentləri üçün məsləhət xidməti göstərilir

Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubatorun rezidentləri üçün biznes ideyaların reallaşdırılması və biznesin təşkili üzrə məsləhət xidmətinin göstərilməsinə başlanıb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, məsləhət xidməti sahibkarlıq təşəbbüslərinin dəstəklənməsində dövlət dəstəyinin tərkib hissəsi olmaqla biznes inkubator rezidentlərinin səmərəli fəaliyyətinə, onların qısa müddət ərzində sahibkar kimi formalaşmasına, yeni biznes və məşğulluq imkanlarının yaradılmasına töhfə verir.

Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubatorun rezidentləri üçün biznes ideyaların reallaşdırılması və biznesin təşkili üzrə məsləhət xidmətinin göstərilməsinə başlanıb. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, məsləhət xidməti sahibkarlıq təşəbbüslərinin dəstəklənməsində dövlət dəstəyinin tərkib hissəsi olmaqla biznes inkubator rezidentlərinin səmərəli fəaliyyətinə, onların qısa müddət ərzində sahibkar kimi formalaşmasına, yeni biznes və məşğulluq imkanlarının yaradılmasına töhfə verir. İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və İstehlak Mallarının Ekspertizası Mərkəzinin nümayəndələri tərəfindən göstərilən məsləhət xidməti biznesin planlaşdırılması, şirkətin marketinq fəaliyyətinin təşkili, maliyyə menecmenti, insan resurslarının idarə edilməsi, ixrac sahəsində güzəştlərin tətbiqi, laboratoriya xidməti və s. kimi istiqamətləri əhatə edir.Biznes inkubatorun fəaliyyətinin ikinci mərhələsini əhatə edən məsləhət xidməti isə hər qurum tərəfindən 1 ay olmaqla ümumilikdə 6 ay müddətində aparılacaq. Məsləhət xidmətləri İqtisadiyyat, Vergilər, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və özəl sektorun nümayəndələri tərəfindən göstəriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31