Nazir: "Bu il manat 10% möhkəmlənib"
Cari ilin əvvəlindən Azərbaycan milli valyutasının məzənnəsi möhkəmlənib.”Olaylar” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin plenar iclasında 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bildirib.
21 Noyabr 2017 14:03 İqtisadiyyatCari ilin əvvəlindən Azərbaycan milli valyutasının məzənnəsi möhkəmlənib."Olaylar" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin plenar iclasında 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bildirib. Nazir qeyd edib ki, bu müddətdə manatın ABŞ dollarına münasibətdə məzənnəsində 10 faiz möhkəmlənmə qeydə alınıb. Bu ilin əvvəli ilə müqayisədə iqtisadi geriləminin sürəti azalıb: "Valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, fiskal tədbirlər hesabına 9 ayda icmal büdcənin kəsiri daralıb, əksinə, 1,2 faiz profisit əldə olunub".