İqtisadiyyat
"Parçalanmış dünyada birgə gələcəyin yaradılması"nda yerimiz- AÇIQLAMA
“Dünya İqtisadi Forumu ölkəmizi təqdim etmək üçün çox vacib və mötəbər bir platformadır. 48-ci dəfə keçirilən ənənəvi Davos Forumu bu dəfə “Parçalanmış dünyada birgə gələcəyin yaradılması” adı altında baş tutdu”. Bu sözləri millət vəkili Aytən Mustafayev deyib.
Deputatdan fermerlərə xəbərdarlıq: sudan israfçılığa son qoyulacaq
Yanvarın 29-da Milli Məclisin Aqrar siyasət komitəsinin iclasının gündəliyinə daxil edilən "Meliorasiya və irriqasiya haqqında" qanuna dəyişikliklə bağlı müzakirə aparılıb. Məlumata görə, müzakirələrdə çıxış edən komitənin sədr müavini Eldar Quliyev məlum dəyişikliyə toxunaraq deyib ki, bu, su ilə bağlı məsələdə israfçılığa son qoyacaq: "Çünki özümüz də şahidik ki, məhsul-yığım mövsümü zamanı su ilə bağlı hansı problemlər yaranır və yarandı.
Maliyyə Nazirliyinin mətbuat katibi Cahangir Hacıyevin vəkilinin ittihamlarına cavab verib
Vəkillik fəaliyyəti bir illik dayandırılan Fəxrəddin Mehdiyev mətbuata açıqlamasında Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyevi bir müddət əvvəl məhkəmə prosesinin gedişi zamanı müdafiə etdiyi Cahangir Haciyevi ölkədən 10 mld. manat pul çıxarmaqda ittiham edən açıqlama yaymaqda günahlandırıb.
Davos İqtisadi Forumu Azərbaycan üçün əlavə bir imkandır
Azərbaycanın dünyada artan nüfuzu onun mötəbər beynəlxalq təşkilaların tədbirlərinə qatılmasına zəmin yaradıb. Artıq Azərbycan dünyanın bir sıra nüfuzlu təşkilatlarının üzvü olmaqla yanaşı, qlobal məsələlərin müzakirə edildiyi tədbirlərə də dəvətli olur. Bu isə özlüyündə ölkəmizin beynəlxalq imicinin göstəricisi kimi dəyərləndirlir. Hazırda da Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir.
Elektron ticarətdə istehlakçılar daha çox aldadılır
Müasir dünyada elektron ticarətin artımı müşahidə olunur. Sözügedən proses dünyaya inteqrasiya edən Azərbaycandan da yan keçməyib. Qeyd edək ki, Azərbaycanda qəbul edilən “Elektron ticarət haqqında” qanun bu sahədə yaranan münasibətləri tənzimləyir. Lakin bütün tətbiq edilən təhlükəsizlik tədbirlərinə, aparılan maarifləndirmə işlərinə baxmayaraq bu sahədə istehlakçıların aldadılması faktları qeydə alınmaqdadır. Bəs, belə halların qarşısını almaq mümkündürmü? Hüquqşünas Alim Hüseynli bildirib ki, Azərbaycanda elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı Vergi Məcəlləsində və “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 5-ci maddələrində müvafiq əlavə və dəyişikliklər edilib.
Prezidentin Davosdan dünyaya verdiyi mesajlar
Bu günlərdə dünyanın əsas diqqət mərkəzinin yönəldiyi mıkanlardan biri İsveçrənin Davos şəhəri idi. Hər il ənənəvi olaraq keçirilən Davos Dünya İqtisadi Forumunda bu dəfə də Azərbaycan ən yüksək səviyyədə təmsil olunurdu. Ümumiyyətlə, Azərbaycan Davos Dünya İqtisadi Forumunun iştirakçısına çevriləndən bu mötəbər tədbirə xüsusi önəm verərək həmin toplantıya ən yüksək səviyyədə qatılıb. Çünki ilk növbədə Davos İqtisadi Forumu iştirakçı ölkələrə, eləcə də Azərbaycana öz iqtisadi potensialı, malik olduğu imkanlar, ölkənin investisiya mühiti barədə beynəlxalq aləmin məlumatlandırılması baxımından olduqca əhəmiyyəli tədbirdir. Onu da qeyd edək ki, forum çərçivəsində müxtəlif ölkələrin rəsmiləri, nüfuzlu şirkət rəhbərləri ilə keçirilən ikitərəfli və çoxtərəfli görüşlər də qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyəlidir.
Nazirlikdən kommersiya təşkilatları və publik hüquqi şəxslərə xəbərdarlıq
Maliyyə Nazirliyi kommersiya təşkilatlarının və publik hüquqi şəxslərə xəbərdarlıq edib. “Olaylar” xəbər verir ki, nazirliyin yaydığı məlumatda bildirilir ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə uyğun olaraq audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.
Azərbaycan beynəlxalq turizm sərgisində
25-28 yanvarda Türkiyənin İstanbul şəhərində keçirilən "EMİTT 2018" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi təmsil olunur.
Ləğv prosesində olan 6 bankın əmlakı satışa çıxarılır
Əmanətlərin Sığortalanması Fondu Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakı satışa çıxarır. Bu barədə Fonddan verilən məlumata görə, 39 lot üzrə daşınar və daşınmaz əmlak ilk dəfə hərraca çıxarılır, 15 lot üzrə daşınar və daşınmaz əmlak isə təkrar hərraca çıxarılır.
Ləğv prosesində olan 5 bankın əmlakı hərraca çıxarılır
Əmanətlərin Sığortalanması Fondu (ADİF) Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakı satışa çıxarır. Fonddan verilən xəbərə görə, 39 lot üzrə daşınar və daşınmaz əmlak ilk dəfə hərraca çıxarılır, 15 lot üzrə daşınar və daşınmaz əmlak isə təkrar hərraca çıxarılır.
“Dağıstan” gəmi-bərəsi dəniz sınağından uğurla keçib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əsaslı təmirə dayanan “Dağıstan” gəmi-bərəsi dəniz sınağından uğurla keçib. “OLAYLAR” Xəzər Dəniz Gəmiçiliyinə istinadən xəbər verir ki, sınaq zamanı 16 uzel sürətlə hərəkət edən gəmidə heç bir çatışmazlıq aşkarlanmayıb.
İqtisadiyyat naziri Ucarda vətəndaşları qəbul edəcək
Yanvarın 26-da İqtisadiyyat naziri Şahin Mustafayev Ucarda Zərdab, Kürdəmir və Ucar rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən “Olaylar”a bildirilib ki, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Yeni Azərbaycan Partiyasının Ucar rayon təşkilatının inzibati binasında (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti, 151) keçiriləcəkdir.
“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı
Milli Məclisin (MM) Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirə olunub.
"Azərbaycan Davos Forumunun üstünlüklərindən istifadə etməyi bacarır"
“Davos İqtisadi Forumu ümumdünya iqtisadi forumu olduğu üçün orada bu sahədə mövcüd olan problemlərin həlli istiqamətində məruzələr dinlənilir və bu istiqamətdə praktik məsləhətlər verilir. Lakin builki Davos Forumu daha əhəmiyyətlidir. Çünki, dünya iqtisadiyyatında böhran halları var. Dünyada iqtisadi vəziyyətin kəskinləşməsi özünü biruzə verir”. Bunu politoloq Qabil Hüseynli deyib.
Azərbaycanın mövcud reallıqlarının dünyaya çatdırılması baxımından əlverişli imkan
Bu günlər əsas diqqətlər Davosdadır. Dünya İqtisadi Forumunda. Hər il olduğu kimi bu il də Azərbaycan bu mötəbər tədbirlər ən yüksək səviyyədə dəvət alıb və təmsil olunub. Bu ilki Davos Forumunun Azərbaycan üçün əhəmiyyətini artıran mühüm amillərdən biriAzərbaycanın Dünya İqtisadi Forumunun illik “İnklüziv inkişaf indeksi - 2018” hesabatında inkişaf etməkdə olan ölkələr arasında üçüncü yeri tutmasıdır. Əslində bu Azərbaycan iqtisadiyyatı, onun inkişaf tendensiyasına beynəlxalq səviyyədə verilən bir qiymətdir.













