İqtisadiyyat

Bu forum qazanılan nailiyyətlərin bilavasitə hesabatıdır

25 Yanvar 2018 14:02

“Dünya İqtisadi Forumu hər il keçirilən mötəbər bir tədbirdir”. Bu sözləri  millət vəkili Tahir Rzayev deyib. Onun sözlərinə görə, ölkə başçısı bu tədbirin mötəbər, sayılıb-seçilən qonaqları sırasındadır: “Sevindirici haldır ki, Azərbaycan Prezidenti bu tədbirdə yüksək səviyyədə iştirak edir və Azərbaycan haqqında deyilənlər bizim ürəyimizdəndir. Çünki bu, dünya iqtisadiyyatının idarə olunmasının, həmçinin qazanılan nailiyyətlərin bilavasitə hesabatıdır. Dünyada baş verən iqtisadi və digər bir çox böyük məsələlər var ki, həmin forumda müzakirə olunur . 

Bir ayda manat avro qarşısında 5 faizə yaxın dəyər itirib

25 Yanvar 2018 13:18

Mərkəzi Bankın rəsmi kursuna əsasən, son 1 ayda dollara nisbətən stabil qalan manat avro qarşısında 5 faizə yaxın dəyər itirib. “Olaylar” xəbər verir ki, bunu iqtisadçı alim Vüqar Bayramov qeyd edib. O, bildirib ki, bu gün ilk dəfə olaraq manatın avroya nisbətən məzənnəsi 2 manat 11 qəpiyədək azalıb: “İndi 1 Avropa pulu almaq üçün 2 manat 11 qəpik ödəmək lazımdır.

"Azərbaycanın reytinqdə irəliləməsi inkişafımızın göstəricisidir"

25 Yanvar 2018 11:52

“Davos İqtisadi Forumda müzakirə olunan məsələlər hər zaman dünyanın diqqət mərkəzində olub. Artıq Forumda təkcə iqtisadi məsələlərin deyil, həm də siyasi məsələlərin müzakirəsinə, dünyanı narahat edən bir çox məsələlər barədə fikir mübadiləsi etməyə imkan yaranıb”. Bunu Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Azərbaycanda yeni çay və limon sortları yaradılır

24 Yanvar 2018 18:30

"Lənkəran-Astara bölgəsinin torpaq-iqlim şəraitində yeni çay və limon sortlarının yaradılması üçün tədqiqatlar aparılır".

Azərbaycan ticarət evlərinin fəaliyyəti gücləndirilir

24 Yanvar 2018 18:16

Azərbaycanın xarici ölkələrdəki ticarət evlərinin fəaliyyətinin gücləndirilməsi məqsədilə təşkilati işlər aparılır.İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu barədə nazirliyin ötən ildəki fəaliyyəti ilə bağlı geniş kollegiya iclasında deyilib. İclasda vurğulanıb ki, ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə 2017-ci ildə Belarusda Azərbaycanın Ticarət Evi fəaliyyətə başlayıb.

Davosda Ekspo 2025 ümumdünya sərgisinə Bakı şəhərinin namizədliyi ilə bağlı tədbir keçirilib

24 Yanvar 2018 17:41

Davosda Ekspo 2025 ümumdünya sərgisinə Bakı şəhərinin namizədliyi ilə bağlı tədbir keçirilib. “OLAYLAR” GİN-ə istinadən xəbər verir ki,InterContinental otelində keçirilmiş rəsmi qəbulda çıxış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov qeyd edib ki, Bakının təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu Dünya İqtisadi Forumunun bu ilki mövzusu olan “Pərakəndə Dünyada Ümumi Gələcəyin Qurulması” ilə geniş mənada üst üstə düşür.  Tədbirin əsas məqsədi dəvətlilərə Bakının ismarıcını çatdırmaq idi. İştirakçılar sırasına dövlət və özəl sektorları təmsil edən nümayəndələr, o cümlədən səfirlər, diplomatlar, təhsil, media qurumlarının nümayəndələri, müxtəlif şirkətlərin rəhbərləri daxil idi.  Öz çıxışında səfir Elçin Əmirbəyov aşağıdakıları vurğulayıb:

Azərbaycana qarşı qarayaxma kampaniyası aparan bəzi QHT-lərin yalanları real faktlarla ifşa olundu

24 Yanvar 2018 17:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosa səfəri çərçivəsində Dünya İqtisadi Forumunda çıxış etdi, bir sıra görüşlər keçirdi. Bu gün bir çoxlarını düşündürən əsas sual budur. Bu bizə, Azərbaycana nə qazandırdı?

Azərbaycanda 10 km dərinlikdə neft yataqlarının axtarışı aparıla bilər

24 Yanvar 2018 16:34

"Beş-on ilə dövlət alimlərin, xüsusən akademik alimlərin qarşısında 10-12 kilometr dərinlikdə neft yataqlarının aşkarlanması tələbini qoyacaq". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Akademiyanın Rəyasət Heyətinin bugünkü iclasında deyib.

İnkişafın Azərbaycan modeli beynəlxalq müstəvidə yüksək qiymətləndirilir

24 Yanvar 2018 16:25

“Bu gün Azərbaycan dövləti çoxsaylı alternativ neft-qaz ixracı ilə bağlı nəql marşrutlarına malikdir. Bu isə ölkəmizin müstəqilliyinin qorunması, onun iqtisadi təhlükəsizliyi üçün çox güclü amil deməkdir”.

Nazirliyinin Apellyasiya Şurasına 9 müraciət daxil olub

24 Yanvar 2018 15:56

2017-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Apellyasiya Şurasına 9 müraciət daxil olub.Nazirlikdən “Olylar”a verilən məlumata görə, sözügedən müraciətlərin 6-ı “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin tənzimləmə predmetinə aid olmayıb və adıçəkilən əsasnamənin şikayətlərə dair tələblərinə cavab verməyib.

Regionların sosial-iqtisadi inkişafı bölgələrdə infrastrukturun yenilənməsinə zəmin yaradır

24 Yanvar 2018 15:47

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlətin prioritet sahəlrindən hesab edilir. Məhz bu məqsədlə həyata keçirilən proqramlar ümumilikdə ölkənin inkişafına hədəflənib.

"Prezidentin Forumda iştirakı ölkəmizin qlobal iqtisadi münasibətlərdə əhəmiyyətli rol oynadığını göstərir"

24 Yanvar 2018 15:05

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunda iştirak və çıxış etməsi bir tərəfdən Azərbaycanın qlobal iqtisadi münasibətlərində əhəmiyyətli rol oynadığını, digər tərəfdən isə bizim ölkənin dünyada baş verən iqtisadi və geostrateji prosseslərin müzakirəsində iştirak etməsi imkanını yaradır". Bu fikirləri iqtisadçı ekspert Emin Əliyev deyib.

Dövlət Proqramının uğurlu icrası Yevlaxı kənddən şəhərə çevirdi

23 Yanvar 2018 16:50

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı respublikanın bütün bölgələrində olduğu kimi Yevlax şəhərində də uğurla icra edilib. 2004-cü ildən bu günə qədər mərhələli şəkildə həyata keçirilən bu proqram nəticəsində Yevlaxın simasını demək olar ki, tamamilə dəyişib, yenilənib, abadlaşıb. Son illər şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri, çox saylı parkların salınması, istirahət yerlərinin tikilməsi fonunda bunu aydın şəkildə görmək mümkündür.

Energetika Nazirliyi icazələri "ASAN Xidmət"ə həvalə olunub

23 Yanvar 2018 15:56

Sahibkarlıq fəaliyyətinə icazələrin verilməsində şəffaflığın artırılması, prosesin asanlaşdırılması məqsədi ilə Azərbaycan Energetika Nazirliyi tərəfindən müvafiq icazələr fevralın 1-dən “ASAN Xidmət” mərkəzləri vasitəsilə veriləcək.

Manatın dəyəri xarici valyutanı üstələyəcəkmi?

23 Yanvar 2018 14:41

Artıq bir xeyli müddətdir ki, milli valyutanın dəyəri stabil qalır. Düzdür, məlum neft və maliyyə böhranı zamanı baş verən devalvasiya prosesi manatın dəyərini kifayət qədər aşağı saldı və onu ucuzlaşdırdı. Lakin qısa müddətdə həyata keçirilən qabaqlayıcı tədbirlər tədricən manatın dəyərini özünə qaytara bildi. Hazırda manatın Amerika dollarına olan nisbəti bizi qane etməsə də. Lakin ümumilikdə 2015 və 2016-cı ildəki vəziyyətdən kifayət qədər yaxşıdır.