İqtisadiyyat

Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə ön sıralarda gedir

23 Yanvar 2018 14:19

Ölkədə həyata keçirilən uğurlu iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi böyük inam və qətiyyətlə reallaşdıra bilirik. Qətiyyətlə demək olar ki, Azərbaycanın iqtisadi inkişaf modeli bir sıra dünya ölkələri üçün münumunə hesab edilə bilər. Ölkəmizin dinamik iqtisadi inkişafı artıq beynəlxalq təşkilatlar tərəfindən də təsdiqini tapır. Belə ki, ölkəmiz Dünya İqtisadi Forumunun illik “İnklüziv inkişaf indeksi - 2018” hesabatında inkişaf etməkdə olan ölkələr arasında üçüncü yeri tutub.Ümumi daxili məhsula alternativ qismində hazırlanmış “İnklüziv inkişaf indeksi” insanların öz ölkələrində iqtisadi inkişafı dəyərləndirmə meyarlarını daha dəqiq əks etdirir. Qeyd edək ki, cari hesabatda Azərbaycan 7 mümkün baldan 4,69 bal toplayıb. Hesabata əsasən, inkişaf etməkdə olan ölkələr indeksində Litva, Macarıstan, Azərbaycan, inkişaf etmiş ölkələr indeksində isə Norveç, İslandiya və Lüksemburq liderlik edirlər.

BVF: Azərbaycan iqtisadiyyatı bu il 1,3% böyüyəcək

23 Yanvar 2018 13:57

2018-ci ildə Azərbaycanda iqtisadi artımın 1,3% təşkil edəcəyi proqnozlaşdırılır. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatında bildirilir. BVF həmçinin bu il Azərbaycanda istehlak qiymətləri indeksinin birrəqəmli həddə olacağını qeyd edib: "2018-ci ildə Azərbaycanda inflyasiyanın 8% olacağı proqnozlaşdırılır”.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları üçün təlimlər keçirilir

23 Yanvar 2018 13:49

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları üçün “Azərbaycan Hökumətinin ərzaq məhsulları və yem təhlükəsizliyinə rəsmi nəzarət sahəsində institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində üç həftəlik təlimlərə başlanılıb.

Bazarda qiymətlər dəyişdi

23 Yanvar 2018 13:18

Son ayın göstəricilərinə görə, (dekabr) Bakıda avtomobil bazarında orta qiymət 18 790 manat təşkil edib. Bu barədə məlumat veriəb "MBA Group” konsaltinq şirkətinin direktoru, ekspert Nüsrət İbrahimovun sözlərinə görə, bu o deməkdri ki, noyabr ayı ilə müqayisədə orta qiymət 12,18 faiz artıb.

Sahibkarlara 5000-ci lisenziya verilib

23 Yanvar 2018 12:58

İqtisadiyyat Nazirliyi tərəfindən 5 saylı Bakı “ASAN xidmət” mərkəzində sayca 5000-ci lisenziya verilib. Sənəd İqtisadiyyat Nazirliyinin və “ASAN xidmət” mərkəzinin əməkdaşları tərəfindən tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti üzrə “AMAL+A” MMC-yə təqdim edilib. İqtisadiyyat Nazirliyindən “Olaylar"a verilən məlumata görə, “AMAL+A” MMC-nin nümayəndəsi ölkədə sahibkarlığın inkişafı sahəsində görülən tədbirlərə, aparılan kompleks islahatlara, lisenziyaların verilməsi prosedurlarının sadələşdirilməsinə və şəffaflığın təmin olunmasına görə dövlət başçısına təşəkkürünü bildirib.

2 saylı hamam özəlləşdirildi

23 Yanvar 2018 12:50

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, bu gün keçirilən hərracda özəlləşdirilən əmlaklar kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsidir. Həmin obyektlərin fəaliyyətini genişləndirməklə yaxşı qazanc əldə etmək mümkündür. Belə əmlaklardan olan 2 saylı hamam xidmət sahəsində gəlirlidir. Adı çəkilən əmlak Göygöl şəhərində yerləşir, ümumi faydalı sahəsi 500 kv.m-ə yaxın, torpaq sahəsi isə 1500 kv.m-dən çoxdur. Obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Məhsullarımız nüfuzlu beynəlxalq sərgidə

23 Yanvar 2018 12:49

Azərbaycanın 14 şirkətinin məhsulları dünyanın ən nüfuzlu beynəlxalq sərgilərindən olan – “Beynəlxalq Yaşıl Həftə” sərgisində nümayiş olunub. Kənd Təsərrüfatı Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun başçılığı ilə nümayəndə heyəti 18-20 yanvar tarixlərində Berlin şəhərində təşkil olunmuş kənd təsərrüfatı, bağçılıq və ərzaq sahələrində dünyanın ən nüfuzlu beynəlxalq sərgilərindən olan “Beynəlxalq Yaşıl Həftə” sərgisində və kənd təsərrüfatı nazirlərinin 10-cu Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumunda iştirak edib.

Azərbaycanın iqtisadi imkanları genişləndirilir

23 Yanvar 2018 12:43

“Ələtdə Azad İqtisadi Zonanın formalaşdırılması Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi və beynəlxalq yükdaşımaların təşkil edilməsi baxımından çox vacib elementlərdən və islahatlardan biridir”.

“Davos forumu bizim üçün həmişə önəmli olub”

23 Yanvar 2018 12:23

“Təbii ki, Azərbaycan özünü dünyada tanıtmaq, etibarlı tərəfdaşlar əldə etmək üçün mümkün olan bütün beynəlxalq, qlobal tribunalardan istifadə edir. Bu baxımdan İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi forumu əlavə bir imkan deməkdir. Biz müşahidə edirik ki, Prezident İlham Əliyev şəxsən özü bu forumlarda iştirak edir”. Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

"Forum Azərbaycanla əməkdaşlığın üstünlüklərini bir daha önə çıxardacaqdır"

23 Yanvar 2018 12:22

Davosda keçirilən Dünya İqtisadi Forumu siyasi liderlərin, iri biznes rəhbərlərinin, tanınmış insanların və jurnalistlərin iştirakı ilə dünyanın vacib problemlərinin müzakirə olunduğu bir platformadır. Bu sözləri  millət vəkili Tahir Mirkişili deyib.

"Aparıcı şirkətlərin Azərbaycana marağı olduqca böyükdür"

23 Yanvar 2018 12:19

“Davos Forumu kimi tanınan Dünya İqtisadi Forumunun məqsədi dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri səmərəli dialoqa və əməkdaşlığa cəlb etmək, onların arasında əlaqə yaratmaq və yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, bu istiqamətdə müzakirələr aparmaqdır.

Azərbaycan "Dünyanın ən yaxşı ölkələri"nin siyahısında 5 pillə irəlilədi

23 Yanvar 2018 12:06

ABŞ-ın "U.S. News & World Report" jurnalı 2018-ci il üçün "Dünyanın ən yaxşı ölkələri"nin siyahısını tərtib edib. Azərbaycan siyahıda 64-cü yerdə qərarlaşıb. Ötən il reytinqdə 69-cu olmuş Azərbaycan bu göstərici ilə 5 pillə irəliləyib. Siyahıya İsveçrə başçılıq edir. Növbəti yerləri Kanada, Almaniya, Böyük Britaniya və Yaponiya tutur.

"Azərbaycan Davos Forumu üçün əhəmiyyətli tərəfdaşlardan biridir"

22 Yanvar 2018 18:37

Davos Forumu dünyada ən aparıcı iqtisadi forum kimi qiymətləndirilir. Yeganə forumdur ki, dünyanın aparıcı liderlərinin və aparıcı şirkətlərin rəhbərlərini və üzvlərini bir araya yığmaq imkanına malikdir. Bu iqtisadi forum həm Azərbaycan üçün həm də, dünya üçün kifayət qədər yüksək forumdur. Bu sözləri  iqtisadçı Vüqar Bayramov deyib.

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya yüklərin daşınmasına başlanılıb

22 Yanvar 2018 18:15

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya yüklərin daşınmasına başlanılıb. Çin Azərbaycan ərazisindən keçməklə Avropaya yük daşımağa başlayıb. Mühəndis avadanlığı və digər mallarla yüklənən ilk qatar yanvarın 19-da Urumçi şəhərindən yola düşüb. “Şərq-Qərb” Nəqliyyat Dəhlizi ilə Avropaya yük daşımalı olan qatar Qazaxıstanın limanında dayanacaq. Daha sonra yüklər dəniz yolu ilə Bakıya, buradan isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya çatdırılacaq.

"Euronews" telekanalı Azərbaycanı X-Road texnologiyasını tətbiq edən II ölkə kimi təqdim edib

22 Yanvar 2018 18:00

Dünyanın ən məşhur xəbər agentliklərindən biri olan "Euronews" Azərbaycanı X-Road texnologiyasını tətbiq edən qabaqcıl ölkə kimi təqdim edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən xəbərə görə, bu texnologiyaların imkanlarından istifadə edən qabaqcıl ölkələrdən bəhs edən reportaj gün ərzində bir neçə dəfə yayımlanıb. Xəbər eyni zamanda kanalın rəsmi internet səhifəsində də yerləşdirilib.