Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə ön sıralarda gedir
Ölkədə həyata keçirilən uğurlu iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi böyük inam və qətiyyətlə reallaşdıra bilirik. Qətiyyətlə demək olar ki, Azərbaycanın iqtisadi inkişaf modeli bir sıra dünya ölkələri üçün münumunə hesab edilə bilər. Ölkəmizin dinamik iqtisadi inkişafı artıq beynəlxalq təşkilatlar tərəfindən də təsdiqini tapır. Belə ki, ölkəmiz Dünya İqtisadi Forumunun illik “İnklüziv inkişaf indeksi - 2018” hesabatında inkişaf etməkdə olan ölkələr arasında üçüncü yeri tutub.Ümumi daxili məhsula alternativ qismində hazırlanmış “İnklüziv inkişaf indeksi” insanların öz ölkələrində iqtisadi inkişafı dəyərləndirmə meyarlarını daha dəqiq əks etdirir. Qeyd edək ki, cari hesabatda Azərbaycan 7 mümkün baldan 4,69 bal toplayıb. Hesabata əsasən, inkişaf etməkdə olan ölkələr indeksində Litva, Macarıstan, Azərbaycan, inkişaf etmiş ölkələr indeksində isə Norveç, İslandiya və Lüksemburq liderlik edirlər.
23 Yanvar 2018 14:19 İqtisadiyyatÖlkəmizin iqtisadi inkişaf modelinin cəlbediciliyi artır
Ölkədə həyata keçirilən uğurlu iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi böyük inam və qətiyyətlə reallaşdıra bilirik. Qətiyyətlə demək olar ki, Azərbaycanın iqtisadi inkişaf modeli bir sıra dünya ölkələri üçün münumunə hesab edilə bilər. Ölkəmizin dinamik iqtisadi inkişafı artıq beynəlxalq təşkilatlar tərəfindən də təsdiqini tapır. Belə ki, ölkəmiz Dünya İqtisadi Forumunun illik "İnklüziv inkişaf indeksi - 2018" hesabatında inkişaf etməkdə olan ölkələr arasında üçüncü yeri tutub.Ümumi daxili məhsula alternativ qismində hazırlanmış "İnklüziv inkişaf indeksi" insanların öz ölkələrində iqtisadi inkişafı dəyərləndirmə meyarlarını daha dəqiq əks etdirir. Qeyd edək ki, cari hesabatda Azərbaycan 7 mümkün baldan 4,69 bal toplayıb. Hesabata əsasən, inkişaf etməkdə olan ölkələr indeksində Litva, Macarıstan, Azərbaycan, inkişaf etmiş ölkələr indeksində isə Norveç, İslandiya və Lüksemburq liderlik edirlər.
Xatırladaq ki, Azərbaycanın iqtisadi inkişafı təkcə Dünya İqtisadi Forumu tərəfindən deyil, eləcə də digər maliyyə qurumları tərəfindən də tədqir olunur. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət veriiblər. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb.Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan uzun illərdir ki, iqtisadi inkişaf səviyyəsinə görə MDB məkanında liderlik mövqeyimizi qoruyub saxlayır. Dünya İqtisadi Forumunun illik "İnklüziv inkişaf indeksi - 2018" hesabatında Azərbaycanın Litva, Macarıstan, Norveç, İslandiya və Lüksemburq kimi ölkələrlə rəqabət aparmasını heç də təsadüfi hesab etmək olmaz. Birmənalı şəkildə qeyd etmək olar ki, ölkədə həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində iqtisadi uğurlara nail olunub, üstəlik Azərbaycanı dünya ölkələri sırasında önə çıxarıb. Təkcə ötən ilin iqtisadi göstəricilərinə nəzər yetirməklə ölkəmizin iqtisadi inkişaf səviyyəsini müəyyən etmək mümkündür. Belə ki, keçən il Ümumi Daxili Məhsulun artımı digər iqtisadi göstəricilərə təsirini göstərib. Nəticədə qeyri-neft sektorunda artım 2,5 faiz təşkil edib. Sənaye sahəsində qeyri-neft sektoru 3,6 faiz, kənd təsərrüfatı 4,1 faiz artıb. Ölkənin valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollar təşkil edib. Hazırda adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur. Azərbaycan regionun ən rəqabətli iqtisadiyyatına sahibdir.
Odur ki, əminliklə qeyd etmək olar ki, bütövlükdə hesabat, eləcə də hesabat çərçivəsində tərtib edilən reytinq siyahısı dünyanın siyasət, iqtisadiyyat və biznes dairələrində böyük maraqla qarşılanır. Bu baxımdan istənilən bir ölkənin belə bir reytinq siyahısında mövqelərini yaxşılaşdırması həmin ölkə haqqında dünyanın qeyd edilən dairələrində müsbət rəyin formalaşmasına, qlobal maliyyə və biznes subyektlərinin, o cümlədən də qlobal investorların həmin ölkə iqtisadiyyatına diqqətinin artmasına kömək edir. Heç şübhəsiz ki, Azərbaycanın qeyd olunan reytinq siyahısında öz mövqeyini möhkəmləndirməsi ölkədə aparılan islahatlarla birbaşa bağlıdır. Xatırladaq ki, dövlət başçısı İlham Əliyev prezidentlik fəaliyətinin ilk günlərindən bildirib ki, hər şey iqtisadiyyat üzərində qurulub. Bütün vədlərini biri-birindən əhəmiyyətli addımları, islahatları ilə doğruldan prezident İlham Əliyevin iqtisadiyyatın inkişafı üçün başlıca şərt olan neft strategiyasının davamı nəticəsində qeyri-neft sektorunun inkişafına göstərdiyi diqqət bu gün beynəlxalq səviyyədə etiraf olunmaqla Azərbaycana marağı artırır. Dövlət başçısı hər bir proqram xarakterli çıxışlarında iqtisadi inkişafın yeni mərhələ üzrə istiqamətlərini göstərməklə vurğulayır ki, yalnız düşünülmüş siyasət, qətiyyətli siyasi iradə, xalqla birliyin möhkəmlənməsi sayəsində ölkəmizdə qarşıya qoyulan möhtəşəm vəzifələrə nail olmaq mümkündür.
Hazırda dövlətin qarşısında duran əsas vəzifələrdən biri mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifaha nail olmaqdır. Hazırda ölkəmizdə sözügedən hədəflərə nail olmaq məqsədilə çoxsaylı iqtisadi layihələr həyata keçirilməkdədir. Təkcə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında əksini tapmış hədəflər deməyə əsas verir ki, 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabətqabiliyyətli ölkə olacaq. Azərbaycanın ən ucqar kəndlərində belə, vətəndaşların rahat gündəlik həyatı üçün lazım olan bütün kommunikasiyalar, səhiyyə və təhsil xidmətləri təmin ediləcək. Azərbaycan əhalinin gəlirlərinin yüksək, işsizlik səviyyəsinin minimum həddə olduğu, inkişaf etmiş insan kapitalına və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaq. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində ölkədə adambaşına düşən ÜDM-in həcmi iki dəfə artaraq 13000 ABŞ dollarına çatacaq. 2020-ci ilədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli ölkələr" arasında tamhüquqlu ölkə olması təmin ediləcək. Azərbaycanın iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəlməsi reallaşdırılacaq. İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması makroiqtisadi sabitliyin qorunması,biznes mühitinin daha da yaxşılaşdırılması və özəl təşəbbüsün dəstəklənməsi, maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi, xarici ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi kimi istiqamətləri özündə cəmləşdirir. Qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək olması nəzərdə tutulur. Bu isə ona dəlalət edir ki, Azərbaycanda iqtissdi islahatlar davamlı olaraq həyata keçiriləcək ki, bu da ölkə vəndaşlarının sosial rifah halının yüksəlməsinə hədəflənib. Azərbaycanın inkişaf strategiyasında hər dövrün çağırışlarına yüksək səviyyədə cavab verməsi, yeni-yeni hədəflərin gerçəkləşdirilməsinə səy göstərməsi isə iqtisadi inkişaf modelinin dünya üçün cəlbediciliyini daha da artırır. Çünki, Azərbaycan iqtisadiyyatı uzun illərdir ki, beynəlxalq maliyyə qurumlarının hesabat çərçivəsində tədqiq olunan iqtisadiyyatlar arasındadır rəqabətlilik indeksinə görə ön sıralarda gedir.
Zəka