İqtisadiyyat

Azərbaycan inklüziv inkişaf indeksinin lideri olan ilk üç ölkə sırasına daxil olub

22 Yanvar 2018 17:42

Azərbaycan 2018-ci ildə Dünya İqtisadi Forumunun (DİF) ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü yeri tutub.

2018-ci il ölkəmiz üçün dirçəliş və inkişaf ili olacaq

22 Yanvar 2018 14:49

“2018-ci ilin bütün iqtisadi proqnozları müsbətdir”. Bu sözləri  millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, cari ildə ümumi daxili məhsulun artmasının, qeyri-neft sektorun inkişafını və iqtisadiyyatın neftdən asıllığının aradan qalxmasının sürətləndiyini müşahidə edəcəyik: “Çünki, 2017-ci ildə yaradılmış iqtsiadi baza bunu deməyimizə imkan verir.

Almaniyada ixtisasartırma kursu keçəcək sahibkarlar üçün seminar keçirilib

22 Yanvar 2018 13:32

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzində Almaniyanın Röytlingen şəhərində yerləşən “Baden Vürttemberq İxrac Akademiyası” Tədris Mərkəzində və istehsal müəssisələrində tədris və təcrübə keçəcək 27 sahibkar və menecer üçün seminar keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, 2 gün davam edən tədbirdə “Baden Vürttemberq İxrac Akademiyası” Tədris Mərkəzinin nümayəndələri tərəfindən sahibkar və menecerlərə beynəlxalq iqtisadi kooperasiya, Almaniya müəssisələri ilə işgüzar əlaqələrin qurulması və s. barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycanda təhlükəli xəzlər satılır — Əksəriyyəti saxtadır

22 Yanvar 2018 12:57

Qış mövsümünün gəlişi ilə xəz dəridən hazırlanmış üst geyimləri də dəbə düşür. Qadınların əksəriyyəti gözəl və cazibədar görünmək, eyni zamanda soyuq havada üşüməmək üçün xəz dərili üst geyimlərə üstünlük verirlər. Təbii ki, fərqli heyvanların xəzindən hazırlanmış bu geyimlər müştərilərə çox baha qiymətə təklif olunur. Buna baxmayaraq, əksər hallarda baha qiymətə alınan xəz dəridən hazırlanmış geyim keyfiyyətsiz çıxır, heç bir mövsüm belə istifadə edilməmiş yararsız hala düşür. Bir sözlə, xəz geyimlərin qiyməti ilə keyfiyyəti bir-birini təkzib edir.

Elektron qaimə-fakturaların tətbiqi hansı qaydada həyata keçirilir?

22 Yanvar 2018 12:22

Məlum olduğu kimi 2017-ci ilə qədər qədər sahibkarlıq subyektləri arasında mal, iş və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsi zamanı qaimə- fakturaların kağız formasında tətbiqi bir çox hallarda vergidən yayınma hallarına şərait yaradırdı. Bu əməliyyatların şəffaflaşdırılması, rəsmiləşmə prosedurunun sadələşdirilməsi, operativliyin təmin edilməsi, inzibatçılıq xərclərinin azaldılması və sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə fikir ayrılıqlarının qarşısının alınması məqsədilə bu sahədə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Elektron qaimə-fakturalarını tətbiqi məqsədilə Vergi Məcəlləsinə “Elektron qaimə- fakturaları” adlı 71-1-ci maddə və eyni zamanda 16.1.11-6-cı və 16.1.11-ci maddələr əlavə edilib. Maraqlıdır, elektron qaimə-fakturaların tətbiqi hansı qaydada həyata keçirilməlidir?

İki banka məxsus avtomobillər hərracda satılır

20 Yanvar 2018 17:10

Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası yanvarın 16-da Əmanətlərin Sığortalanması Fondunun sifarişinə əsasən ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.

Sahibkarlığın inkişafını əngəlləyən amillər aradan qaldırılır

19 Yanvar 2018 17:49

Ölkədə iqtisadi islahatları dəstəkləyən mühüm dövlət qurumu rolunda çıxış edən milli vergi sistemi, öz növbəsində, daim iqtisadi situasiyanın dəyişməsinə operativ və adekvat reaksiya verməkdədir. Son illərdə vergi sisteminin inkişafına, vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsinə, institusional potensialın gücləndirilməsi istiqamətində əsaslı nailiyyətlər əldə edilməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının yeni inkişaf istiqamətləri, biliklərə əsaslanan müasir iqtisadiyyatın qurulması vergi xidməti qarşısında da yeni vəzifələr müəyyən edir.

Ermənistanın iqtisadiyyatı çöküb AÇIQLAMA

19 Yanvar 2018 15:22

“Azərbaycan qazının basqa bir ölkə vasitəsiylə Ermənistana satılması xəbəri doğru və inandırıcı deyil. Azərbaycan özü Ermənistanı bütün layihələrdən kənarda tutur”. Bu sözləri  iqtisadçı İlham Şaban deyib.

Siqaretin ölkəyə gətirilməsi ilə bağlı yeni təkliflər hazırlanıbr

19 Yanvar 2018 13:44

“Ötən il 6 milyondan artıq siqaretin qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinin qarşısı alınıb”. Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. A.Əliyev bu gün qanunsuz siqaret idxalının inkişaf etmiş ölkələrin də qarşısında duran əsas problemlərdən biri olduğunu qeyd edib: “Məsələn, Amerika Birləşmiş Ştatlarında 20 il əvvəl ən yaxşı halda qanunsuz ticarət dövriyyəsinin 11-12 faizinin qarşısını almaq mümkün olurdu”.

Gömrük orqanları 1,2 mln. manatlıq qızılın ölkədən çıxarılmasının qarşısını alıb

19 Yanvar 2018 12:58

“Ötən il gömrük orqanları tərəfindən 1,2 milyon manatlıq qızıl, 1 milyon dollar valyuta ölkədə çıxarılmasının qarşısı alınıb”. Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev “2017-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən mətbuat konfransında bildirib.

Mavi qaz Türkiyə bazarına sentyabrda ixrac olunacaq

18 Yanvar 2018 17:16

“Nəzərdə tutulan işlərin 99 faizi artıq yerinə yetirilib və söhbət ikinci bazada mavi qazın hasil edilməsindən gedir”. Bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.

Azexport.az portalına 74 ölkədən 475 milyon dollar dəyərində sifarişi daxil olub

18 Yanvar 2018 16:40

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin yanvar ayı üçün sayı təqdim olunub. “Olaylar” xəbər verir ki, icmalın bu sayında göstərilir ki, 2017-ci il ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon ABŞ dolları təşkil edib.

Regionların iqtisadi inkişafı ölkənin ərzaq təminatında əhəmiyyətli rol oynayır

18 Yanvar 2018 15:35

Regionların sosial-iqtisadi inkişafı Azərbaycan dövlətinin prioritet hesab etdiyi məsələlərdəndir. Elə bu səbədən də dövlət regionların inkişafı məqsədilə çoxsaylı dövlət proqramları qəbul edib. Onu da diqqətə çatdıraq ki, sözügedən proqramların icrası prezident İlham Əliyevin diqqətindədir.

İstehlak məhsullari və xidmətlər bahalaşıb

18 Yanvar 2018 14:05

Ötən il istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 45,3 milyard manat olmaqla, 2016-cı ilə nisbətən müqayisəli qiymətlərlə 2,2 faiz artıb.

İşçi Qrupu Tədbirlər Planını müzakirə edib

17 Yanvar 2018 18:47

Azərbaycan Respublikasının Prezidentinin Administrasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi" üzrə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupunun birgə iclası keçirilib.