Elektron qaimə-fakturaların tətbiqi hansı qaydada həyata keçirilir?

Məlum olduğu kimi 2017-ci ilə qədər qədər sahibkarlıq subyektləri arasında mal, iş və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsi zamanı qaimə- fakturaların kağız formasında tətbiqi bir çox hallarda vergidən yayınma hallarına şərait yaradırdı. Bu əməliyyatların şəffaflaşdırılması, rəsmiləşmə prosedurunun sadələşdirilməsi, operativliyin təmin edilməsi, inzibatçılıq xərclərinin azaldılması və sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə fikir ayrılıqlarının qarşısının alınması məqsədilə bu sahədə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Elektron qaimə-fakturalarını tətbiqi məqsədilə Vergi Məcəlləsinə “Elektron qaimə- fakturaları” adlı 71-1-ci maddə və eyni zamanda 16.1.11-6-cı və 16.1.11-ci maddələr əlavə edilib. Maraqlıdır, elektron qaimə-fakturaların tətbiqi hansı qaydada həyata keçirilməlidir?

Məlum olduğu kimi 2017-ci ilə qədər qədər sahibkarlıq subyektləri arasında mal, iş və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsi zamanı qaimə- fakturaların kağız formasında tətbiqi bir çox hallarda vergidən yayınma hallarına şərait yaradırdı. Bu əməliyyatların şəffaflaşdırılması, rəsmiləşmə prosedurunun sadələşdirilməsi, operativliyin təmin edilməsi, inzibatçılıq xərclərinin azaldılması və sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə fikir ayrılıqlarının qarşısının alınması məqsədilə bu sahədə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Elektron qaimə-fakturalarını tətbiqi məqsədilə Vergi Məcəlləsinə "Elektron qaimə- fakturaları" adlı 71-1-ci maddə və eyni zamanda 16.1.11-6-cı və 16.1.11-ci maddələr əlavə edilib. Maraqlıdır, elektron qaimə-fakturaların tətbiqi hansı qaydada həyata keçirilməlidir?
Vergilər Nazirliyindən bildirilib ki, dəyişikliyə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verməlidir. Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilir. Eyni zamanda pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, qaimə-faktura və ya elektron qaimə- faktura və ya elektron vergi hesab-faktura təqdim edilməlidir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur. Vergi Məcəlləsinə edilən dəyişikliklərə aid keçid müddəalarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olan ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixdən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixdən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim edilməlidir. Vergi Məcəlləsinin 176.4-cü maddəsinə edilən dəyişikliklərə əsasən ƏDV-nin ödəyiciləri olmayan alıcılara pərakəndə mal göndərildikdə və ya xidmət göstərildikdə, 2 Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti tərəfindən hazırlanmış elektron vergi hesab-fakturası əvəzinə qaimə-faktura və ya elektron qaimə-faktura və ya qəbz və ya çek verilə bilər.
Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları isə Vergilər Nazirliyi tərəfindən müəyyən edilir. Vergi orqanları tərəfindən aparılan operativ vergi nəzarəti zamanı malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə- faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması yoxlanılır. Vergi Məcəlləsinin 58.8-ci maddəsinə edilən dəyişikliklərə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadığı halda aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir. Pul vəsaitinin 1.000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə - 1.000 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 1.000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında. Malların alışını və ya mədaxilini təsdiq edən sənədlərdən ən azı biri olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Eyni zamanda Vergi Məcəlləsinin 194.2.3-cü və 194.2.8-ci maddələrinə edilən dəyişikliklərə əsasən aksizli mallar üzrə vergi nəzarəti tədbirləri həyata keçirilərkən nəzarət postlarının işçiləri hazır məhsul satılarkən malların ilkin təsdiqedici sənədlər siyahısına elektron qaimə-fakturası daxil edilib. Bununla da nəzarət postlarına vergi nəzarətini həyata keçirən vergi işçiləri satışa buraxılan hazır məhsulların ilkin təsdiqedici sənədlərindən biri olan elektron qaimə-fakturalarının üzərində "buraxılışa icazə verilir" qeydiyyatı da aparmalıdırlar. 

Zəka
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31