İqtisadiyyat
Aydın Əliyev Tacikistanın səfiri ilə görüşüb
Yanvarın 17-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə görüşüb.“Olaylar” xəbər verir ki, qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açıb, Azərbaycan və Tacikistanı tarixən qardaşlıq münasibətlərinin birləşdirdiyini vurğulayıb.
2018-ci il Azərbaycan üçün əhəmiyyətli il olacaq
Azərbaycan ötən ili siyasi, iqtisadi və diplomaik sahədə bir sıra uğurlara imza atmaqla baş vurdu. Xüsusən, iqtisadi sahədə əldə edilən uğurlar Azərbaycanın müstəqilliyini daha da möhkəmlətməklə yanaşı, növbəti illər üçün baza rolunu oynamış oldu. Başqa sözlə, əksər inkişaf etmiş ölkələrdə iqtisadi geriləmə müşahidə olunduğu halda, Azərbaycanda dinamik inkişaf müşahidə olundu. İqtisadi islahatlar ili kimi yadda qalan 2017-ci il gələcək illərdə əldə ediləcək uğurlar üçün zəmin yaratmış oldu.
Mərkəzi Bank çevik məzənnə rejimindən imtina etməsi ilə bağlı xəbərlərə münasibət bildirib
Azərbaycan Mərkəzi Bankı (AMB) yenidən valyuta məzənnəsinin aktiv şəkildə idarə olunması ilə bağlı bəzi KİV-lərdə yayılan xəbərlərə münasibət bildirib. AMB-dən verilən məlumata görə, Mərkəzi Bank çevik məzənnə rejimini saxlayacaq. “Azərbaycan Respublikası Mərkəzi Bankının 2018-ci il və orta müddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı”nda qeyd olunduğu kimi xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq Mərkəzi Bank çevik məzənnə rejimini saxlayacaq.
Bitkoindəki köpüklər partlayırmı?
"2018-ci ilin geridə qalan günləri kreptovalyutalar üçün də heç də uğurlu olmadı”. “Olaylar” xəbər verir ki, bunu iqtisadçı-alim Vüqar Bayramov bildirib. V. Bayramov qeyd edib ki, son bir ayda bitkoin 41 faiz, bu ilin son 10 günündə isə 34 faiz dəyər itirib: “Cənubi Koreyanın bitkoinləri ilə əməliyyatların qadağan etmək istəyi virtual valyutanın mövqeyini ciddi şəkildə silkələdi.
İdarəetmənin çevikliyinə hesablanmış struktur islahatları
Başa vurduğumuz 2017-ci il həm də Azərbaycanda islahatlar ili kimi yadda qaldı. Dövlətin, dövlət başçısının müxtəlif sahələrdə həyata keçirdiyi islahatlar ümumilikdə ölkənin inkişafına, tərəqqisinə zəmin yaratdı. Xüsusilə, qlobal səviyyədə baş verən maliyyə böhranı fonunda Azərbaycanda həyata keçirilən struktur islahatları bir-birini təkrarlayan qurumların ümumiləşdirilməsi ilə yanaşı büdcədən yönəldilən əlavə xərclərin də azalmasına öz müsbət təsirini göstərdi. Hazırda müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, uğurlu islahatlar prosesi günümüzdə də davam edir və nəticə etibarilə idarəetmədə daha təkmilləşdirilmə yaradılır. Təkcə ötən il ərzində bir neçə belə anoloji addımların atılması deyilənləri təsdiqləyir. Elə əksər ekspertlər, təhlilçilər də bu qənaətdədirlər ki, ölkədə müxtəlif sahələrdə, xüsusilə də idarəetmədə həyata keçirilən islahatlar tədricən öz müsbət effektini verir.
"Moody's": ABB kapital mövqeyini və aktivlərinin keyfiyyətini bərpa edib
"Xarici öhdəliklər və toksik aktivlərin ötürülməsi də daxil olmaqla 2017-ci ilin sonunda “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) restrukturizasiya prosesi başa çatıb". Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyindən bildirilib.
"Bu, tariximizə, tarixi şəxsiyyətlərimizə hörmətin ifadəsidir"
Ölkə prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi çox müsbət və təqdir olunmalı bir hadisədir. Bunu açıqlamasında millət vəkili Eldar İbrahimov deyib.
İldə Azərbaycana 200 mindən çox Türkiyə vətəndaşı gəlir
Azərbaycan Türkiyə vətəndaşlarının ən çox səfər etdiyi 10 ölkə arasındadır. Türkiyə Səyahət Agentlikləri Birliyinin (TURSAB) məlumatlarına görə, ötən il bu ölkədən Azərbaycana 212 min nəfər gəlib.
"Moody's": Azərbaycanda bank sektorunun zəif oyunçuları bazarı tərk edəcək
“Azərbaycanda bank sektorunun konsolidasiyası 2018-ci ildə də davam edəcək”. Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyindən bildirilib. Agentliyin mütəxəssisləri qeyd edir ki, problemli banklarla bağlı əsas məsələ kapital çatışmazlığıdır.
"Moody's": Azərbaycanda banklara qarşı tədbirlər sərtləşdirilə bilər
“Azərbaycanda bank sisteminin kapitallaşması artırılmalıdır”. Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyindən bildirilib. Agentliyin mütəxəssisləri qeyd edir ki, Beynəlxalq Bankın restrukturizasiya prosesinin başa çatması və kapital adekvatlığının bərpasından sonra, ümumilikdə bank sisteminin də kapital mövqeyi yaxşılaşmalıdır.
Əhalinin mənzillə təminatı üçün kredit imkanları genişləndirilir
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mahiyyətini əhalinin sosial rifahının yüksəlməsi, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması təmin edir.
“Hazırkı ikirəqəmli inflyasiyanın iqtisadi əsası yoxdur”
Ötən ilin sonlarından başlayaraq müşahidə olunan qiymət artımını hələ də nizamlamaq mümkün olmayıb. Belə ki, bir sıra gündəlik tələbat mallarında qeydə alınan bahalaşma əhalinin gəlirlərinin böyük hissəsini özünə cəlb etməkdədir.
İqtisadi inkişafın Azərbaycan modeli
2017-ci ildə ölkədə həyata keçirilən səmərəli iqtisadi siyasət ölkəmizin tərəqqisini təmin etməklə yanaşı, qarşıdakı illərdə də dayanıqlı inkişafın təmin olunması üçün etibarlı zəmin yaradıb. Bütün istiqamətlərdə əldə edilən nailiyyətlər onu deməyə əsas verir ki, Azərbaycan ilk ayını yaşadığımız 2018-ci ildə də uğurlu nəticələr əldə edəcək.
Qeyri-neft sektoru inkişaf mərhələsində
Artıq bir neçə ildir ki, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi qarşıya prioritet vəzifə olaraq qoyulub və bu istiqamətdə müəyyən addımlar atılır. Etiraf etmək lazımdır ki, ötən müddət ərzində qeyd edilən sahədə müəyyən uğurlar da əldə olunub. Daxili istehsal artıb, Azərbaycan məhsulları xarici bazarlarda özünə yer tapıb.
Daha bir qurum fəaliyyətini dayandırdı
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası öz fəaliyyətini dayandırıb. Bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib. Məlumatda bildirilib: "Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 12.01.2018-ci il tarixli 1785 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası öz fəaliyyətini dayandırıb.














