İqtisadiyyat

Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib

15 Yanvar 2018 15:42

Strateji yol xəritələrində İqtisadiyyat Nazirliyinin icraçı olduğu tədbirlərin yüksək səviyyədə yerinə yetirilməsi və tədbirlərin icrasında səmərəliliyin təmin edilməsi məqsədilə beynəlxalq təcrübənin tətbiq edilməsi zəruri olan prioritet istiqamətlər üzrə mümkün dəstəyin göstərilməsi ilə bağlı Asiya İnkişaf Bankının nümayəndələrinin iştirakı ilə işgüzar görüş keçirilib.

Energetika naziri Səudiyyə Ərəbistanına səfər edib

15 Yanvar 2018 15:28

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihin dəvəti ilə energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkəyə səfər edib.

IBM və SOCAR şirkətləri birgə müəssisə yaratdılar

15 Yanvar 2018 15:24

SOCAR və IBM şirkətləri “Caspian Innovation Center” adlı birgə müəssisə yaratdıqlarını bəyan edirlər. “OLAYLAR” SOCAR-a istinadən xəbər verir ki, Yeni analitika və təchizat mərkəzinin əsas məqsədi Azərbaycanda, Xəzər regionunda və digər ölkələrdə, ilk növbədə neft-qaz sənayesi üzrə, rəqabət qabiliyyətli informasiya texnologiyaları (İT), biznes transformasiyası və müvafiq məsləhət xidmətlərini həyata keçirməkdir.

Mərkəzi Bankın ehtiyatları 1.3 mlrd.dollar artıb

15 Yanvar 2018 15:02

2017-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatı 25.4 faiz artıb. “Olaylar” xəbər verir ki, bu barədə AMB məlumat yayıb. AMB-nin məlumatına görə, ötən il valyuta ehtiyatının həcmi 5 milyard 334 milyon dollar olub. Bu isə ötən illə müqayisədə 1 milyard 360 milyon dollar və ya 25.4 faiz çoxdur.

Nazirlikdən vergi ödəyicilərinə jest

15 Yanvar 2018 14:59

Vergilər Nazirliyi sadələşdirilmiş vergi ödəyiciləri üçün hesabatların verilməsi vaxtını bir qədər uzadıb. Bu barədə “Olaylar”a nazirliyin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib. Məlumata görə, vergi ödəyiciləri tərəfindən 2017-ci ilin IV rübünə görə sadələşdirilmiş verginin bəyannaməsi 2018-ci il yanvarın 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir. Bu qərarın verilməsinə səbəb yanvarın 20-21-nin qeyri-iş günləri olması ilə bağlıdır.

Bankların taleyi necə olacaq?

15 Yanvar 2018 14:20

2017-ci il bütün istiqamətlər üzrə uğurlu olsa da, lakin bəzi problemlər vardı ki, həmin problemlər ötən il də həll edilməmiş qaldı. Bunların sırasında bank sektorundakı mövcud vəziyyəti qeyd etmək yerinə düşər. Ümumiyyətlə, məlum neft və maliyyə böhranı meydana gələndən bank sektorunda yaranan durumu zaman-zaman aradan qaldırmağa yönəlik cəhdlər olsa da, lakin bu sektorun hökumətin atdığı addımlara adekvat fəaliyyət ortaya qoya bilməməsi problemin həllini mümkünsüz edir.

Azərbaycanın uğurlu energetika siyasəti

15 Yanvar 2018 14:11

Azərbaycan iqtisadiyyatının dinamik inkişafı özünü bir sıra sahələrdə büruzə verməkdədir. Xüsusən, energetika və nəqliyyat sahələridə əldə edilən naliyyətlər heç şübhəsiz ki, prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olub. Elə yola saldığımız 2017-ci ildə də energetika və nəqliyyat sahəsində bir sıra tarixi hadisələr baş verdi ki, həmin hadisələr ölkə iqtisadiyyatının gələcək inkişafı üçün təməl rolu oynayacaq.

ABŞ daha 15 buruğu işə saldı: neftin qiyməti…

15 Yanvar 2018 13:28

Neftin bahalaşması buruqların sayının artmasına müsbət təsir edib. Bu haqda iqtisadçı ekspert Samir Əliyev yazıb. İqtisadçı bildirib ki, ABŞ-da neftin qiymətlərinin belini qıran buruqların sayı keçən həftə birdən-birə 15 ədəd, yəni 2% artaraq 939-a çatıb: “Bunu Amerikanın “Baker Huges” konsaltinq şirkəti açıqlayıb. Halbuki əvvəlki 2 həftə buruqların sayı azala-azala (6 ədəd) gedirdi. Beləliklə, son bir ildə belə buruqların sayı 280 ədəd artıb. Kanadada isə əksinə, 39 ədəd (12%) azalaraq 276-a düşüb. Buna rəğmən son bir ildə artım 102 ədəd olub.

Növbəti hərraca 246 dövlət əmlakı çıxarılıb

15 Yanvar 2018 12:34

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 fevral tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 246 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 84-ü kiçik dövlət müəssisə və obyekti, 132-i istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u səhmdar cəmiyyətləri, 11-i isə nəqliyyat vasitələridir.

Pensiyalar nə qədər artacaq?

15 Yanvar 2018 11:33

“Rəsmi statistikaya əsasən, Azərbaycanda orta aylıq əmək haqqı ötən il 6.2 faiz artıb. Bu isə o deməkdir ki, bu ay pensiya məbləğləri sözügedən rəqəmə indeksasiya ediləcək. Yəni, pensiya məbləğləri bu ay 6.2 faiz artacaq”. “Olaylar” xəbər verir ki, bunu deyən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, yeni pensiya qanunvericiliyinə əsasən indeksasiyada 2 əsas dəyişiklik var: “Birincisi, pensiya məbləği əvvəlki ilin rəsmi infilyasiya məbləğinə deyil, orta aylıq əmək haqqıdakı artım faizinə indeksasiya ediləcək. İkincisi, pensiyaların baza hissəsi ləğv edildiyi üçün artıq “keçmiş baza hissə” deyil, bütövlükdə pensiya məbləği indeksasiya olunacaq.

Yol polisindən sürücülərə hava – XƏBƏRDARLIĞI

13 Yanvar 2018 17:33

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda gözlənilən dumanlı və çiskinli hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülər havanın dumanlı və çiskinli olacağını nəzərə alaraq ictimai nəqliyyatdan istifadəyə üstünlük verməlidir, yol və meteoroloji şəraiti nəzərə almağı bacarmalıdır, sürət həddi minimuma enməlidir, ara məsafəsi normadan artıq saxlanmalıdır.

Nazirlik QHT-lərə müraciət edib

12 Yanvar 2018 17:53

Maliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatlarına müraciət edib. Nazirlikdən verilən məlumata görə, müraciətdə bildirilir ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər:

Azərbaycan dünyanın 183 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib

12 Yanvar 2018 17:09

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, DSK-nin məlumatına görə, 114 ölkəyə məhsul ixrac, 176 ölkədən isə idxal olunub. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 21 milyard 809,4 milyon ABŞ dolları təşkil eidb. İxracın dəyəri 14 milyard 018,7 milyon dollar, idxalın həcmi isə 7 milyard 790,7 milyon dollar təşkil edib.

Qeyri-neft sektorunun ixracı 22 faiz artıb

12 Yanvar 2018 17:07

2017-ci ilin yanvar-noyabr aylarında 1 milyard 386,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 24,1 faiz, real ifadədə isə 21,8 faiz çoxdur.

“Azəriqaz” abonentlərin sayı 2 097 293-ə çatıb

12 Yanvar 2018 16:20

2017-ci ilin yanvar-dekabr ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 93 350 yeni abonent qeydiyyata alınıb ki, bunun da 48 877-i Bakı, Abşeron və Sumqayıt, 44 473-ü isə regionlar üzrədir. “OLAYLAR”-ın “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 097 293-ə çatıb.