İqtisadiyyat
“Made in Azerbaijan” loqosunun təqdimatı keçirilib
Yanvarın 12-də Bakıda İxracatçılar Klubunun 2018-ci ildə ilk iclası və “Made in Azerbaijan” loqosunun təqdimat mərasimi keçirilib. “Olaylar” xəbər verir ki, təqdimat mərasimində, iqtisadiyyatın müxtəlif sahələrində çalışan 100-ə yaxın iş adamı iştirak edib.
2018-ci ildə əldə olunan uğurlar daha çox olacaq AÇIQLAMA
"Ölkə başçısının Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafinın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqi Azərbaycan xalqı tərəfindən yüksək səviyyədə qarşılanıb". Bu sözləri millət vəkili Eldəniz Səlimov deyib.
Əhalinin ictimai xidmətlərdən istifadə imkanları genişlədirilir
Məlum olduğu kimi prezident İlham Əliyev tərəfindən dövlət idarəetməsinin modernizasiyası, operativliyin artırılması, idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması, xidmətlərə olan əlçatanlığın artırılması istiqamətində mühüm tapşırıqlar verilib. Məhz bu tapşırıqların icrası məqsədilə aidiyyati qurumlar əhalinin ictimai xidmətlərdən istifadəsinin sadələşdirilməsi, şəffaflığın təmin olunması, xidmətlərdən real vaxt rejimində yararlanması yönündə mütəmadi yeniliklər tətbiq edirlər.
Ərzaq malları bir ildə 16,4 faiz bahalaşıb
2017-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilə nisbətən 12,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 16,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 11,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,3 faiz bahalaşıb. Bu barədə “Olaylar”a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, ötən ilin dekabr ayında noyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ölkənin hərtərəfli inkişafına təkan verib
Artıq 14 ildir ki, mərhələli şəkildə uğurla həyata keçirilən və icra edilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ölkəmizin simasını nəzərəçarpacaq dərəcədə dəyişib. Əgər sözügedən Dövlət Proqramının icrasına qədər nəinki əyalətlərdə, hətta paytaxt Bakıda arzuedilən səviyyədə infrastuktur yox idisə, həm paytaxt, həm də regionlarda işsizlik problem ciddi xarakter daşıyırdısa, hazırda bütün bu çətinliklərin arxada qaldığını söyləyə bilərik.
"Cert Center” MMC və "Standart Cert” MMC-nin akkreditasiya attestatları ləğv edilib
"Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi (AzAK) tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tələblərini pozduğuna görə "Cert Center” MMC-nin və "Standart Cert” MMC-nin "İstehlak məhsullarının sertifikatlaşdırılması” üzrə fəaliyyət göstərən orqanlarının akkreditasiya attestatları ləğv edilib.
İl ərzində 195-2 Çağrı Mərkəzinə 11 minə yaxın müraciət daxil olub
2017-ci il ərzində İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 11 minə yaxın müraciət daxil olub. Bu müraciətlərin 8300-ə yaxını canlı rejimdə birbaşa, 2500-dən çoxu isə səsli menyu vasitəsilə cavablandırılıb. Ümumilikdə isə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək Çağrı Mərkəzinə 73 minə yaxın müraciət daxil olub.
"Təmiz Şəhər" ASC Keyfiyyəti İdarəetmə Sistemi üzrə ən yüksək standarta layiq görülüb
"Təmiz Şəhər" ASC Britaniya Standartlar İnstitutu (BSİ) tərəfindən ISO 9001:2015 beynəlxalq sertifikatına layiq görülüb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, BSİ tərəfindən keçirilən auditlə "Təmiz Şəhər" ASC–nin bütün təsərrüfat sahələrində beynəlxalq standartlara uyğunluq qiymətləndirilib. Audit hesabatında Cəmiyyət rəhbərliyinin və mütəxəssislərin peşəkarlığı, işlərin beynəlxalq standartlara uyğunluğu və s. göstəricilər öz əksini tapıb.
İranın Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub
IMG 4404İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının tarixi müəyyənləşib
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının keçirilmə vaxtı fevralın 15-ə təyin edilib. Energetika Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti toplantısının təşkili ilə əlaqədar Energetika Nazirliyində bir sıra görüşlər keçirilib və müzakirələr aparılıb.
Orta aylıq əməkhaqqı artıb
2017-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2% artaraq 525 manat təşkil edib.
“Vergidəki dəyişikliklər sahibkarların xeyrinə olacaq” - Deputatlar nazirin islahatlarından danışdılar
Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb.
Əmanətlərin qaytarılmasına 545 milyon manat xərclənib
“Xarici şokların iqtisadiyyata mənfi təsirlərindən təkcə Azərbaycanda deyil, bütün region ölkələrində ən çox bank sektoru zərər çəkib”. “Olaylar” xəbər verir ki, bunu prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında maliyyə naziri Samir Şərifov bildirib.
Bitkoin müəmması - bahalaşacaq, yoxsa ucuzlaşacaq...
Ləğvetmə prosesində olan “Dəmirbank”ın ipoteka portfeli 4 banka ötürülüb
Ləğvetmə prosesində olan “Dəmirbank” ASC-nin ipoteka portfeli "Muğanbank", "Günay Bank", "Rabitəbank" və "NBC Bank" ASC-lərə ötürülüb. Bu barədə Azərbaycan İpoteka Fondundan məlumat verilib.














