İqtisadiyyat

Kimlər sığorta ödənişini almaq hüququna malik olacaqlar?

10 Yanvar 2018 14:15

Ölkə parlamenti bir müddət öncə "İşsizlikdən sığorta haqqında” yeni qanun qəbul edib. Qanunda işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondunun yaradılması və bu fondun maliyyələşməsi ilə bağlı detallar əksini tapıb. Qanuna əsasən sığorta fonduna 90 mln. manat vəsaitin yığılması təmin olunacaq.

Azərbaycanın strateji nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində daha bir addım

10 Yanvar 2018 13:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışında iştirak edib. Kompleksdə görülən işlərlə tanış olan dövlət başçısı terminalın açılışını edib.

Azərbaycan iqtisadiyyatı artacaq - Dünya Bankından PROQNOZ

10 Yanvar 2018 11:49

Dünya Bankı 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 0,9 faiz səviyyəsində artacağını proqnozlaşdırır. Bu barədə "Global Economic Prospects" hesabatında deyilir. Ötən ilin iyununda çıxan əvvəlki hesabatda Dünya Bankı ölkə ÜDM-nin cari ildə 0,3 faiz, 2019-cu ildə isə 0,2 faiz artacağını proqnozlaşdırmışdı.

Dünya bazarında neft bahalaşıb

10 Yanvar 2018 11:00

Dünya birjalarında neft bahalaşıb. “Olaylar” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,52 dollar və ya 0,83% artaraq 63,48 dollar təşkil edib.

Azərbaycan OPEC-i dekabr ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatlandırıb

9 Yanvar 2018 17:45

Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öhdəliyini 2017-ci ilin dekabr ayında da yerinə yetirib.

AzTA sədri: "Türklərin 80 faizi Azərbaycana işə görə gəlir"

9 Yanvar 2018 16:03

Xəbər verdiyimiz kimi, 2017-ci ildə Azərbaycana 301 553 nəfər Türkiyə vətəndaşı səfər edib. Bu rəqəmlər 2016-cı illə müqayisədə azdır. Ümumilikdə isə ötəl il Türkiyədən Azərbaycana gələnlərin sayında 11 790 nəfər azalma müşahidə edilib.

İran, Azərbaycan və Rusiya arasında regional enerji bazarı yaradıla bilər

9 Yanvar 2018 15:58

“İran Azərbaycan və Rusiya ilə birlikdə enerji mübadiləsi üçün regional enerji bazarı yaratmaq niyyətindədir”. Bunu  İranın Energetika nazirinin beynəlxalq məsələlər üzrə müavini Əlirza Daimi deyib.

Azərbaycan üçün YENİ REKORD

9 Yanvar 2018 12:39

Azərbaycan vətəndaşları vizasız rejimdə 63 ölkəyə səfər edə bilər. Bu barədə "Henley & Partners" şirkətinin hazırladığı "Pasportlar indeksi - 2018" reytinqində qeyd olunub. Əvvəlki reytinqlə müqayisədə Azərbaycan iki pillə irəliləyərək 72-ci yerdə qərarlaşıb. Azərbaycanın qonşu ölkələri arasında Rusiya 48-ci, Türkiyə 50-ci, Gürcüstan 53-cü yerdədir. Son beş il ərzində reytinqdə birinci yeri Almaniya özündə saxlayır.

Həyata keçirilən iqtisadi islahatlar uğurlu nəticələr verməkdədir

9 Yanvar 2018 12:26

“Azərbaycanda yeni mərhələdə həyata keçirilən  iqtisadi islahatlar uğurlu nəticələr verməkdədir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Cavid Osmanov səsləndirib.

Vergilər Nazirliyində rəhbər şəxslər də daxil olmaqla 64 vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilib

9 Yanvar 2018 12:13

“Son zamanlar bir sıra kütləvi informasiya vasitələrində vergi orqanlarında həyata keçirilən kadr və struktur dəyişiklikləri barədə həqiqəti əks etdirməyən məlumatlar yayılmaqdadır”. Vergilər Nazirliyindən verilən məlumat görə, cəmiyyətdə yanlış informasiyaların yayılmaması üçün Vergilər Nazirliyinin rəsmi məlumatlarına istinad olunmalıdır.

Azərbaycana gələn turistlərin sayında REKORD

8 Yanvar 2018 17:55

Son 5 il ilə müqayisədə 2017-ci ildə ölkəyə gələn xarici vətəndaşların sayında artım müşahidə edilib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, 2016-cı il ilə müqayisədə 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub. Bu da indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir. Onlardan 853 082 Rusiya Federasiyası, 537 710 Gürcüstan, 362 597 İran, 301 553 Türkiyə, 102 360 Birləşmiş Ərəb Əmirlikləri, 62 454 İraq, 57 756 Ukrayna, 33 273 Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

İstanbulda ən böyük örtülü bazar tikiləcək

8 Yanvar 2018 17:52

İstanbulda ən böyük örtülü bazar tikiləcək. Məlumata görə, bazarın tikintisi 2019-cu ilin aprelində başa çatacaq. Örtülü bazar ərazisində 190 mağaza, 1000-ə yaxın topdansatış mağazası, 10-a yaxın bank filialı, restoran və kafelər fəaliyyət göstərəcək.

Azərbaycanda saxta əskinas problemi - Dövlət lazımi tədbirlər görə bilir?

8 Yanvar 2018 15:59

Saxta əskinaslar məsələsi bir çox ölkələr üçün ciddi problem olaraq qalmaqdadır. Azərbaycanda da ara-sıra dövriyyədə saxta əskinasların olduğu barədə məlumatlar yer alır.

Regionların sosial-iqtisadi inkişafı ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayır

8 Yanvar 2018 15:28

Müasir qlobal iqtisadi şəraitdə bir-birindən iqtisdi asılılığı olan ölkələrin dayanıqlı inkişafı prioritet məsələlərdən hesab olunur. Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi isə bir sıra iqtisadi tədbirlərin həyata keçirilməsini labüd edir. Özünün iqtisadi müstəqilliyinin təmin edilməsini hədəf seçən Azərbaycan təbii ki, iqtisadi islahatların davam etdirilməsini qarşıya məqsəd kimi qoyub. Bunun üçün ilk növbədə qeyri-neft sektorunun inkişafının təmin edilməsi gərəkdir ki, ölkəmiz bu istiqamətdə çox ciddi addımlar atıb.

Azərbaycan uğurla inkişaf edir

8 Yanvar 2018 15:01

Azərbaycanın 2017-ci ili uğurla başa vurması və bir sıra sahələrdə, xüsusilə də iqtisadi sferada yeni-yeni nailiyyətlərə imza atması ilk günlərini yaşadığımız 2018-ci ilin də ölkəmiz üçün uğurlu olacağından xəbər verir.