İqtisadiyyat
Azərbaycanın yeni ixrac hədəfləri müəyyənləşdirilir
Son illər Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar əhalinin sosial rifah halının yaxşılaşdırılması ilə yanaşı ölkənin simasını da əsaslı dərəcədə dəyişib. İndi təkcə paytaxt deyil, eləcə də bölgələr bu iqtisadi inkişafdan öz faydasını götürür. Nəticə etibarilə regionlarda yeni infrastruktur layihələri həyata keçirilir, istehsal müəssisələri yaradılır, daxili istehsal artır və işsizlik problemi aradan qaldırılır.
Hərracda tələb təklifi üstələyib
Yanvarın 8-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.“Olaylar” Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 300,3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,79% təşkil edib. Bununla da depozit hərracında tələb təklifi cüzi üstələyib. Bugünkü depozit hərracında 300 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.
193 ölkəyə səyahət reytinqində Bakı ilk sırada
ABŞ-ın məşhur "USA today" informasiya agentliyinin yaydığı məqalədə 2018-ci ildə səyahət edilməli ölkələr sırasında Azərbaycanın paytaxtı Bakı da qeyd edilib. Dünyanın 193 ölkəsinə səyahət edən gənc amerikalı səyyah Sal Lavallonun agentlik üçün hazırladığı reytinqdə Bakı ilk sıradadır. "Neftlə zəngin bu paytaxt şəhəri mədəniyyətə və müasir memarlığa milyardlarla vəsait sərf edib. Şəhərdə gəzinti sanki açıq hava muzeyində gəzintiyə bənzəyir", - deyən 27 yaşlı səyyah şəhərdə müasir arxitektura və qədim binaların ahəngini də vurğulayıb.
İş yerini itirən neçə ay sığorta alacaq?
İşsizlikdən Sığorta Fondundan yalnız əmək müqaviləsi olan şəxslər yararlana bilər. Bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov “İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərarın ləğv edilməsinə münasibət bildirərkən deyib.
İqtisadiyyat Nazirliyinin yeni Aparat rəhbəri təyin edilib
Ayaz Əliyev İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri təyin edilib. Məlumata görə, A. Əliyev 1996-2001-ci illərdə Mingəçevir Politexnik İnstitutunda müəllim olub, 2001-2003-cü illərdə Bakı şəhəri üzrə Baş Vergilər İdarəsinin Vergi ödəyicilərinin auditinin təşkili şöbəsinin və Vergilər Nazirliyinin Daxili nəzarət baş idarəsinin Vergi orqanlarının fəaliyyətinə nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifələrində işləyib.
Əhalinin banklarda əmanəti artıb
30 noyabr 2017-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 26,393.9 mln. manat, cəmi öhdəlikləri isə 23,255 mln. manat təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, sektorun balans kapitalı 3,138.9 mln. manat, əhalinin əmanətləri isə 7,346.6 mln. manat olub. Noyabr ayında əhalinin əmanətləri 1.3% və ya 96.4 mln. manat artıb.
ARDNF ötən il hərraclarda 3,6 mlrd. dollara yaxın vəsait satıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ötən ilin dekabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb. ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, ötən ilin sonuncu ayında Fond tərəfindən valyuta hərraclarında 584,8 mln. dollar məbləğində vəsait satılıb.
Azərbaycanın simasını dəyişən Dövlət Proqramı
Azərbaycan XX əsrin 90-cı illərində tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra onun qarşısında bir sıra mühüm vəzifələr dayanırdı. Bunların sırasında ölkə iqtisadiyyatını dirçəltmək də mühüm yer tuturdu. Etiraf etmək lazımdır ki, müstəqilliyin ilk illərində iqtisadiyatı dirçəltmək, inkişaf etdirmək o qədər də asan məsələ deyildi. Bunun isə bir çox səbəbləri vardı. Ən birinci səbəb iqtisadiyyatın tamamilə dağılmış vəziyyətdə olması idi. Daha doğrusu iqtisadiyyatın mövcud olmaması.
Aqroparkların yaradılması kənd təsərrüfatında məhsuldarlığı daha da artıracaq
“Son illərdə regionlarda müasir təsərrüfat subyektlərinin yaradılması ölkəmizdə aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsinə yaxşı nümunədir”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov səsləndirib.
Neftin bahalaşmasının səbəbləri – İran hadisələri, İŞİD-lə mübarizə və...
Dünya bazarlarında neftin qiyməti bahalaşmaqda davam edir. Hazırda "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,65 dollar və ya 0,93% artaraq 70,54 dollar təşkil edib. WTI neftinin qiyməti 1 barelə görə 61,96 dollar təşkil edib. Brent markalı neftin 1 bareli isə 68,01 dollardan satılır.
Ölkənin iqtisadi dayanıqlılığına daha bir töhvə
Azərbaycanda sahibkarlığın inkiafı məqsədilə çoxsaylı tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər qanunvericilik sahəsinin təkmilləşdirilməsindən tutmuş yeni qurumların yaradılmasına qədər ən müxtəlif sahələri əhatə edir. Bir müddət öncə ölkə parlamenti “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik edərək sahibkarlıq subyektlərinin meyarlarına görə bölgüsü apardı. Belə ki, sözgedən qanuna əlavə edilən yeniliyə görə, sahibkarlıq subyektləri mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür.
Bazarın saxta duzları
Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu iqtisadi islahatlar nəticəsində əhalinin ərzaq təhlükəsizliyi sahəsində mühüm irəliləyişlər, uğurlu nəticələrin əldə edilməsi heç kimdə şübhə yaratmır. Məhz dövlət başçısının həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsidir ki, respublikaya idxal olan yeyinti və sənaye məhsullarının çeşidləri genişlənib. Hazırda bir sıra xarici ölkələrdən ən keyfiyyətli məhsullar respublikamıza idxal olunmaqdadır. Lakin bəzi hallarda daxili bazarlarda gizli sexlərdə istehsal olunan dünyanın ən məhşur brend mallarına rast gəlmək mümkündür.
Balıq ovunun kvotası təsdiqləndi
Nazirlər Kabineti “2018-ci il üçün “Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)”nın və “Balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsü”nü təsdiq edib.
“Azərbaycan aqrar elmi” jurnalının xüsusi buraxılışı çapdan çıxıb
Azərbaycan elm xəzinəsinə dəyərli töhfələr vermiş görkəmli təbiətşünas alim və tanınmış ictimai-siyasi xadim, akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 fevral tarixli 2655 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən silsilə tədbirlər çərçivəsində Nazirliyin “Azərbaycan aqrar elmi” jurnalının xüsusi buraxılışı nəşr edilib.
Azərbaycan Rusiyada aşkarlanan "quş qripi" ilə əlaqədar quş əti idxalına qadağa qoyacaqmı?
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Rusiyanın Kostroma vilayətində "quş qripi"nin aşkarlanması ilə əlaqədar Azərbaycanın həmin ölkədən quş əti idxalına qadağa qoyulub-qoyulmayacağına aydınlıq gətirib.














