Azərbaycanın simasını dəyişən Dövlət Proqramı

Azərbaycan XX əsrin 90-cı illərində tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra onun qarşısında bir sıra mühüm vəzifələr dayanırdı. Bunların sırasında ölkə iqtisadiyyatını dirçəltmək də mühüm yer tuturdu. Etiraf etmək lazımdır ki, müstəqilliyin ilk illərində iqtisadiyatı dirçəltmək, inkişaf etdirmək o qədər də asan məsələ deyildi. Bunun isə bir çox səbəbləri vardı. Ən birinci səbəb iqtisadiyyatın tamamilə dağılmış vəziyyətdə olması idi. Daha doğrusu iqtisadiyyatın mövcud olmaması.

Azərbaycan XX əsrin 90-cı illərində tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra onun qarşısında bir sıra mühüm vəzifələr dayanırdı. Bunların sırasında ölkə iqtisadiyyatını dirçəltmək də mühüm yer tuturdu. Etiraf etmək lazımdır ki, müstəqilliyin ilk illərində iqtisadiyatı dirçəltmək, inkişaf etdirmək o qədər də asan məsələ deyildi. Bunun isə bir çox səbəbləri vardı. Ən birinci səbəb iqtisadiyyatın tamamilə dağılmış vəziyyətdə olması idi. Daha doğrusu iqtisadiyyatın mövcud olmaması. Sovetlər zamanında  15 müttəfiq respublikanın iqtisadiyyatının bir mərkəzdə cəmlənməsi, hər şeyin Moskva tərəfindən idarə edilməsi ittifaq ölkələrinin müstəqil şəkildə iqtisadiyyatının formalaşdırılmasını qeyri-mümkün etmişdi. İndi isə SSRİ-nin dağılması ilə çətin iqtisadi böhran dövrünə qədəm qoyan yeni müstəqil respublikalar vəziyyətdən çıxış yolları arayırdılar. Bəzi respublikalar buna tez, bəziləri isə bir qədər gec nail oldu ki, bu da müstəıqilliyin ilk illərində ölkəyə rəhbərlik edən siyasi qüvvələrin səriştəsizliyi ilə bağlı idi. Elə yenicə müstəqillik qazanmış respublikaların iqtisadiyyatının bərbad vəziyyətdə olmasının ikinci səbəbi də məhz bu idi. Mövcud durum, əhalinin sosial vəziyyətinin getdikcə ağırlaşması tədricən xalq kütlələrinin etirazına səbəb olurdu ki, növbəti belə aksiyalar 1993-cü ilin əvvəllərindən respublikanın müxtəlif bölgələrində müşahidə edilməyə başlanıldı. Artıq ölkədə sözün əsl mənasında xaos, anarxiya hökm sürür, səriştəsiz idarəçilik sistemi Azərbaycanı sosial fəlakətə sürükləyirdi. Ölkədə xaos, anarxiya, başıpozuqluq ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışına qədər davam etdi.

1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra hər bir sahədə olduğu kimi, iqtisadi sahədə də dönüş yaratmaq, Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək istiqamətində davamlı və nəticəyə hesablanmış fəaliyyətlərə start verdi. Ümummilli lider Heydər Əliyev gözəl bilirdi ki, yenicə müsəqillik əldə etmiş bir ölkənin iqtisadiyyatını inkişaf etdirmək üçün mütləq respublikaya xarici sərmayədarlar cəlb edilməlidir. Bunun üçünsə həm paytaxtda, həm də regionlarda investisiya mühiti yaradılmalı, yerli və xarici iş adamlarının fəaliyyətinə yönəlik bütün məhdudiyyətlər, çətinliklər aradan qaldırılmalıdır. Və bunun zərurət, yenicə müstəqillik əldə edən bir ölkənin iqtisadiyyatının inkişaf etdirilməsinin başlıca yolu olduğunu gözəl bilən ümummilli lider elə qeyd edilən istiqamətdə də fəaliyyətə start verdi.

Xarici səfərlər zamanı Qərbin, Avropanın nüfizlu şirkətləri, iş adamları ilə keçirdiyi görüşlərin nəticəsi olaraq qısa müddətdə yüzlərlə şirkətin Azərbaycana investisiya yatırmasına nail olundu ki, bu da iqtiadiyyatın inkişafına öz töhfəsini verirdi.  Xaos, anarxiyadan, ictimai-siyasi sabitsizliyin mövcud olduğu bir ölkəni həm siyasi, həm də iqtisadi cəhətdən inkişaf etdirmək həmin dövr üçün kifayət qədər çətin və şərəfli bir iş idi. Xüsusilə, qısa müddət əvvəl anarxiya, xaosun hökm sürdüyü bir ölkəyə xarici iş adamlarını cəlb etmək o qədər də asan məsələ deyildi. Xüsusilə, onların 1994-cü ilin sentyabr ayında "Əsrin müqaviləsi" kimi tarixi bir sənədin imzalanmasına nail olmaq. Ancaq bütün bunları ümummilli lider Heydər Əliyev bacardı.

1994-cü il, sentyabr ayının 20-də tarixi "Əsrin müqaviləsi"nin imzalanmasından bir neçə illər keçdikdən sonra neftdən gələn gəlirlərin səmərəli şəkildə istifadəsi zərurəti yaranmışdı. İlk növbədə həmin gəlirlərin regionların inkişafına yönəldilməsi prioritet təşkil edirdi. Və qısa zaman ərzində məhz "Əsrin müqaviləsin"dən əldə edilən gəlirlər hesabına çadır düşərgələrində yaşayan məcburi köçkünlərin vəziyyəti yaxşılaşdırıldı, bir neçə çadır düşərgəsi yeni yaşayış qəsəbələri ilə əvəzləndi. Əslində bu regionların sosial iqtisadi inkişafının birinci mərhələsi sayıla bilərdi.

Regionların sosial-iqtisadi inkişafı baxımından ən ciddi, hətta deyərdim ki, inqilabi addım isə 2004-cü ildən etibarən atılmağa başladı. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlişi və ölkənin prezidenti seçilməsi bu prosesin başlanğıcını qoydu. Hələ prezident seçkilərinin nəticəsi olaraq keçirilən andiçmə mərasimində çıxışı zamanı dövlət başçısı respublikanın hər bir bölgəsinin inkişaf etdiriləcəyinin anonsunu verdi. Eyni zamanda Cənab Prezident qısa müddət ərzində ölkədə 600 min yeni iş yerinin açılacağını bəyan etdi. O zaman bir çoxları, xüsusilə İlham Əliyevin rəqibləri dövlət başçısının səsləndirdiyi bu fikirləri yumorla qarşılayır, yaxud onun gerçəkləşməsinin qeyri-mümkün olduğunu iddia edirdilər. Eyni zamanda ölkədə 600 min yeni iş yerinin açılacağı anonsuna istehza ilə xəyal olaraq baxanlar da vardı. Ancaq Cənab Prezidentin verdiyi bəyanat, səsləndirdiyi fikirlərin arxasında, qarşıya qoyduğu hədəfləri gerçəkləşdimək üçün konkret iş planı, fəaliyyət dururdu. Həmin fəaliyyət isə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı idi. Hansı ki, 2004-cü ildən etibarən həmin proqram mərhələli şəkildə icra edilir. 

Qeyd etdiyimiz kimi 2004-cü ildə qəbul edilən və ilkin mərhələdə 4 ili əhatə edərək 2008-ci ilə qədər davam edən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ilk növbədə adından da göründüyü kimi ölkənin regionlarının inkişaf etdirilməsini qarşıya məqsəd qoymuşdu. Belə bir dövlət proqramının qəbul edilməsi eyni zamanda "Əsrin müqaviləsi"ndən gələn gəlirlərin səmərəli şəkildə istifadəsinə nail olmaq, neft gəlirləri hesabına qeyri-neft sektorunu inkişaf etdirməyi qarşıya məqsəd qoyur, hədəfləyirdi. Proqram qəbul edilərkən onun icrası çərçivəsində görüləcək işlərin ardıcıllığının açıqlanması, həmin layihə və işlərin reallaşması nəticəsində əldə ediləcək nəticələrin ilkin ehtimalları, eləcə də qarşıya qoyulan digər hədəflər bir çoxlarında şübhə yaradır. Hətta buna inamsızlıqla yanaşan, proqramın perspektivinə inanmayanlar da vardı. Ancaq elə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının ilk illəri sübuta yetirdi ki, şübhə və tərəddüdlər mənasızdır. Qarşıya qoyulan hədəflərin qısa zamanda və böyük effektivliklə reallaşması, həyata keçirilməsi mümkündür.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının ilk bir neçə ili ərzində görülən işlər, həyata keçirilən quruculuq-abadlıq işləri ilə demək olar ki, bütövlükdə Azərbaycanın siması dəyişdi, ölkədə paytaxt da daxil olmaqla bütün bölgələrdə, şəhər və rayonlarda quruculuq-abadlıq işləri görüldü, yeni=yeni infrastruktur layihələri icra olundu. Diqqət çəkən və təqdir edilməli olan məqam ondan ibarət idi ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında bütün istiqamətlər üzrə, istər təhsil, istər səhiyyə, istəır mədəniyyət, istərsə də idman və humanitar sahələrdə lazımı tədbirlərin görülməsi, infrastrukturun yaradılması nəzərdə tutulurdu. Bu gün bütün ölkəni əhatə edən, demək olar ki, respublikanın hər bir bölgəsində inşa olunan Olimpiya İdman Kompleksləri məhz Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının verdiyi töhfələrdəndir.

Yaxud sözügedən proqramın uğurlu icrası və görülən məqsədyönlü tədbirlər çərçivəsində  bölgələrdə yaradılan yeni-yeni istehsal və emal müəssisələri ölkədə işsizlik səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə, yeni-yeni daimi və müvəqqəti iş yerlərinin yaradılmasına yol açdı. Məhz Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası nəticəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2003-cü ildə dövlət başçısı kimi andiçmə mərasimində çıxışı zamanı ölkədə 600 min yeni iş yerinin açılacağına dair verdiyi vəd reallığa çevrildi. Bölgələrdə kənd təsərrüfatının inkişaf ertdirilməsi, bunun üçün sahibkarlara, fermerlərə verilən kreditlər hesabına ucqar rayonlarda,kənd yerlərində belə yaradılan istehsal müəssisələri kənd əhalisinin məşğulluğunun artırılmasına təkan verdi. Eyni zamanda proqramın icrası bir mühüm nailiyyətə yol açdı ki, bu da kənd əhalisinin şəhərə axınının qarşısının alınması oldu. Artıq proqram çərçivəsində yerlərdə, bölgələrdə yeni isteshal və emal müəssisələrinin yaradılması eyni zamanda yen iş yerlərinin yaradılması idi ki, bu da iş dalınca paytaxta üz tutan kənd əhalisinin elə öz yerində, yurdunda qalıb müvafiq işlə təmin olunmasına imkan yaradırdı.

Bir sözlə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası ümumilikdə Azərbaycanın simasını dəyişdi, onun sürətli inkişaf yoluna qədəm qoymasına yol açdı. Hazırda da sözügedən proqramın uğurla və mərhələli şəkildə icrası  yeni-yeni uğur və nailiyyətlərdən xəbər verir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31