Bazarın saxta duzları

Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu iqtisadi islahatlar nəticəsində əhalinin ərzaq təhlükəsizliyi sahəsində mühüm irəliləyişlər, uğurlu nəticələrin əldə edilməsi heç kimdə şübhə yaratmır. Məhz dövlət başçısının həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsidir ki, respublikaya idxal olan yeyinti və sənaye məhsullarının çeşidləri genişlənib. Hazırda bir sıra xarici ölkələrdən ən keyfiyyətli məhsullar respublikamıza idxal olunmaqdadır. Lakin bəzi hallarda daxili bazarlarda gizli sexlərdə istehsal olunan dünyanın ən məhşur brend mallarına rast gəlmək mümkündür.

Belə mallar tanınmış şirkələrin əmtəə nişanı ilə satışa çıxarılır
 

Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu iqtisadi islahatlar nəticəsində əhalinin ərzaq təhlükəsizliyi sahəsində mühüm irəliləyişlər, uğurlu nəticələrin əldə edilməsi heç kimdə şübhə yaratmır. Məhz dövlət başçısının həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsidir ki, respublikaya idxal olan yeyinti və sənaye məhsullarının çeşidləri genişlənib. Hazırda bir sıra xarici ölkələrdən ən keyfiyyətli məhsullar respublikamıza idxal olunmaqdadır. Lakin bəzi hallarda daxili bazarlarda gizli sexlərdə istehsal olunan dünyanın ən məhşur brend mallarına rast gəlmək mümkündür. Məsələ orasındadır ki, belə halların aradan qaldırılması istiqamətində görülən tədbirlər də nəticəsiz qalır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, hazırda ölkə bazarlarında yodlaşdırılmamış, saxta yolla markalanmış duzlara rast gəlmək mümkündür. "TURAL-İ-91" Şirkəti AİB-ə rəsmi müraciət edərək bildirib ki, son zamanlar məlum olub ki, bəzi üzdəniraq "iş adamları" "TURAL-İ-91" Şirkətinə məxsus əmtəə və xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından, ştrix kodundan qanunsuz istifadə edərək saxta yollarla istehsal etdikləri duz məhsullarını satışa çıxarırlar. Üzərində eynilə həmin şirkətə məxsus göstəricilər, yazılar, məlumatlar və. s olan karton qutuları mətbəələrdə saxta yolla çap edərək, içərisinə mənbəyi, mənşəyi, tərkibi, keyfiyyəti məlum olmayan, Bakı şəhərətrafı rayonlarının çirkab sularının töküldüyü yerlərdən, gölməçələrdən, göllərdən, axmaz sulardan, yarğanlardan, zibilxanalardan yığdıqları duz məhsullarını bazarlarda realizə edirlər. Hansı ki, həmin duz yollara səpilmək, dəri aşılamaq üçün nəzərdə tutulduğundan orqanizm üçün təhlükəli hesab olunur: "Bununla da ağ duza bənzər, pis keyfiyyətli maddələri toplayaraq, bu maddələrin keyfiyyətsiz olmasını tanınmış şirkətə məxsus əmtəə nişanı altında gizlədərək, insan həyatı üçün təhlükəli olan, insanların sağlamlığına ağır zərər vuran maddələr satışa buraxılır. İstehlakçıları aldatmaqla, əhaliyə bu maddələri duz adı ilə satmaqla, xalqa, həmçinin sözügedən şirkətə külli miqdarda ziyan vururlar. Bu işbazlar dövlət qurumlarını aldatmaq üçün İrandan kiçik miqdarda açıq duz idxal edir, sənədləşdirir və əsas satışı qanunsuz əldə edilmiş duzla həyata keçirirlər". Adətən bu duza bənzər maddələr yodsuz, kənar qatışıqlarla zəngin olur, insan orqanizmində həll olunmur və insan həyatı üçün ciddi təhlükə-onkoloji xəstəliklər yaranmasına və digər bəd xassəli şişlərin əmələ gəlməsinə səbəb olur. Belə keyfiyyətə malik olan duza bənzər maddələr kütləvi şəkildə respublikamızın bütün şəhər və rayonlarında, qəsəbə və kəndlərində qanunsuz olaraq, heç bir qeydiyyat aparılmadan satılır. Müraciətdə bildirilir ki, çirkab sulardan yığılmış duz adlandırılan bu maddələr, Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsi 6 ünvanında yerləşən sexdə, Abşeron rayonu Saray qəsəbəsi, Fikrət Əmirov küçəsi, 4 ünvanında yerləşən sexdə (Fiziki şəxs T.Rəşidov (VÖEN 2902072412) çap edilərək üzərində şirkətə məxsus əmtəə nişanı əks edilib. Belə məhsullar saxta olaraq hazırlanmış karton qutulara yerləşdirlir və respublikanın Şamaxı, Ağstafa, Qazax, Masallı, Cəlilabad, Salyan, Xaçmaz, Siyəzən, Şabran, Ağsu, Kürdəmir, Ucar və.s şəhərlərində, həmçinin, Bakı şəhərinin Nizami rayonu ərazisində, Özbəkistan küçəsi 47-53 ünvanında yerləşən "Ekizlər Market"də, Bəhruz Nuriyev küçəsi, 1 ünvanında yerləşən "STOP Market"də, Əli Vəliyev küçəsi, 7A ünvanında yerləşən "RUSLAN-93" Marketdə, T.Abbasov küçəsi ev 9, ünvanında yerləşən "LYUKSMART MARKET"də, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsində (Fuzuli Bayramov prospekti) yerləşən "Toğrul Market"də, eləcə də Bakı şəhərinin digər rayonlarının mağazalarında satılır. Mənbəyi bəlli olmayan bu maddələri əhaliyə satan şəxslər, bu cinayət əməlləri ilə yanaşı, həm də vergidən yayınırlar, adları gedən mağazalarda, kassa aparatları işləmir, satılan həmin malların qeydiyyatı, uçotu aparılmır. Bu şəxslər, şirkətin əmtəə və xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə edərək, AR CM-nin 197.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədirlər, duza bənzər maddələri satanlar da, istehlakçıları aldadaraq AR CM-nin 200-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədirlər".
 E. Hüseynovun bildirdiyinə görə, müraciət müəllifi onu da qeyd edib ki, müvafiq nazirliklər, idarə və təşkilatlar, eləcə də hüquq-mühafizə orqanları edilən şikayətlərə əhəmiyyət vermirlər: "23.11.2017-ci il tarixində, Nizami rayon prokurorluğuna şikayət ərizəsi yazaraq məlumat vermuişik ki, Bakı şəhəri Nizami rayonu, Özbəkistan küçəsi 47-53 ünvanında yerləşən "Ekizlər Market"in rəhbərliyi, Fiziki şəxs Arzu Salayeva, (VÖEN 6300345802), Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 1 ünvanında yerləşən "STOP Market"in rəhbərliyi, Fiziki şəxs Tofiq Cəbrayılov, (VÖEN 8000057852-16001), Bakı şəhəri Nizami rayonu, Əli Vəliyev küçəsi, 7A ünvanında yerləşən "RUSLAN-93" Marketin rəhbərliyi, Bakı şəhəri Nizami rayonu, T.Abbasov küçəsi ev 9, ünvanında yerləşən "LYUKSMART MARKET"in rəhbərliyi, Fiziki şəxs Şıxəliyev Elkin (VÖEN 1402365462) üzərində eyni ilə bizim göstəricilər, yazılar, məlumatlar və. s olan karton qutuları mətbəələrdə saxta yolla çap edən şəxslərlə, insanların sağlamlığına ağır zərər vuran, ağır nəticələrə səbəb olan bu maddələri karton qutulara dolduraraq satış məntəqələrinə verən şəxslərlə əlbir olaraq, insanların sağlamlığına ağır zərər vuran, ağır nəticələrə səbəb olan bu maddələri satmaqla cinayət əməlləri törətmişlər və bu cinayət əməllərini davam etdirirlər. Bütün bunlar barədə, 27.09.2017-ci il tarixində AR DİN-nin 102 xidməti vasitəsilə Nizami RPİ-nin 24-cü və 25-ci Polis Bölmələrinə məlumatlar verərək, şikayət ərizələri yazmışıq.Həmin vaxtdan 60 gün keçəməsinə baxmayaraq, əhalinin zəhərlənməsinin qarşısı alınmır, cinayət əməllərinə hüquqi qiymət verilmir. Həmçinin, 23.11.2017-ci il tarixində Suraxanı rayon prokurorluğuna şikayət ərizəsi yazaraq məlumat vermişik ki, qabaqcadan əlbir olan bir qrup şəxslər, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi Rüfət Abdullayev küçəsində (Fuzuli Bayramov prospekti) yerləşən "Toğrul Market"in rəhbərliyi, insanların sağlamlığına ağır zərər vuran, ağır nəticələrə səbəb olan bu maddələri karton qutulara dolduraraq satış məntəqələrinə verən şəxslərlə, üzərində eyni ilə bizim göstəricilər, yazılar, məlumatlar və. s olan karton qutuları mətbəələrdə saxta yolla çap edənlərlə əlbir olaraq, insanların sağlamlığına ağır zərər vuran, ağır nəticələrə səbəb olan bu maddələri satışa buraxmışlar. Bu barədə 25.09.2017-ci il tarixində Suraxanı RPİ-nin 30-cü polis Bölməsinə, Suraxanı RPİ-yə məlumat vermişik. Ancaq artıq xeyli müddət keçməsinə baxmayaraq, əhalinin zəhərlənməsinin qarşısı alınmır, cinayət əməllərinə hüquqi qiymət verilmir. Beləliklə, hüquq mühafizə orqanları-polis, prokurorluq orqanları hazırkı cinayət əməllərinə, xalqın zəhərlənməsinə, müxtəlif xəstəliklərə tutulmalarına vasitə olan bu zəhərli maddələrin satışına etinasız yanaşırlar, şikayətlərimiz, müraciətlərimiz olduğu halda belə hərəkətsizlik edirlər, qanuni tədbirlər görmürlər". Onun bildirdiyinə görə, şirkətin direktoru İ.B.Abdiyev məsələ ilə bağlı ölkə başcısına,brinvi vitse-prezidentə və aidiyyati qurumlara müraciət edib. Müraciətdə bildirilir ki, respublikanı başın almış bu xəstlikləri törədənlərin, duzabənzər maddələri toplayanların, satanların müəyyən edilmələri üçün (üzərində eyni ilə bizim göstəricilər, yazılar, ştrix kodumuz, məlumatlar və. s olan karton qutuları mətbəələrdə saxta yolla çap edən şəxslərin müəyyən edilmələri üçün, insanların sağlamlığına ağır zərər vuran, ağır nəticələrə səbəb olan bu maddələri karton qutulara dolduraraq satış məntəqələrinə verən şəxslərin müəyyən edilmələri üçün, bu maddələri mağazalarda satan şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri üçün göstəriş verilsin.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31