“Azərbaycan aqrar elmi” jurnalının xüsusi buraxılışı çapdan çıxıb
Azərbaycan elm xəzinəsinə dəyərli töhfələr vermiş görkəmli təbiətşünas alim və tanınmış ictimai-siyasi xadim, akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 fevral tarixli 2655 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən silsilə tədbirlər çərçivəsində Nazirliyin “Azərbaycan aqrar elmi” jurnalının xüsusi buraxılışı nəşr edilib.
5 Yanvar 2018 13:38 İqtisadiyyatAzərbaycan elm xəzinəsinə dəyərli töhfələr vermiş görkəmli təbiətşünas alim və tanınmış ictimai-siyasi xadim, akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 fevral tarixli 2655 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən silsilə tədbirlər çərçivəsində Nazirliyin "Azərbaycan aqrar elmi" jurnalının xüsusi buraxılışı nəşr edilib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, nəfis şəkildə çap olunmuş "Azərbaycan aqrar elmi" jurnalının xüsusi buraxılışında nazirliyin müəyyən etdiyi Tədbirlər planına uyğun olaraq Akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr edilmiş konfrans və seminarlar, ağacəkmə kampaniyası, Azərbaycan Dövlət Aqrar Universitetində görkəmli alimin xatirəsinə həsr edilmiş yaşıllıq zonasının yaradılması və tanınmış ictimai-siyasi xadimin həyatı və elmi fəaliyyəti barədə dolğun materiallar dərc edilib.