İqtisadiyyat

Valyutadəyişmə məntəqələrinin bərpası maliyyə sektoruna necə təsir göstərəcək?

5 Yanvar 2018 13:06

Cari ildən etibarən ölkənin maliyyə bazarlarında bir qədər də tənzimləmə həyata keçirmək və bir neçə ildir ki, bu sektorda yaranmış böhranlı vəziyyəti aradan qaldırmaq üçün daha bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər sırasında ən diqqət çəkən və geniş müzakirə mövzusu olan məsələ isə Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nın qüvvəyə minməsidir.

Mərkəzi Bank qeydiyyata alınmayan pul nişanlarının ekspertizasını aparmayacaq

5 Yanvar 2018 11:24

Azərbaycan Mərkəzi Bankı (AMB) banklara və poçt idarələrinə məktub göndərib. Məlumata görə, məktubda qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 dekabr 2004-cü il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt göndərişlərində göndərilməsi qadağan olunan malların və əşyaların Siyahısı”nın 4.11-ci bəndinə əsasən sikkələr və banknotların poçt vasitəsilə göndərilməsi qadağandır.

Əmanətlərin Sığortalanması Fondu “DəmirBank”ın kreditorlarına müraciət edib

4 Yanvar 2018 17:46

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorlarına müraciət edib. Fonddan  verilən məlumata görə, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi tərəfindən “DəmirBank” ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 27 dekabr 2017-ci il tarixli qərar qəbul edilib. Eyni qərarla “DəmirBank” ASC-yə  Əmanətlərin Sığortalanması Fondu 27 dekabr 2017-ci il tarixindən ləğvedici təyin edilib.

Regionların sosial iqtisadi inkişafı əhalinin rifahının yüksəlməsinə şərait yaradıb

4 Yanvar 2018 16:17

Azərbaycan müstəqillik əldə etdikdən sonra qarşıda duran əsas məsələrdən biri ölkənin iqtisadi müstəqilliyinin təmin edilməsindən ibarət idi. Qarşıya qoyulan hədəfə nail olmaqdan ötrü isə ölkədə iqtisadi islahatların həyata keçirilməsilə təkcə mərkəzi şəhərlərin deyil, bütövlükdə Azərbaycanın sosial-iqtisadi inkişafını təmin etmək zərurəti yaranırdı. Belə halda sözsüz ki, regionların inkişafına nail olmaq dövlət üçün prioritet hesab olunurdu. Məhz bu kimi amilləri nəzərə alan ölkə prezidenti Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı imzaladı.

Azərbaycan neft ehtiyatlarına görə dünyada 20-ci sıradadır

4 Yanvar 2018 15:46

Azərbaycan 7 mlrd. barel neft ehtiyatları ilə bu göstərici üzrə dünyada 20-ci sırada qərarlaşıb. Bu barədə "Global Firepower" beynəlxalq araşdırma şirkəti tərəfindən hazırlanan hesabatda bildirilib.

Bayram günlərində gedənlərin sayı azalıb, gələnlərin isə artıb

4 Yanvar 2018 15:06

Ötən illə müqayisədə bu il Yeni il bayramı günlərində xaricə gedən azərbaycanlıların sayı azalıb, Azərbaycana gələn turistlərin sayı isə artıb. Bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırovdeyib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının çoxu ölkəmizin regionlarında - Quba, Qusar, Qəbələ və Lənkəranda istirahət ediblər.

Azərbaycanda 18 şirkətin əmlakı qiymətləndiriləcək

4 Yanvar 2018 14:45

“Azərbaycan Sənaye Korporasiyası” ASC 18 kommersiya hüquqi şəxsin əmlakının qiymətləndirilməsi məqsədi ilə tender elan edib. Şirkətdən verilən məlumata görə, tender 5  lot üzrə keçirilir. Tenderə əsasən, “Aqroinvestkom” MMC, “İnter Tobakko” MMC, “Şəki-İpək” ASC, “Şəki Aqro İndastriz” MMC, “Kainat” ASC, “Pərvanə” MMC, BOT MMC, “İnter Textile” ASC, “Mingəçevir İzolit” ASC, “Şəki Kərpic” MMC, “Azəralüminium” ASC, “Bakı Glass” MMC, “Ceneral Konstrakşn” MMC, “Steel Structures” MMC, “İnter Peşəkar İdman Klubu” MMC, “CTS Agro” MMC, “Det-Al Alüminium” MMC və “Det-Al Metal DMCC” şirkətinin Azərbaycandakı nümayəndəliyinin əmlakları qiymətləndiriləcək.

Bu il manatın dollara məzənnəsi möhkəmlənə bilərmi?

4 Yanvar 2018 12:49

Maliyyə naziri manatın möhkəmlənməsi üçün təzyiqlərin olduğunu bildirib. Bir müddət öncə isə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar təşkilatı tərəfindən bu ay keçirilən sorğu və hazırlanan hesabatda Azərbaycan milli valyutasının dollara nisbətən kursunun 2018-ci ildə 1.59-dək yüksələcəyi qeyd olunmuşdu.

Neftin qiyməti bahalaşacaq

4 Yanvar 2018 12:48

Qərb KİV-lərinin irəli sürdüyü müləhizəyə görə yaxın günlərdə neftin qiyməti bahalaşaraq barreli 100 dolları keçəcək. “OLAYLAR”-ın xəbərinə görə, bahalaşmaya başlıca səbəb kimi İranda son günlər yaşanan olaylar göstərilir. “Forbes” jurnalının təhlilinə görə eyni hadisə 1979-cü ildə də baş verib.

Keçən il 49 paytaxt müəllimi təltif edilib

4 Yanvar 2018 11:24

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq 2017-ci ildə paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə, bir sıra dövlət təltiflərinə layiq görülüblər. “OLAYLAR” Bakı Şəhəri üztə Təhsil İdarəsinə istinadən xəbər verir ki, Bakı məktəblərində çalışan 8 müəllim “Tərəqqi” medalına, 6 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Dünya Bankından Azərbaycanda özəl sektorun inkişafı üçün TƏKLİF

2 Yanvar 2018 09:38

Azərbaycanın özəl sektorunun gələcək inkişafı üçün qanunvericiliyə bir sıra dəyişikliklər edilməsi zəruridir. Bunu   Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin (MIGA) icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keiko Honda deyib. K.Honda qeyd edib ki, Azərbaycanın yaxşı infrastrukturu var və aktiv şəkildə ölkəyə özəl sektoru cəlb edə bilər:

Sürücülərə ŞAD XƏBƏR: 40 manatlıq cərimə LƏĞV EDİLDİ

30 Dekabr 2017 09:27

Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə tətbiq edilən 40 manat cərimə ləğv edilib. Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliyi təsdiqləyib.

Türkiyə Azərbaycanın uğurları ilə fəxr edir

29 Dekabr 2017 17:52

Türkiyə Azərbaycanın uğurları ilə fəxr edir. Məlumata görə, bunu Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkçi deyib. O qeyd edib ki, Azərbaycan Türkiyənin ən etibarlı ticari və iqtisadi tərəfdaşlarından biridir.

Amerika Ticarət Palatası Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılmasını dəstəkləyir

29 Dekabr 2017 16:56

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) Prezident İlham Əliyevin Azərbaycan Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması təşəbbüsünü dəstəkləyir. “OLAYLAR"-ın xəbərinə görə,  Azərbaycanda “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova qeyd edib ki, ölkədə kiçik və orta sahibkarlıq (KOS) üçün mərkəzləşdirilmiş agentliyin yaradılması Azərbaycanda kiçik və orta sahibkarlq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsində qeyd edilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində əldə edilmiş növbəti nailiyyətdir.

Bayram günləri banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

29 Dekabr 2017 16:26

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə 30 dekabr - 3 yanvar bayram günləri ərzində bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq. Palatadan  verilən məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 24 bankın 139 filial və şöbəsi 30 dekabr – 3 yanvar tarixlərində müştərilərə xidmət göstərəcək (bankların iş qrafiki cədvəldə təqdim edilir).