Keçən il 49 paytaxt müəllimi təltif edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq 2017-ci ildə paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə, bir sıra dövlət təltiflərinə layiq görülüblər. “OLAYLAR” Bakı Şəhəri üztə Təhsil İdarəsinə istinadən xəbər verir ki, Bakı məktəblərində çalışan 8 müəllim “Tərəqqi” medalına, 6 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
4 Yanvar 2018 11:24 İqtisadiyyatAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq 2017-ci ildə paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə, bir sıra dövlət təltiflərinə layiq görülüblər. "OLAYLAR" Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, Bakı məktəblərində çalışan 8 müəllim "Tərəqqi" medalına, 6 müəllim "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
Keçən il gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə, Bakı məktəblərində fəaliyyət göstərən 13 müəllim "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı, 22 müəllim "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə təltif olunub.