İqtisadiyyat
Bayram günləri banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə 30 dekabr - 3 yanvar bayram günləri ərzində bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq. Palatadan verilən məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 24 bankın 139 filial və şöbəsi 30 dekabr – 3 yanvar tarixlərində müştərilərə xidmət göstərəcək (bankların iş qrafiki cədvəldə təqdim edilir).
Yeni sahibkarlıq növünün yaradılması təsdiqləndi
Azərbaycanda sahibkarlıq subyektlərinin meyarlarına görə bölgüsü aparılacaq. “Olaylar” ın məlumatına görə,bununla bağlı “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik təklif edilir.
2017-cı ildə Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənib
Cari ilin yekunları ilə əlaqədar açıqlanan statistik göstəricilər, eləcə də il ərzində müxtəlif sahələrdə, istər siyasi, istər iqtisadi, istərsə də sosial və humanitar sahələrdə qazanılan uğurlar onu deməyə əsas verir ki, başa vurduğumuz 2017-ci il ölkəmiz üçün kifayət qədər uğurlu oldu. Əldə edilən müsbət dinamika növbəti ilin də Azərbaycan üçün uğurlu olacağını söyləməyə əsas verir.
Azərbaycanda 33 rayon dövlət büdcəsindən dotasiya almadan özünü saxlayır
Artıq geridə qalmaqda olan 2017-ci il Azərbaycan üçün bir sıra uğurlarla yadda qaldı. Xüsusən, iqtisadi sahədə əldə edilən naliyyətlər ölkənin süverenliyini daha da möhkəmlətməklə yanaşı, əhalinin sosial difahını da artırmış oldu. Millət vəkili Vahid Əhmədov bildirib ki, 2017-ci ildə cənab Prezident İlham Əliyev prioritet kimi qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsini Azərbaycan hökumətinin qarşısında qoydu. Buna da müəyyən qədər nail olundu.
Sənaye müəssisələrində qənaətli istehsal üsulları təşviq olunur
Dekabrın 28-də İqtisadiyyat Nazirliyinin dəstəyi, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun və “ATEF” Şirkətlər Qrupunun təşkilatçılığı ilə “Qənaətli istehsal üsullarına əsaslanan model müəssisə” mövzusunda Konfrans keçirilib.
“Milli maraqların qorunması QHT-lərin ən əsas vəzifəsi olmalıdır” - Vüsal Quliyev
Strateji proqramlar öz uğurlu nəticələrini göstərməkdədir
“Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası ölkə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin güclənməsinə, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsinə, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasına, ümumilikdə bölgələrin hərtərəfli inkişafı sahəsində əhəmiyyətli dəyişikliklərə səbəb olub.
FAO-nun Azərbaycanda daha bir layihəsi başa çatır
Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılmasına dair BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəklədiyi layihənin yekun seminarı keçirilib.
Ombudsman: 2000 dollar məbləğində banklarla fikir ayrılığı olan müştərilərin sayı 100 mindən çoxdur
"Statistik məlumatlara əsasən, 2000 dollar məbləğində banklarla fikir ayrılığı olan müştərilərin sayı 100 min nəfərdən artıqdır". Bunu Bank Ombudsmanının məsul katibi Elçin Həsənov bildirib.
Rusiya ilə Azərbaycan arasında dəniz turları təşkil olunacaq
“Moskva Çay Gəmiçiliyi” ASC-nin Baş direktoru Konstantin Anisimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olub.
Azərbaycan regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib
Ölkəmiz mədəni müxtəliflik məsələlərinə töhfələrini verməkdə davam edir Sirr deyil ki, bu gün Azərbaycan Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Etiraf edilməlidir ki, Azərbaycanın əhəmiyyətli və etibarlı tərəfdaş ölkəyə çevrilməsi prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində mümkün olub.
Sahibkarlar üçün kreditlər əlçatan olacaq
“Yeni yaradılan İpoteka və Kredit Zəmanət Fondu sahibkarların banklardan manatla aldıqları kreditlərə hesablanmış faizlərin bir hissəsini dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşıdıracaq”. Bu fikri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib. V.Bayramov bilodirib ki, bu, əslində sahibkarların kreditə əlçatanlığının artırılması üçün vacib məqamdır: “Məsələn, kommersiya bankı 18 faizə kredit təklif edir. Bu kredit faizi yüksək olduğu üçün sahibkar üçün cəlbedici deyil.
2017-ci ildə sahibkarlara 146 milyon manat güzəştli kredit verilib
Bu il 1953 sahibkarlıq subyektinin ümumi dəyəri 635,6 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 146 milyon manat güzəştli kredit verilib. “Olaylar” xəbər verir ki, bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib.
İlin souncu işgüzar forumu Suraxanıda keçirilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair bu ilin sonuncu işgüzar forumunu Suraxanı rayonunun Əmircan qəsəbəsində keçirib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, 100-dən çox sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Suraxanı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan istixana və zeytunçuluq təsərrüfatlarının, badam bağının salınması, plastik və karton tara istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Maliyyə naziri: "Bu ilin yekununda Azərbaycanda 0,2% iqtisadi geriləmə gözləyirik"
"Azərbaycan iqtisadiyyatında ötən ildən geriləmə olsa da, bu il onun sürəti xeyli azaldılıb. Sözügedən göstərici ötən ilki 3,9%-dən bu il 0,2%-ə endirilib və bu ilin yekununda Azərbaycanda təxminn bu qədər iqtisadi geriləmə gözləyirik".“Olaylar” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.














