Azərbaycanda 33 rayon dövlət büdcəsindən dotasiya almadan özünü saxlayır
Artıq geridə qalmaqda olan 2017-ci il Azərbaycan üçün bir sıra uğurlarla yadda qaldı. Xüsusən, iqtisadi sahədə əldə edilən naliyyətlər ölkənin süverenliyini daha da möhkəmlətməklə yanaşı, əhalinin sosial difahını da artırmış oldu. Millət vəkili Vahid Əhmədov bildirib ki, 2017-ci ildə cənab Prezident İlham Əliyev prioritet kimi qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsini Azərbaycan hökumətinin qarşısında qoydu. Buna da müəyyən qədər nail olundu.
29 Dekabr 2017 12:59 İqtisadiyyatVahid Əhmədov: "Bu, dövlət başçımızın apardığı uğurlu siyasətin nəticəsində mümkün olub"
Artıq geridə qalmaqda olan 2017-ci il Azərbaycan üçün bir sıra uğurlarla yadda qaldı. Xüsusən, iqtisadi sahədə əldə edilən naliyyətlər ölkənin süverenliyini daha da möhkəmlətməklə yanaşı, əhalinin sosial difahını da artırmış oldu. Millət vəkili Vahid Əhmədov bildirib ki, 2017-ci ildə cənab Prezident İlham Əliyev prioritet kimi qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsini Azərbaycan hökumətinin qarşısında qoydu. Buna da müəyyən qədər nail olundu. Bu ilin 11 ayının yekunları da onu göstərir ki, Azərbaycanda qeyri-neft sektoru ciddi inkişaf etməyə başlayıb. Xüsusuilə də idxal-ixrac əməliyyatlarına baxsaq, görərik ki, Azərbaycanda 2017-ci ildə ölkəmizin ticarət balansında 2 milyarda yaxın müsbət saldo yaranıb. Bu da ixracın idxalı üstələməsini bir daha sübut edir. Deputat qeyd edib ki, başa çatmaqda olan 2017-ci il Azərbaycanın kənd təsərrüfatı sahəsində də müəyyən irəliləyişlər əldə edilib: "Kənd təsərrüfatı məhsullarının ixracında artım olub, bu məhsulların ixracı artıb və sairə. Bütün bu sahələrdə müşahidə olunan inkişaf Azərbaycan iqtisadiyyatı üçün də müsbət töhfələr verir. Bizim üçün ən əhəmiyyətli hadisələrdən biri də 2017-ci il üçün ən aktual məsələ olan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin açılışı oldu. Bu layihənin həm iqtisadi, həm də siyasi əhəmiyyəti var". Millət vəkilinin sözlərinə görə, "Bakı-Tbilisi-Qars" dəmiryolunun istifadəyə verilməsinin siyasi cəhətdən əhəmiyyəti odur ki, Azərbaycanın müstəqilliyi daha da möhkəmlənir. Digər tərəfdən isə bu layihə Avropa ilə Asiyanı birləşdirən dəmiryoludur: "Vaxtilə bu dəmiryolunun çəkilişi məsələsi gündəmə gələndə, buna xarici ölkələrdən böyük etirazlar var idi. Ancaq bu layihə Azərbaycan dövlət başçısının siyasi iradəsi və böyük səyi nəticəsində reallaşdı. Artıq Bakı-Tbilisi-Qars dəmiryolu işləyir. Vaxt gələcək ki, bu dəmiryolu vasitəsilə 10 milyon tonlarla yük daşınacaq. Artıq Rusiya, İran, Orta Asiya dövlətləri və digər ölkələr də bu layihəyə qoşulmaq niyyətindədirlər. Ümumiyyətlə, mən hesab edirəm ki, 2017-ci ildə ümumi daxili məhsulun həcmində böyük artım olmasa da, amma bir sıra sahələrdə üstünlüklərə nail olduq".
V. Əhmədovun qeyd etdiyinə görə, 2015-ci ildə baş verən devalvasiyadan sonra hamını ən çox narahat edən məsələlərdən biri bank siteminin sağlamlaşdırılması idi: "Ona görə də 2017-ci ildə bu sahədə bir sıra addımlar atıldı. Doğrudur, bu sahədə problemlər hələ də qalsa da, amma son vaxtlar Maliyyə Bazarlarına Nəzarət Palatası bu sahəyə diqqətini artırıb. Yəni, əhalinin banklara olan borcunun qaytarılması ilə əlaqədar müsbət nəticələr var. Hesab edirəm ki, 2018-ci ildə bank sistemi daha da sağlamlaşdırılmalıdır". Millət vəkili vurğulayıb ki, son dövrlər Azərbaycanda insanların paytaxtdan rayonlara axını güclənib. Bu da cənab Prezidentin kənd təsərrüfatına diqqətinin nəticəsidir: "Son illər Azərbaycanın kənd təsərrüfatı məhsullarında böyük artım hiss olunur. Dövlət tərəfindən kənd təsərrüfatına böyük diqqət ayrılır. Əhalidə də bu sahəyə maraq böyükdür. İstifadə olunmayan torpaqlarla bağlı da qanun qəbul olunub. Torpaqları zəbt edib boş saxlamaq olmaz. Onu əkib becərmək lazımdır. Əks halda onun vergisi verilməlidir ki, torpaqlar boş saxlanılmasın. Bütün bunlar Azərbaycanda kənd təsərrüafatının inkişafına müsbət təsir göstərir. Digər sevindirici məqam odur ki, rayonlarda vəziyyət 10-15 il əvvəlki vəziyyətlə eyni deyil. İndi rayonlarda infrastruktur yaradılıb, qaz, elektrik və su təminatı var, yollar salınır. Ona görə də rayonlara investisiya qoymaq rahatlaşıb. Bu səbəbdən də əhalinin böyük əksəriyyəti daha rayonlardan şəhərə deyil, şəhərdən rayonlara axın edir, kəndlərdə torpaq sahələri alıb əkib-becərirlər". Millət vəkili həmçinin bildirib ki, hazırda Azərbaycanın 33 rayonu dövlət büdcəsindən dotasiya almadan özünü saxlayır: "Bu rayon və şəhərlər siyahısına Bakı və Sumqayıt da daxildir. Təbii ki, bu da dövlət başçımızın apardığı uğurlu siyasətin nəticəsində mümkün olub. Hesab edirəm ki, digər şəhər və rayonlar da dövlətdən vəsait almadan özünü saxlamağı bacarmalıdır. Bu da həmin rayon və şəhərin icra başçılarının bacarığından asılı olan məsələdir. Əgər icra başçıları rəhbərlik etdikləri rayonlara investisiya cəlb edə bilərlərsə, bu onlar üçün də başucalığı olacaq. Necə ki, hazırda 33 rayon və şəhərdə bu mümkün olub".
Millət vəkili onu da qeyd edib ki, ölkədə bazar iqtisadiyyatının tam oturuşması, azad rəqabət mühitinin yaradılması və formalaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, monopliyanın aradan qaldırılması üçün Rəqabət Məcəlləsinin qəbulu vacibdir və qaçılmazdır. Bu gün belə bir məcələyə zəruri, hava-su kimi ehtiyac var. Lakin çox təəssüflər olsun ki, Rəcabət Məcəlləsinin qəbulu illərdir yubanır, ləngidilir: "Bildiyiniz kimi, Rəqabət Məcəlləsi 3-cü çağırış Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılaraq, birinci oxunuşdan keçirilmişdi. Çox təəssüflər olsun ki, üstündən az qala 10 il keçir, ancaq məcəllənin növbəti oxunuşların müzakirəsinə çıxarılması və bütövlükdə qəbulu lıngidilir, uzadılır. Bununla da bağlı həm mən, həm həmkarı Əli Məsimli dəfələrlə məsələ qaldırmışıq. İstər parlamentin plenar, istərsə də üzvü olduğum komitənin iclaslarında bu məsələni bir neçə dəfə gündəmə gətirmiş, onun qəbulunun vacibliyini söyləmiş, ümumiyyətlə, məcəllənin qəbuluna maneçilik törədilməsinə, bunda maraqlı olan şəxslərə öz kəskin etirazımızı bildirmik. Lakin əfsuslar olsun ki, məcəllənin müzakirələrə çıxarılması və qəbulu hələ də mümkün olmayıb: "Bununla belə, sevindirici haldır ki, Rəqabət Məcəlləsinin qəbulu məsələsi 2016-cı ildə ölkə Prezidenti tərəfindən ortaya qoyulmuş "Strateji Yol Xəritəsi"ndə öz əksini tapıb. Amma orada bu məcəllənin 2017-2021-ci illər arasında qəbulu vurğulanıb. 2017-ci il başa çatır və bu baxımdan, Rəqabət Məcəlləsinin qəbulu artıq bu il mümkün deyil. Ancaq mənə daxil olan məlumata görə, 2018-ci ildə nəhayət, Rəcabət Məcəlləsinin parlamentin plenar iclasına çıxarılaraq, qəbulu nəzərdə tutulur. Mən özüm də müəyyən şəxslərlə, orqanlarla bu barədə danışmışam, Məcəllənin 2021-ci ilə qədər deyil, elə 2018-ci ildə qəbul olunmasının vacibliyini söyləmişəm. Mənə də bildirilib ki, gələn il artıq adıçəkilən məcəllənin qəbulu tam başa çatacaq. Bir daha qeyd edirəm ki, belə bir məcəlllənin qəbulu olduqca vacibdir. Ölkə Prezidentin cənab İlham Əliyevin göstərişi və tapşırığı ilə ölkədə inhisarçılıq hallarının aradan qaldırılması istiqamətində mühüm addımlar atılsa da, müəyyən müsbət nəticələr əldə edilsə də, hələ də bəzi sahələrdə monopoliya, inhisarçılıq elementləri qalmaqda, ölkədə bazar iqtisadiyyatının, sahibkarlığın inkişafına, azad rəqabət mühitinin yaranmasına mane olmaqdadır. Bu baxımdan da, Rəcabət Məcəlləsin qəbulu zəruri, qaçılmaz və nəhayət, 2018-ci ildə yekunlaşdırılması gözləniləndir".
Zəka