Britaniya baş naziri Birləşmiş Krallıqda müqəddəratla bağlı referendumun keçirilməsinə qarşı çıxıb

Böyük Britaniyanın Baş naziri Endi Börnhəm Şotlandiya, Uels və Şimali İrlandiyanın müstəqilliyi ilə bağlı referendumların keçirilməsini dəstəkləmir.

"Sky News"un məlumatına görə, bu barədə Britaniya hökumət başçısının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Börnhəm Birləşmiş Krallığın birliyinin qorunmasına sadiqdir və ölkənin dörd hissəsində də vəd etdiyi dəyişiklikləri həyata keçirmək niyyətindədir.

"Birləşmiş Krallıqda insanlar cəmiyyətin parçalanması ilə deyil, ümumi dəyərlər və problemlərin həlli ətrafında birləşdikdə ən yaxşı nəticələr əldə edir", - baş nazirin nümayəndəsi qeyd edib.

O əlavə edib ki, hökumət konstitusiya ilə bağlı müzakirələrə və yeni referendumların keçirilməsinə deyil, ev təsərrüfatlarının maliyyə yükünün azaldılmasına və iqtisadi təhlükəsizliyin gücləndirilməsinə diqqət yetirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31